Ukrayna Zaporojye vilayətində irəlilədi

Ukrayna Silahlı Qüvvələri (SQ) Zaporojye vilayətinin Rabotino bölgəsində irəliləyib. 

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, ordu bölmələri Rabotino istiqamətində işğaldan azad olunmuş mövqelərdə möhkəmlənirlər. 

Həmçinin əlavə olunub ki, Ukrayna ordusu Rabotino bölgəsinin şimal hissəsində dayaq mövqelərini qurmaqla yanaşı, qonşu Verbovoye bölgəsində də irəliləyib. 

Share on Facebook