"Beşiktaş"dan Ramos və Taliska açıqlaması

"Beşiktaş" Serxio Ramos və Anderson Taliskanın mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə yaydığı açıqlama hər iki oyunçu ilə danışıqlar apardığını təsdiqləyib. Ancaq onlarla maddi məsələlərdə razılıq əldə olunmadığı vurğulanıb.

Qeyd edək ki, S.Ramos hazırda azad agentdir, Taliska isə "Əl-Nəsr"də oynayır.

Share on Facebook