Xarici Kəşfiyyat Xidməti: Ermənistan-Azərbaycan müharibəsi gözlənilmir

Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2026-cı il üçün xarici risklər haqqında illik hesabatını dərc edib.

Sozcu.az xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına görə, 2026-cı ildə Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya demək olar ki, gözlənilmir.

Qeyd edilib ki, eskalasiya ehtimalı Vaşinqton razılaşmaları və hər iki tərəfin 8 avqust 2025-ci ildə sülh müqaviləsini paraflaması nəticəsində əhəmiyyətli dərəcədə azalıb.

Xarici Kəşfiyyat Xidməti həmçinin hərbi-siyasi niyyətlərdən qaynaqlanmayan lokal toqquşmaları qeyri-mümkün hesab edir.

Hesabata görə, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ticarət-iqtisadi təşəbbüslərin həyata keçirilməsi, iki cəmiyyət arasında dialoq, humanitar layihələr və s. sahəsində yeni irəliləyiş ehtimalı yüksəkdir.

Xarici Kəşfiyyat Xidməti regionda kommunikasiyaların açılmasına da eyni dərəcədə nikbin yanaşır.

Buna baxmayaraq, kəşfiyyat xidməti Ermənistan-Azərbaycan münasibətlərində müəyyən risklər də  görür.

Share on Facebook