ABŞ Beynəlxalq Əfv Təşkilatı güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində çıxarılan 7,5 illik həbs cəzasını pisləyərək, onun dərhal azadlığa buraxılmasına çağırış edib.
Sozcu.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.
Paylaşımda qeyd edilir ki, Məhəmmədi vəkillə əlaqə imkanı olmadan 59 gün həbsdə saxlanılıb və bu müddətdə onun sağlamlıq durumu ciddi şəkildə pisləşib. Qeyd olunub ki, o, minimum ədalətli məhkəmə standartlarına cavab verməyən proseslə mühakimə edilib.
Beynəlxalq Əfv Təşkilatı hökmü pisləyib, Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb və onun vəziyyətinə uyğun ixtisaslaşmış tibbi yardıma tez bir zamanda çıxışının olmasının vacibliyini vurğulayıb.
Təşkilat həmçinin beynəlxalq ictimaiyyəti insan haqları müdafiəçilərinə qarşı repressiyalara son qoymaq üçün İslam Respublikasına təzyiqi artırmağa çağırıb.
