Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür etmədiyini bildirib
Sozcu.az xəbər verir ki, bunun Ermənistan-Amerika təşəbbüsü olduğunu vurğulayıb.
"Rusiya yalnız TRIPP-ə diqqət yetirməməlidir. Digər marşrutlar da Ermənistandan keçir", - deyə Simonyan qeyd edib.
O, əlavə edib ki, Moskva TRIPP çərçivəsindən kənar infrastruktur layihələrinin tikintisində və istismarında iştirak etməyi təklif edə bilər və Ermənistan bu cür təklifləri nəzərdən keçirməyə hazırdır.
Rusiyaya səfərindən sonra Simonyan bildirib ki: tərəflər açıq şəkildə narahatlıqlarını bölüşüblər və investisiyalar və mədəni əməkdaşlıq müzakirə ediblər.
Rusiya tərəfi Ermənistanın daxili siyasətinə müdaxilə etməkdə maraqlı olmadığına əminlik verib.
