NATO Baş katibinin müavini Azərbaycana gəlir

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Baş katibin müavini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək.

Bundan əlavə, Radmila Şekerinska beyin mərkəzlərinin nümayəndələri, eləcə də NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri ilə də görüşlər keçirəcək.

Share on Facebook