1427-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1427-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 228 570 hərbçi, 11 579 ədəd tank, 23 928 ədəd zirehli döyüş maşını, 36 393 ədəd artilleriya sistemi, 1 618 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 279 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 75 067 ədəd avtomobil texnikası, 111 140 ədəd PUA, 4 163 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 048 xüsusi avadanlıq itirib.

Share on Facebook