İran etirazlarında ölənlərin yeni sayı açıqlandı

İranda 24 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülənlərdən 4519 nəfərin kimliyi müəyyənləşdirilib, 9049 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 197-si hökumət məmuru, 33-ü azyaşlı, 38-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.

Bununla yanaşı, 26314 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, internet kəsildiyinə görə öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

Share on Facebook