İspaniyada iki sürət qatarı toqquşdu – 21 ölü, çoxlu yaralı var

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində dəhşətli qəza baş verib.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Əndəlüs bölgəsində, Kurtuba şəhəri yaxınlığında baş verən qəzada azı 21 nəfər həlak olub, çox sayda yaralı var.

Hadisə Madriddən təxminən 360 km cənubda, Adamuz bələdiyyəsi yaxınlığında baş verib. Yerli mənbələr bildirir ki, Malaqadan Madridə gedən bir qatarın üç vaqonu relsdən çıxıb. Bu vaxt qarşı xətdə Huelva istiqamətinə hərəkət edən ikinci qatarın manevr etməyə məcbur qalması səbəbindən bəzi vaqonları aşıb.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, birinci qatarda 317, ikincidə isə 100 sərnişin olub.

Qəza yerinə beş mobil reanimasiya, logistika dəstəyi və dörd təcili yardım göndərilib. Adamuz bələdiyyəsində səhra xəstəxanası qurulub və 37 əsgər hadisə yerinə cəlb olunub. Eyni zamanda, ətraf sakinlər sərnişinlərə isti geyim və qida yardımı ediblər.

İspaniya Baş naziri Pedro Sançez sabaha planlaşdırdığı proqramını ləğv edib. O, “X” sosial şəbəkəsindəki yazdığı paylaşımdaında, “Adamuzda relsdən çıxan iki yüksək sürət qatarı ilə bağlı qəzanı yaxından izləyirik. Hökumət digər müvafiq orqanlar və təcili yardım xidmətləri ilə birlikdə sərnişinlərə yardım göstərir".

Share on Facebook