Bakıda 2 rəfiqəni avtomobil vurdu

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Məmmədlin Jalə Fərman qızı və eyni yaşda olan onun rəfiqəsi Nuriyeva Diana Vuqar qızını vurub.  Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.  vakansiyalar Faktla bağlı araşdırma aparılır.//Report 

Szinpin bu tarixdə Zelenski ilə görüşə bilər

Çin lideri Si Szinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə gələn ayın əvvəlində görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin keçmiş müavini Aleksandr Çalı Çində keçirilən diplomatik forumda çıxışında deyib. Çinin Avropa təhlükəsizliyinin bərpasına kömək etmək cəhdlərini qeyd edən Çalı bildirilib ki, indi Ukraynada hamı prezident Zelenski ilə prezident Szinpin arasında hansısa təmasları, birbaşa təmasları gözləyir.

Ukrayna Rusiyada vuracağı hədəflərinin siyahısını ABŞ-a verdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenə Rusiyada vurmaq istədikləri hədəflərin siyahısını təqdim edib. O, Blinkendən Amerikanın uzaqmənzilli silahlarındab Ukraynanın istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə ABC News Ukrayna prezidentinin müşavirlərindən birinə istinadən bildirib. Zelenski Dövlət Departamentinin rəhbəri ilə sentyabrın 11-də Kiyevdə keçirilən "Krım Platforması" sammiti çərçivəsində görüşüb. Ukrayna prezidentinin Blinkenə Qərb silahlarının istifadəsi ilə bağlı “müfəssəl plan” təqdim etməsinə baxmayaraq, görüşün sonunda heç bir qərar qəbul edilməyib. Blinken etiraf edib ki, o, Zelenski ilə bu mövzunu, eləcə də “bir sıra digər məsələləri” müzakirə edib. Dövlət Departamentinin rəhbəri cümə günü, sentyabrın 13-də Böyük Britaniyaya səfər zamanı ABŞ prezidenti Co Baydenlə detalları bölüşəcəyini bildirib. Bloomberg-in məlumatına görə, Britaniya hakimiyyəti də Kiyevdən Rusiyada uzaq məsafədən zərbələr endirəcəkləri hədəflərlə bağlı plan təqdim etməyi xahiş edib. Eyni zamanda, “The Guardian” yazır ki, Zelenskinin Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündən sonra Kiyev “Storm Shadow” raketlərindən istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə alıb.

Azərbaycanda 26 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Silahı götürüb...

Sentyabrı 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.  1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.  Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb.  vakansiya Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.  Araşdırma aparılır./Publika.az 

Bakıda qatarın vurub öldürdüyü qız məktəbli imiş

Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib. Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir. Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir. vakansiyalar Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Əhaliyə XƏBƏRDARLIQ: İki gün çölə çıxmayın, yoxsa...

Bu gündən etibarən iki gün ərzində geomaqnit qasırğası olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.  Bu hadisə insanlar arasında da təsirsiz ötüşmür. Bəs ən çox kimlər risk altındadır? Təhlükədən özümüzü qorumaq üçün nə etməliyik? Mövzu barədə Nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, belə hallarda çölə çıxmamaq daha məqsədəuyğundur:  vakansiyalar “Geomaqnit qasırğası zamanı daha çox xroniki xəstəlikləri olan və yaşlı insanlar risk altında olur. Həmçinin, bu sıraya ürək, qan-damar xəstəliyi olan şəxslər də daxildir. Sadalanan şəxslər bu günlərdə daha da ehtiyatlı olmalıdırlar.  Adi insanlarda da geomaqnit qasırğası öz təsirlərini yuxusuzluq, əsəb, narahatlıq kimi hallarla göstərə bilər. Ancaq xroniki xəstəliyi olan insanlarda geomaqnit qasırğasının güclənməsi ilə bir sıra fəsadlar ortaya çıxa bilər.  Ürək xəstəliyi olan insanlarda insult kimi ağırlaşmaların ortaya çıxma ehtimalı yüksəkdir. Arterial təzyiq və şəkərli diabet xəstələri də belə vaxtlarda diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməlidirlər. Açıq hava yerinə qapalı məkanlarda vaxt keçirmək daha təhlükəsiz sayılır. Əgər xüsusi və vacib bir tədbirləri yoxdursa, evdən çıxmamaq tövsiyə olunur. Bundan əlavə olaraq, bol maye qəbulu, yuxu rejiminə diqqət etmək, stresə düşdükdə sakitləşdiricilər, yuxusuzluq fonunda dərman qəbul etmək olar”.  Həkim insanlara elektronik əşyalardan uzaq durmağı və həkimə müraciət etməyi tövsiyə edib: “Azyaşlılarda da halsızlıq, baş ağrıları, iştahsızlıq kimi hallar meydana gələ bilər. Bu səbəbdən həm uşaqlara, həm də yetkin şəxslərə telefon, kompüter və digər elektronik cihazlardan bir qədər uzaq qalmaq tövsiyə edilir.  Əgər geomaqnit qasırğası bitdikdən sonra da insanlar səhhətlərində narahatlıq hiss etməyə davam edərsə, bu zaman yaxşı olar ki, həkimə müraciət etsinlər”. 

Kəlbəcərdə yük maşını aşdı SÜRÜCÜ ÖLDÜ

Kəlbəcərdə ölümnə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, ki sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ. Qasımov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məktəbli çantasının ağır olması bu xəstəliklərə yol aça bilər! - XƏBƏRDARLIQ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq övladları üçün büdcələrinə uyğun müxtəlif məktəb ləvazimatları alıb. Şagirdlərə alınan məktəbli çantalarının ağırlığı müzakirə olunan mövuzlardan biridir. Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqların 80%-dən çoxu məktəb yaşında çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Çantalar uşağın çəkisinin 10-15%-dən çox olduğu hallarda ağrılar daha da artır. ABŞ-da aparılan bir araşdırmada göstərilib ki, məktəbli çantalarının çəkisi uşaqların bədən çəkisinin orta hesabla 15%-ni təşkil edir, bu isə sağlamlıqla bağlı ciddi problem yarada bilər. İspaniyada aparılan araşdırmada isə qeyd olunub ki, məktəb yaşında olan uşaqların 60%-dən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Uşaqların 30%-i həftədə ən azı bir dəfə kürək ağrılarından şikayə edir.  Məktəbli çantalarının ağırlığı təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir. Ağır çanta daşıyan uşaqlar daha çox stress keçirir, məktəbdə və digər yerlərdə fəaliyyətlərə motivasiyasız yanaşırlar. Bu, uşaqların ümumi performansına mənfi təsir edə bilər. Sozcu.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov da məktəbli çantalarının ağır olmasının fəsadlarından danışıb. “Alimlərin araşdırmaları göstərir ki, ibtidai sinif şagirdlərinin içərisində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır. Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş problemlərinin inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir. Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var”, - o qeyd edib. Travmatoloq məktəb çantası seçərkən diqqət edilməli məqamlardan söz açıb: “Məktəb çantasını seçərkən uşağın yaşı, boyu və çəkisini, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissəsi boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzunboylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır. Valideynlərə tövsiyə edərdim ki, uşaqlara çəkisi ağır olan çantalar almasınlar”. Uşağın düzgün qamətinin 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşdığına diqqət çəkən mütəxəssis vurğulayıb ki, uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir. Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda, uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər. Düzgün qamətin olmaması isə ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və digər) inkişafı ilə nəticələnir. Onun sözlərinə görə, başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş problemlərinin yaranması mümkündür. “Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməli, masa üstü əyilmiş və tezgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdə düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 santimetr olduğu təqdirdə masanın hündürlüyü 52, oturacaq isə 32 santimetr olmalıdır. Uşağın boyu 120-130 santimetr olduğu zaman isə masanın hündürlüyü 57, oturacaq 35 santimetr müəyyən edilib. Məktəblinin boyu 10 santimetr artdıqda masa və oturacağın hündürlüyü müvafiq olaraq 5 və ya 3 santimetr artır”, - deyə E.Məhərrəmov qeyd edib.modern)

Qarabağ qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Qeyd edək ki, 1974-cü il təvəllüdlü baş-leytenant uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Naxçıvanda mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Putin qorxu içində: “Ukrayna qırıcıları havada onun təyyarəsinə...”

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı təyyarəsinin qırıcılar tərəfindən müşayiət edilməsini istəyib.  Sozcu.az xəbər verir ki, bu iddia ilə “Middle East Eye” nəşri çıxış edib.  Nəşr yazır ki, Rusiya Putinin təyyarəsinə uçuş marşrutu boyunca Ukraynanın hücum edə biləcəyi ehtimalından ehtiyatlanır.  vakansiyalar Qeyd olunur ki, Rusiya prezidentinin Ankaraya səfəri məhz bu səbəbdən təxirə salınıb.  Nəşrin yazdığına görə, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.  Xatırladaq ki, uzun müddətdir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. Səfərin tarixi hələlik açıqlanmayıb.  “Ümid edirik ki, səfər hazırlıq işləri bitəndən sonra baş tutacaq. Uzun müddətdir hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir. Bu baş verərsə, Kazanda BRİCS sammitində iki prezident arasında təmasların olmasını səbirsizliklə gözləyirik, lakin ümid edirik ki, belə bir fürsət yaranacaq. Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin bütün təfərrüatlarını açıqlamırıq, onlar qapalı xarakter daşıyır. İndi də bunu etməyəcəyik", - Kremlin sözçüsü Dmitri Peksov ötən gün jurnalistlərə bildirib. 

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Xəstə yönəldən zaman sponsorunun olduğunu deyirdi

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb: "Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər". Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb: "Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü." Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb. "Antalya Medical Parkdan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. Antalya Medical Parkın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə Çinar Plazada ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizi sənə verəcəyik", - A.Bayramova deyib. Müttəhim qeyd edib ki, Nuridəyə xəstələri yönəldəndə onu bəzi məsələlərlə bağlı sorğu-sual edirmiş: “Nuridə onun sponsoru olduğunu deyib. Nuridə Seyidova xəstələrdən aldığı pulu dollara çevirib”. Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Report

Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun!

“İlk dəfə məktəbə gedən şagirdin psixoloji hazırlığı üçün valideynlər reallığı olduğu kimi qəbul etməlidirlər. Məktəbin əhəmiyyəti uşaqlar üçün ətraflı izah olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb. Onun sözlərinə görə, baş verən dəyişikliyin müvəqqəti olduğunu anlamalıdırlar: “Valideynlər qısa bir müddətdə övladları ilə məktəb həyatına adaptasiya olmalıdırlar. Valideynlər məktəb mühiti ilə uyğunluğu tezləşdirmək üçün müəllimlərdən və məktəb psixoloqundan tövsiyə ala bilərlər. Yaranan hansısa psixoloji narahatçılığı birlikdə aradan qaldıra bilərlər. Uşaq məktəbə getməmişdən əvvəl məktəb haqqında fikirləri formalaşmalıdır. Şagird məktəb haqqında nə qədər çox məlumatlandırılsa, o qədər psixoloji hazır olacaq”. Psixoterapevt qeyd edib ki, uşaq yeni və başa düşmədiyi anlayışlardan narahatçılıq keçirir: “Müxtəlif əyani və vizual vasitələrlə uşaqlarda məktəb haqqında düşüncə formalaşdırılmalıdır. Valideynlər davamlı olaraq məktəbə qədər məktəb haqqında evdə bilgilər bölüşməlidirlər. Uşaqlara məktəbin nə qədər maraqlı və əyləncəli olduğunu öyrətmək lazımdır. Şagird məktəb həyatını fəlakətləşdirməməlidir. Uşaqların psixi sağlamlığı üçün məktəbə adaptasiya prosesində dəstək olmaq lazımdır”.

“Bir maddə var ki, ümumiyyətlə Azərbaycanla razılaşdırılmayıb” - Paşinyan

"Sülh sazişi layihəsi rəsmi olaraq 13 maddə üzrə razılaşdırılıb". Sozcu.az xəbər verir ki, bunu sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib. “Sülh müqaviləsi layihəsinin preambulası tam razılaşdırılıb, sənədin adı tam razılaşdırılıb, daha üç maddə qismən razılaşdırılıb, razılaşdırılmayan hissələr var. Bir maddə var ki, ümumiyyətlə razılaşdırılmayıb”. Paşinyanın sözlərinə görə, razılaşdırılan maddələr iki dövlət arasında münasibətlərin fundamental prinsiplərinə aiddir. “Biz deyirik: gəlin sülh sazişini imzalayaq və başqa məsələlərlə bağlı müzakirələri davam etdirək”. Lakin onun sözlərinə görə, Azərbaycan deyir: “Yox, mühüm məsələlər var ki, onlar sazişdə öz əksini tapmalıdır. “Bizim sualımız belədir: məsələn, biz bu sənəddə mühüm məsələləri əks etdirsək, hələ də vacib məsələlər qalacaqmı, bu, faktdır ki, dünyada bütün suallara cavab verən razılaşma yoxdur”, - Paşinyan bildirib.

Rusiya ordusu Ukraynada azı 137 min hərbi cinayət törədib - Zelenski

Rusiya ordusu Ukraynada ən azı 137 min hərbi cinayət törədib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. “Hazırda Rusiyanın törətdiyi hərbi cinayətlərin sayı 137 mindir, dövlətimizə, xalqımıza və Ukraynaya və ukraynalılara qarşı cinayətlərin sayı 137 mindir", - prezident qeyd edib.

3 gün əvvəl xəsarət alan azyaşlı xəstəxanada öldü

Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi. İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.

Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...

Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər.  Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.  Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.  kapital bank vakansiya Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.  Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş verən tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək.  Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq. 

Bakı iflic vəziyyətdə: Paytaxt yox, əhali köçürülsün!

Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara - yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir. Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkian da bir neçə gün əvvəl paytaxtın Tehrandan köçürülməsinin vacibliyini vurğulayıb. Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. socar vakansiya Hələ 10 il əvvəl Ələt ərazisindəki geniş dağətəyi sahədə yeni paytaxt salınacağı haqda iddialar vardı. İddia olunurdu ki, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurub... Təsadüfi deyil ki, 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a anışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər paytaxtın köçürülməsi məsələsi aktuallaşsa, bu, konstitusiya dəyişikliyi olmadan mümkün deyil: “Amma paytaxtı köçürmədən də Bakının yükünün azaldılması mümkündür, bunun üçün atıla biləcək addımlar var. Konkret olaraq İranla bağlı danışsaq, orada paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. Şəhər həddən artıq böyüyüb, su resursları çatışmır. Şəhərdə sıxlıq yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumilikdə isə paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedir. Bilmirəm, buna İranın gücü çatacaq, ya yox. Düşünmürəm ki, bu asanlıqla baş versin. Bizdə isə problem başqadır. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var”. Ekspert əlavə edib ki, işğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik. Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir? Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılması qərarı verilə bilər: universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi - bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir".

11-ci sinif şagirdi intihar etdi- TƏFƏRRÜAT - FOTO

Qazax rayonunda intihar hadisəsi baş verib. Rayonun Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Onun meyitini yaxınları aşkar ediblər. Bildirilib ki, Ş.Əliyev bu il 11-ci sinfə keçibmiş. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Sozcu.az xəbər verir ki, musavat.com intihar hadisəsi ilə bağlı Qaymaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklə əlaqə saxlayıb. Nümayəndə Fikrət Əfəndiyev deyib ki, yeniyetmə 9-cu sinifdə məktəbdən ayrılıbmış. Ailədə bir bacı, bir qardaş olublar. “Valideynləri fərdi təsərüfatçıdırlar. Sakit, normal ailədirlər. Şəhrəddin valideyn himayəsində idi. Mənə deyilən məlumata görə, sakit uşaq imiş. Dəcəlliyi yox idi. Müəllimləri də razılıq edirdi. Kiminləsə davası da olmamışdı. Səhər erkəndən anası çölə çıxanda görüb ki, həyətdə özünü asıb. Hər kəs şok içindədir. Hamı təəssüflənir”.

Bu ixtisasların məzunları gələcəkdə iş tapa bilməyəcək - SİYAHI

Gələcəkdə iş tapmaq çətin ola biləcək ixtisaslar sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır.  Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib.  O, dünyada və Azərbaycanda bir sıra ixtisasların gələcəkdə iş tapmaqda çətinlik çəkəcəyini bildirib. Ekspertin sözlərinə görə, sözügedən ixtisaslar filologiya, sosiologiya və sosial elmlər, sənətşünaslıq və incəsənət, politologiya və beynəlxalq münasibətlər, biologiya və təbiət elmləridir. vakansiyalar "Ədəbiyyat və filologiya ixtisasları üzrə məzunların iş imkanları, əsasən, təhsil və tərcümə sahələri ilə məhdudlaşır. Müəllimlik imkanları mövcud olsa da, bu sahədə artıq kifayət qədər mütəxəssis var. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi də bu ixtisasın dəyərini azalda bilər. Bunun əsas səbəbləri rəqəmsal texnologiyaların tərcümə işlərinə təsiri, təhsil sektorunda artıq olan müəllim sayı və məhdud iş yerləri, iş bazarında bu ixtisasa olan tələbatın azalmasıdır.  Sosiologiya və digər sosial elmlər üzrə ixtisaslaşan məzunların iş tapmaqda çətinlik çəkə biləcəyi ehtimal olunur, çünki bu sahələrdə konkret iş imkanları nisbətən məhduddur və çox vaxt yalnız akademik və tədqiqat sahələrində iş yerləri mövcuddur. iqtisadi və sosial tədqiqatlara məhdud dövlət və ya özəl sektor maliyyəsi, sosial elmlər sahəsində məzunlar üçün az sayda akademik iş imkanları, qeyri-kommersiya təşkilatlarında və ya beynəlxalq təşkilatlarda yüksək rəqabət bunun əsas səbəblərindəndir.  Sənətşünaslıq və incəsənət sahələrində iş imkanları hər zaman məhdud olub və gələcəkdə də belə davam edəcək. Xüsusilə, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin azalması və özəl sektorun marağının aşağı olması bu ixtisaslar üzrə iş tapmaq imkanlarını məhdudlaşdırır. Bunun səbəbləri əmək bazarında bu sahəyə olan tələbatın azalması, mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin az olması, bu sahədə işləmək üçün yüksək ixtisas və xüsusi bacarıqların tələb olunmasıdır.  Politologiya və beynəlxalq münasibətlər ixtisasları üzrə məzunlar üçün dövlət və beynəlxalq təşkilatlarda iş yerləri olsa da, rəqabət çox yüksəkdir və çox az sayda iş imkanı mövcuddur. Diplomatik sahədə işə qəbul prosesləri adətən çox mürəkkəbdir və ciddi tələblər irəli sürülür. Səbəblər rəqabətin çox yüksək olması və məhdud iş yerləri, xarici dillərə və spesifik sahə biliklərinə olan tələbin yüksək olması, özəl sektorda bu ixtisasa olan tələbatın aşağı olmasıdır.  Marketinq və reklam sahəsində rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tətbiqi ilə bir çox işlər avtomatlaşdırılır. Bu, marketinq və reklam sahələrindəki iş imkanlarının azalmasına səbəb ola bilər. Həmçinin, bu sahələrdə artıq çox sayda məzunun olması rəqabəti artırır. Səbəblər rəqəmsal marketinq texnologiyalarının və avtomatlaşdırmanın artması, reklam sahəsində işlərin rəqəmsal mühitə keçməsi və buna görə də iş yerlərinin azalması, marketinq sahəsində artıq çox sayda mütəxəssisin olması və rəqabətin artmasıdır.  Biologiya və təbiət elmləri üzrə ixtisaslaşan məzunlar üçün iş imkanları, adətən, akademik və ya tədqiqat sahələri ilə məhdudlaşır. Ancaq bu sahələrdə də rəqabət çox yüksəkdir və maliyyə dəstəyi məhduddur. Tətbiqi sahələrdə, məsələn, biotexnologiyada iş imkanları olsa da, burada da ciddi rəqabət mövcuddur. Səbəblər təbiət elmləri sahəsində iş imkanlarının məhdud olması və yüksək rəqabət, akademik və tədqiqat sahələrində maliyyə resurslarının çatışmazlığı, sürətlə inkişaf edən texnologiyaların və yeni sahələrin tələblərinə uyğunlaşmaq çətinliyidir.  Bu ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkmək ehtimalı yüksək olsa da, hər sahədə fərdi bacarıqlar, ixtisaslaşma və praktiki təcrübə önəmlidir. Gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. İş bazarının dinamikliyi və dəyişən tələblər səbəbindən hər bir məzunun çevik və adaptiv olması önəm kəsb edir", - ekspert vurğulayıb. yenisabah)

Şamaxı- Bakı yolu da bağlandı: Vətəndaşlar paytaxta gələ bilmir

Şamaxı-Bakı yolunun paytaxta giriş hissəsində 10-12 kilometrlik tıxac yaranıb.  Sozcu.az xəbər verir ki, bununla bağlı fotonu tanınmış jurnalist Qurban Yaquboğlu sosial hesabında paylaşıb. Eyni zamanda tıxacla bağlı çətinlik hazırda Bakının daxilində də yaşanır. Vətəndaşlar bildirirlər ki, "Masazır kruqu" adlanan ərazidə 40 dəqiqədən çox tıxacda qalıblar. socar vakansiya Qeyd edək ki, Bakı şəhəri Formula 1 Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Bununla əlaqədar paytaxtın əksər hissəsində yollar bağlanıb.,Musavat.com  

Əhmədin məhkəməsi təxirə salındı

09:52 Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb. Xatırladaq ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir. Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Ermənistanda İES-də güclü partlayış baş verdi

Ermənistanın Hrazdan vilayətində istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Partlayışın İES ərazisində fəaliyyətdə olmayan tökmə sexində baş verdiyi bildirilib. Əraziyə xilasedicilər cəlb edilib.

Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulacaq

Avstraliyada uşaqların sosial şəbəkəyə girişinə yaş məhdudiyyəti qoyulacaq. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Baş baş naziri Entoni Albanesen hökumətin iclasında məlumat verib. Qeyd olunub ki, giriş üçün minimal yaş həddi 13 olacaq. Bildirilir ki, bu qadağa uşaqların psixoloji sağlamlığını qorumaq üçün nəzərdə tutulub. Qadağanın ilin sonunda qüvvəyə minəcəyi gözlənilir. Əgər sözügedən qərar tətbiq olunarsa, Avstraliya dünyada bu addımı atan ilk ölkələrdən olacaq.