Paşinyan Trampın sülhlə bağlı təklifini qəbul etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaradılan Sülh Şurasına qoşulmaq təklifini qəbul edib.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama yayıb.

Onun sözlərinə görə, rəsmi İrəvan regional və beynəlxalq münaqişələrin dinc yolla həllini dəstəkləməkdə davam edir.

Qeyd edək ki, Tramp Qəzza ilə bağlı Sülh Şurasına Rusiya və Belarus da daxil olmaqla, çoxlu ölkə dəvət edib.

Share on Facebook