"Təbii ki, söhbət separatçı rejimin Rusiya və digər güclərin dəstəyi ilə Azərbaycan dövlətinə və ordusuna qarşı hazırladığı tədbirlərdən gedib..."
Azərbaycan Respublikası ərazisində 32-ci ildir ki, Kremlin dəstəyi ilə qondarılmış və hazırda birbaşa Rusiyanın "sülhməramlı" hərbi qüvvələrinin himayəsi altında bəslənən separatçı-terrorçu rejimin bu günlərdə təyin olunmuş qanunsuz “qanunverici orqanı”nın rəhbəri, terrorçu “Daşnaksütyun” partiyasının Xankəndindəki nümayəndəsi David İşxanyan xuntanın “müdafiə naziri”, “müdafiə ordusu”nun komandanı Kamo Vardanyanı qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə erməni mediası qondarma “parlament”in mətbuat xidmətinə istinadla məlumat yayıb.
Daşnak “spiker” “qeyd edib ki, qanunvericilik təşəbbüsləri ilə yanaşı, ilk növbədə, o, artsax xalqının təhlükəsizliyinin əsas qarantı olan və olacaq müdafiə ordusu tərəfindən təmsil olunan artsaxın təhlükəsizlik və müdafiə sisteminə əhəmiyyət verir.
Kamo Vardanyan David İşxanyanı təbrik edib və təhlükələrə birlikdə müqavimət göstərməyə hazır olduğunu bildirib.
Komandan hazırkı vəziyyətdə müdafiə ordusunun qarşısında duran vəzifələrə və onların həlli yollarına toxunub” -xəbərdə belə deyilir.
Xəbərə əlavə olunan fotoda daşnak "spiker"in qəbul otağında əli türk diplomatlarının və I Qarabağ savaşında yüzlərlə Azərbaycan vətəndaşının qanına batmış beynəlxalq terrorçu Monte Melkonyanın portreti görünür...
P.S. Təbii ki, söhbət separatçı rejimin Rusiya və digər güclərin dəstəyi ilə Azərbaycan dövlətinə və ordusuna qarşı hazırladığı tədbirlərdən gedib...