Sürətlə yayılan virusa görə bir ştatda karantin ELAN EDİLDİ

Hindistanda ötən gün bir nəfərin nipah virusundan ölməsindən sonra hökumət ilkin olaraq Kerala ştatında karantin rejimi elan edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yeni qərarla virusun sürətlə yayıldığı əsas gətirilərək vətəndaşların tibbi maskadan istifadəsi məcburi hesab olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı sözü gedən ölümcül virusun müalicəsinin olmadığını açıqlayıb. Qurumun bir müddət əvvəl yaydığı rəsmi açıqlamada onun dünyada sürətlə yayılma riskinin olduğu qeyd edilib.

İlk dərs günü bədbəxt hadisə: 16 yaşlı məktəbli itkin düşdü

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb. Sozcu.az-ın məlumatına görə, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb. Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb: "İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb".  Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

Cəbrayılda tender: bir evin tikintisinə 159,6 min manat xərclənəcək

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək. Sozcu.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC olub. Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb. Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir. Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı, nizamnamə kapitalı isə 10 manatdır.

Asif Yusifli AXCP-dən istefa verdi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində paylaşım edib. A. Yusifli partiyadan ayrılma səbəbini AXCP-nin xroniki boykot qərarları ilə əlaqələndirib. vakansiyalar Qeyd edək ki, AXCP 2013-cü ildən sonra bütün seçkilərdə iştirak etməyib.

Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan

Ermənistan və Azərbaycan sülh müqaviləsi mətninin təqribən 80 faizini razılaşdıra biliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib. “Biz Azərbaycanı yaxın vaxtlarda sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və müzakirələri davam etdirməyə dəvət etdik”. Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var. “Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaq”, - Nikol Paşinyan deyib.

Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi

Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar. 

"Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər"

Uşaqların sayının azalması doğuşun sayının azalması və uşaq ölümünün artması ilə bağlıdır. Daha çox isə doğuşun sayının azalması ilə bağlıdır. Yəni insanlar gec ailə qurur və ailə qurduqdan sonra çalışırlar ki, ailədə maksimum 2 uşaq olsun.  Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, valideynlər uşaqları böyütməkdə çətinlik çəkdikləri üçün növbəti uşaq istəmirlər: “Valideynlər uşaqları böyütmək, baxmaq, onlara sona qədər çətinlik çəkəcəklərini bildikləri üçün növbəti uşaq istəmirlər. Həqiqətən də, valideynlər çox böyük çətinlik içindədirlər. Ona görə də uşaqların sayında azalma müşahidə edilir. Bu daha çox sosial müdafiə və imkana bağlı bir məsələdir. Çünki bizdə uşaq ölümü elə də kritik səviyyədə deyil. Sadəcə insanların imkan və şəraitlərindən asılı olan bir məsələdir ki, bu da uşaqların sayının azalmasına gətirib çıxarır. Belə olanda ailələr çox uşaq istəmir və əlavə problem, öhdəliklər yüklənmək istəmirlər”.

Bakı sakinlərinə PİS XƏBƏR: Aylarla davam edəcək...

Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil.  Nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında mövcud vəziyyətdən danışıb:  “Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil”.  kapital bank vakansiya Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib:  “Ənənəvi dərslərlə bağlı yaranan sıxlıq və tıxaclar hər il gündəmə gəlir və təkrarlanır. Bunun hər hansı formada həllini axtarıb-tapmaq üçün müəyyən qurumlar və mütəxəssislər məsələnin üzərində çalışırlar.  Əgər problemin qarşısı alınmazsa, belə də davam edəcəkdir. Biz bunu birmənalı olaraq qəbul etmək məcburiyyətindəyik.  Tıxaclarla bağlı digər bir məsələ isə budur ki, şəhərin müxtəlif ərazilərində olan tıxaclar var ki, onların dərs ilinin başlamasına heç bir aidiyyatı yoxdur. Onlar öz zamanında baş verir”. 

Ev və obyekt sahiblərinin DİQQƏTİNƏ - Yüksək təzminat ala bilərsiniz

Paytaxtda nəzərdə tutulan şəhər planlaması ilə əlaqədar söküntü və restavrasiya işləri son avxtlar daha da intensivləşib. Bu zaman bəzən söküntüsü nəzərdə tutulan əmlakın yaxınlığında və ya ona bitişik olan obyektə də zərər dəyir. Belə vəziyyətlərdə adətən zərərçəkmiş əmlakın sahibi ilə söküntünü həyata keçirən məsul subyekt arasında anlaşılmazlıq və mübahisə yaranır.   Bəs görəsən, bu cür sitasiyalarda zərərçəkmiş hansı hüquqlara malikdir? Mövzu ilə bağlı  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Yenisabah.az-a açıqlamasında bildirib ki, əmlakın hüquqi statusundan asılı olmayaraq, belə hallarda vətədaşlara mütləq şəkildə kompenasiya ödənilməlidir:  azal vakansiya “Hər hansı bir sənədin olub-olmamasından asılı olmayaraq, əgər hansısa vətəndaş bəlli bir ünvanda yaşayırsa, onun yaşadığı əmlaka bu və digər formada zərər vurularsa, mütləq şikayətçi olmalıdır. Söküntü və təmir-bərpa işləri vətəndaşlara hər hansı narahatlıq yaratmamaq şərti ilə həyata keçirilir. Müəyyən prosedur qaydaları mövcuddur ki, həmin ərazilərdə əgər hər hansı bir tədbir həyata keçirilirsə, mütləq təhlükəsizlik təmin edilməlidir və yanaşı olan tikililərə hər hansı bir xətər toxunulmamalıdır. Əgər belə bir ehtimal varsa belə, mütləq şəkildə xəbərdarlıq olunmalıdır və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır. Digər tərəfdən, xüsusi geyimlər təqdim olunmalı, ətrafdakı nəzərdə tutulan radiusda təhlükəsizlik xətti müəyyən edilməli və həmin xəttə vətəndaşlar buraxılmamalıdır”.  Vüqar Oruc dəymiş zərərin hesablanması üçün qiymətləndirici şirkətlərə müraciət edilməli olduğunu diqqətə çatdırıb: “Əgər söküntü prosesinin gedişində hər hansı bir şəxsə yaxud tikiliyə zərər dəyibsə, bu istiqamətdə söküntünü həyata keçirsən təşkilat mütləq qaydada təzminat ödəməlidir. Dövlət əhəmiyyətli söküntüdür deyə, belə nəticə meydana çıxırsa, qarşı tərəf məsuliyyət daşımır deyə bir qayda yoxdur. İstər dövlət, istər özəl olmasından asılı olmayaraq, vurulan zərər hüquqi və inzibati məsuliyyətə səbəb olur və mütləq şəkildə kompensasiya edilməlidir. Əgər qarşı tərəf bunu ödəməkdən boyun qaçırırsa, əmlak sahibi qiymətləndirmə şirkətlərinə müraciət etməlidir. Əmlak əgər icbari olaraq sığortalanıbsa, sığortaçı şirkətə məlumat verilməlidir”. 

İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı

Goranboyda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sozcu.az -a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırma aparılır.

Ordudan oğurlayıb Nəcməddin Sadıkova hər il 5 milyon manat veriblər – MƏHKƏMƏDƏ SENSASİON İFADƏ

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin Müdafiə Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatətləri müzakirə olunub.  Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar: "İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək”. Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı. Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan "ölü canlar" adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib.  Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib. Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib: "Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm”. Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Növbəti iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib: “Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Növbəti proses sentyabrın 20-də keçiriləcək.

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Dolu düşəcək, qar yağacaq

Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Qeyd edilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.  vakansiya Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.  Azərbaycanın əksər rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq. 

Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə...

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, xalq artisti bu dəfə “Dəmir Bank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib. Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş DəmirBank ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib. Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb. Araşdırmamız zamanı bu vəsaitin 50 min manata yaxın olduğu bəlli olub. Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məhşur “balta olayı” ilə gündəmə gəlib. Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

Ağcabədidə iki maşın toqquşdu: ölən var

Ağcabədidə iki minik avtomobili toqquşub. Sozcu.az xəbər verir ki, 1948-ci il təvəllüdlü Əhməd Alı oğlu Alıyev idarə etdiyi VAZ-2107 markalı avtomobil 1959-cu il təvəllüdlü Fəqani Ərşad oğlu Tağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə F. Tağıyev ölüb, avtomobildə olan sərnişinlər 1970-ci il təvəllüdlü Şöhrət Heydər qızı Nəzərova, 1991-ci il təvəllüdlü Vüsalə Nəsir qızı Nəzərova və 2012-ci il təvəllüdlü N. Ş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb.

Uşaqları qonşuya qoydu: ev yandı, 6 aylıq körpə öldü

09:37 Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq uşaq göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. *** Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüat məlum olub. Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib və 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə dəhşətli qəza: ölənlər var

Türkiyənin Adana şəhərində yük maşını ilə işçiləri daşıyan xidməti avtomobil toqquşub. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Ceylan rayonunda qeydə alınıb. Qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bayden Tramp üçün bütün resursları səfərbər etdi

Bazar günü ABŞ prezidentliyinə namizəd Donald Tramp ikinci sui-qəsd cəhdinə məruz qalmış ola bilər. Prezident Co Bayden hakimiyyətə siyasətçini qorumaq üçün bütün resurslardan istifadə etməyi tapşırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib. “Komandam mənə məlumat verdi ki, federal hüquq-mühafizə orqanları bu gün keçmiş prezident Trampa qarşı mümkün sui-qəsd cəhdini araşdırır. Şübhəli şəxs saxlanılıb. Sevinirəm ki, keçmiş prezident xəsarət almayıb”, - Bayden bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı fəal araşdırma aparılır və hüquq-mühafizə orqanları baş verənlərlə bağlı daha ətraflı məlumat toplayır.

Şəhid xanımı və övladları qəzaya düşdü

18:49 Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının 99-cu kilometrliyində qeydə alınıb. Gülnar Abdullayevanın idarə etdiyi “Hunday-Sonata” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı sürücü, onun 3 övladı və qohumu (qadın) xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. *** Məlumata görə, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır?

Bu il evlənənlərin sayı ötən illə müqayisədə azalıb, boşanmalarda isə statistika eyni qalıb. Sozcu.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalıb. Ekspert qeyd edib ki, evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır. vakansiyalar Sosioloq hesab edir ki, ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Evlilik üçün ən ideal yaş qızlar üçün 23-26, oğlanlar üçün isə 25-27 hesab olunur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...

Artıq sabahdan Azərbaycanda yeni tədris ili başlayacaq. Məktəblərin açılması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması və havaların tədricən soyuması bir sıra infeksion xəstəliklərin yayılma riskini təzədən dündəmə gətirəcək. Bəs payızda hansı virus və ya mikrob xəstəlikləri özünü göstərə bilər? Ölkədə qızılca təhlükəsini sovuşmuş hesab etmək olarmı? Valideynlər nəyə diqqət etməli? Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib. vakansiyalar İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib. Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır. Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Qurum təmsilçisi bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər. Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Həmişə olduğu kimi payız aylarında həm havanın kəskin dəyişməsi, həm də uşaqların bir-birilə sıx təmasda olması bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Ən çox gözlədiyimiz respirator viruslarının baş qaldırmasıdır. Sıx təması aradan qaldıra bilmərik, çünki hamı məktəbdə olmalıdır. Valideynlər mütləq uşaqlarını havaya uyğun geyindirməlidirlər. Hətta mən təklif verərdim ki, hava yaxşı olsa belə bir az qalın paltar özləri ilə götürməlidirlər ki, hava dəyişəndə onu geyinə bilsin. Məktəb uşaqların immunitetinə təsir edən hadisədir, xəstəliklərə müqavimət azalır. Ona görə uşaqların qidalanmasına ciddi fikir vermək lazımdır. Menyuda ən çox tərəvəzlər və ət yeməkləri olmaladır. Yaxşı olar ki, şirniyyat kəskin azaldılsın. Yeməklər evdə hazırlanmalıdır. Bir də vacib məsələ, səhər tezdən uşaq mütləq yemək yeməlidir. Beyin ac qalmamalıdır. Boş mədə ilə məktəbə gedən uşağın qavramasında mütləq problem olur. Həm də ac uşaq mütləq zəif olur, bədənin müqaviməti olmur”. Pediatr əlavə edib ki, qızılcaya yoluxma xeyli azalıb: “Amma ölkədə kifayət qədər peyvənd olunmayan uşaq var. O epidemiya da bizə açıq dərs olmadı. Düzdür, ölüm hadisələri olanda bir az peyvəndə axın oldu, maraq artdı. Bununla belə peyvəndsiz uşaqlar kifayət qədərdir. Valideynlərə məsləhət görərdim ki, heç olmasa qızılcaya görə uşaqlarına peyvənd etdirsinlər. Göyöskürək yenə də var, əvvəlki kimi çox olmasa da. Bu kimi yoluxucu xəstəliklərin məktəb vaxtı artması həddən artıq çoxdur”. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə deyir ki, məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir: “Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir. Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır. Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideyasını aşılayır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır. İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər". Həkim əlavə edib ki, məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər: “Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir”.

Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...

Avqust ayının sonlarından başlayaraq, Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin artması, həmçinin mənzil çatışmazlığı müşahidə olunur. Ekspertlər qeyd edirlər ki, adəti üzrə yeni tədris ilinin başlanması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını başlayır ki, bu da paytaxtda kirayə evlərə tələbatı artırır, eləcə də buna paralel olaraq, qiymətlər də artır. Bəs yaxın vaxtlarda qiymətlər artan tendensiyada gedəcək, yoxsa aşağı enəcək? vakansiya Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb: "Artıq 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü prosesinə start verilib. Bu günə qədər çox sayda köhnətikili binalar sökülərək, yenitikili binalar ilə əvəzlənib ki, sökülən hər köhnətikili binalarda və yaxud fərdi yaşayış evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarından çıxmış olur. Həmin ərazilərdə yaşayan sakinlər də evləri söküldüyü gündən yenitikili binalarda mənzillə təmin olunana qədər təxminən 2-3 il müddətinə kirayəyə çıxmalı olurlar. Sökülən hər köhnətikili binaların yerində yenitikililər inşa edildikcə, artıq yenitikili binalarda kirayə mənzillər daha baha qiymətə təklif olunur. Bundan başqa, daşınmaz əmlak bazarında uzun müddətdir ki, qiymət artımları baş verir, nəticədə bu proses kirayə mənzillərin qiymətinə də öz təsirini göstərir. Hər il olduğu kimi artıq yeni tədris ili başladığına görə avqust ayının sonundan başlayaraq, paytaxt Bakı şəhərində kütləvi tələbə axını başlayıb ki, bu da adəti üzrə kirayəlik mənzillərə tələbatı artırır və nəticədə qiymətlər artır". Ekspert qeyd edib ki, paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə artıq əlçatan qiymətə mənzillər qalmadığına görə xüsusən də tələbələr daha çox Bakı ətrafı ərazilərə üz tuturlar: "Bu səbəbdən də artıq kənar ərazilərdə də kirayə mənzillərə tələbat artır. Artıq paytaxtın Baş Planı təsdiq olunub və layihənin 2040-cı ilə qədər həyata keçiriləcəyi bildirilir. Bu səbəbdən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlər sökülərək, müəyyən infrastruktrlar üçün istifadə olunacaq və yenitikili binalarla əvəzlənəcək. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ucuz qiymətə olan kirayə mənzillərinin sayı tamamilə minimuma enəcək. Buna paralel olaraq köhnətikili binalardakı kirayə mənzillərə tələbat artdıqca, yenitikili binalarda bir çox mənzillər boş qalmışdı. Səbəb qiymətlərin əlçatan olmamasıdır. Bu səbəbdən gələcəkdə yenitikili binalardakı kirayəlik mənzillərin qiymətində enmələr müşahidə olunarsa, kirayə mənzil bazarında 10 minlərlə yeni mənzillər vətəndaşların istifadəsinə verilmiş olar. Lakin hazırda qiymətlər kəskin bahadır və enmə müşahidə olunmur".

Rusiyanın Şok itkiləri

Ukrayna müharibənin 935-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 633 800 hərbçi, 8 680 ədəd tank, 17 063 ədəd zirehli döyüş maşını, 18 109 ədəd artilleriya sistemi, 1 186 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 947 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 684 ədəd avtomobil texnikası, 15 234 ədəd PUA, 2 592 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 084 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu Kurskda irəliləyir: Kəndlər ələ keçirildi

Sentyabrın 14-də Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyişlərini davam etdiriblər. Ordu Tetkinodan cənubda və Sucanın şimalında irəliləyərək bir neçə kəndi ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Məlumata görə, Ukrayna hərbçiləri Vesyoloe kəndində fəaliyyət göstərir. Rusiyalı hərbi bloger də bu kəndin ələ keçirildiyini təsdiqləyib: “Rus mənbələr hətta Ukrayna ordusunun Medvejevo kəndindən qərbə (Qluşkovodan cənub-qərbə) və Tetkinodan cənuba (Qluşkovodan təqribən 25 km cənub-qərbə) Sumı vilayəti ilə sərhəddə yerləşən ərazidə irəlilədiyini təsdiq edib. Onlar bildiriblər ki, Ukrayna qüvvələri sentyabrın 13-də və 14-də Medvejevo, Vesyeloe, Obuxovka və Novıy Put yaxınlığında hücum əməliyyatlarını davam etdirib. Ukrayna ordusu Sucadan şimalda yerləşən Çerkasskoe Poreçnoe kəndini ələ keçirib”.

Baş ağrılarını aradan qaldıran - 8 BİTKİ ÇAYI

Bitki çayları baş ağrılarını aradan qaldırmaq üçün sakitləşdirici vasitə ola bilər. Bəzi otlar ümumi baş ağrısı yaradıcısı olan gərginliyi, iltihabı və ya stressi azaltmağa kömək edən xüsusiyyətlərə malikdir. Sozcu.az Sağlamolun.az-a istinadən baş ağrısını aradan qaldıran faydaları ilə tanınan bəzi bitki çaylarını təqdim edir: 1. Nanə çayı Nanə çayı əzələləri rahatlaşdıran və baş ağrılarını azalda bilən mentol ehtiva edir. O, həmçinin sinus təzyiqini azalda bilən soyuducu təsirə malikdir. 2. Zəncəfil çayı Zəncəfil iltihab əleyhinə xüsusiyyətlərə malikdir və tez-tez baş ağrıları ilə əlaqəli olan miqren şiddətini və ürəkbulanmanı azaltmağa kömək edir. 3. Çobanyastığı çayı Çobanyastığı sakitləşdirici xüsusiyyətləri ilə tanınır və ümumi baş ağrısı tətikləyiciləri olan stress və narahatlığı azaltmağa kömək edir. O, həmçinin yüngül antiinflamatuar təsirlərə malikdir. 4. Lavanda çayı Lavanda rahatlaşdırıcı və stressi aradan qaldıran xüsusiyyətlərə malikdir. Sakitləşdirici təsir stresdən qaynaqlanan baş ağrılarını azaltmağa və daha yaxşı yuxuya kömək edə bilər. 5. Söyüd qabığı çayı Tez-tez "təbiətin aspirini" olaraq adlandırılan söyüd qabığında ağrı kəsici və iltihab əleyhinə xüsusiyyətlərə malik salisin var. 6. Limon balzamı çayı Limon balzamı yüngül sakitləşdirici təsirə malikdir və stress və narahatlığı aradan qaldıraraq onu stresslə əlaqəli baş ağrıları üçün faydalı edir 7. Rozmarin çayı Rozmarin qan dövranını yaxşılaşdırır, bu da zəif qan axınından yaranan baş ağrılarını azaldır. O, həmçinin ağrı və iltihabı azaltmağa kömək edir. 8. Mixək çayı Mixək iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərə malikdir, bu da baş ağrısını azaldır. Tez-tez və ya şiddətli baş ağrınız varsa, bir tibb işçisi ilə məsləhətləşin.