Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Oktyabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az xəbər verir ki, oktyabrın 12-si saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub. kapital bank vakansiya Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib. Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Sabirabadda yük maşını kanala düşdü

Bu gün Sabirabadda qəza baş verib. "Unikal"ın məlumatına görə, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb. Belə ki, yük avtomobili qarşısına çıxan maşını vurmamaq üçün manevr edərək yolun kənarındakı su kanalına düşüb. vakansiya Hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinə ziyan dəyib.

Separatçıların həbs müddəti uzadıldı

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb. vakansiya İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Zəlzələ ilə bağlı VACİB XƏBƏR: 15-20 gün müddətində...

Bir çox təbiət hadisələri əvvəlcədən bilinsə də, zəlzələləri öncədən proqnozlaşdırmaq mümkün deyil. Zəlzələlərin “proqnozlaşdırılması”nın elmi tərifi verilməlidir.  Sozcu.az xəbər verir ki, elmi ictimaiyyətin fikrincə, qabaqcadan bilmək müəyyən müddət ərzində, müəyyən bir ərazidə və müəyyən bal gücündə baş verəcək zəlzələ haqqında əvvəlcədən bilmək deməkdir. Başqa sözlə desək, uzun müddət sükutdan sonra bəzi foreşoklar baş verdikdə və ya anomaliyalar aşkar edildikdə, bu, tezliklə dağıdıcı zəlzələnin baş verəcəyi xəbərdarlığıdır.  Daha aydın desək, zəlzələnin baş verəcəyini elan edən şəxs və ya təşkilat zəlzələnin episentrinin koordinatlarını +/-10 km, baş vermə vaxtını +/-4 saat və onun maqnitudasını +/-1 xəta həddində bildirməlidir. Bu səhv limitləri fərqli qəbul edilə bilər. Burada misal olaraq verilmişdir. Zəlzələnin proqnozlaşdırılması müəyyən və qəbul edilmiş xəta hədləri daxilində zəlzələnin yerini, vaxtını və miqyasını bilmək hesab edilir. vakansiya 2023 Zaman baxımından 15-20 gün sonra zəlzələ olacağını söyləmək zəlzələləri proqnozlaşdırmaq sayıla bilməz.  Zəlzələlərin proqnozlaşdırılması məsələsini yaxından araşdırmağa çalışaq: Müəyyən maqnitudada zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Lakin burada çətinlik bu zəlzələnin baş vermə vaxtı və bu cür prekursorların görünməyə başladığı zaman periyodudur (vaxt pəncərəsi).  "Zəlzələ nə qədər dəyişiklikdən sonra baş verəcək?" sual ağla gəlir. Zəlzələdən sonra belə suallara cavab vermək çox asandır. Elmi məlumatların köməyi ilə zəlzələni proqnozlaşdırmaq mümkün görünsə də, heç də həmişə etibarlı deyil. 1976-cı ildə Tangshan (Çin) zəlzələsində 650-750 min adam həlak olduqdan sonra məlum oldu ki, zəlzələləri əvvəlcədən bilmək kifayət etməyəcək.  Digər tərəfdən, can itkisinin qarşısını almaq üçün bütün şəhərləri boşaltmaq, insanları illərlə, aylarla, hətta həftələrlə çadırlarda yaşatmaq mümkün deyil. Bu səbəbdən elm adamları zəlzələləri 1 və ya 2 gün əvvəldən təsbit etməyin yollarını axtarırlar.  Zəlzələlərin və onların sələflərinin proqnozlaşdırılması və müşahidələr (yeraltı su səviyyəsinin dəyişməsi, radon qazı, maqnit, elektrik, əyilmə, sürünmə, deformasiya, P dalğasının sürətinin dəyişməsi, kimyəvi dəyişikliklər, iqlim dəyişiklikləri, canlılarda anormal davranış) hələ tamamlanmamışdır. Tək bir zəlzələ prekursorundan istifadə edərək zəlzələni proqnozlaşdırmaq çox çətindir. Zəlzələ prekursorları qırılma mexanizmindən, gərginlik nümunələrindən, qırılmaların həndəsi xüsusiyyətlərindən, qonşu bölgələrdə nisbi hərəkətdən, fokus dərinliyindən və ölçüsündən asılıdır.  Çinli seysmoloqların uğurları ilə yanaşı, onların zəlzələ ilə bağlı aldadıcı proqnoz proqramlarını da qeyd etmək lazımdır. Məsələn, 1976-cı ilin avqustunda Quançjou və Honq-Konq yaxınlığında edilən xəbərdarlıq bir çox insanı çöldə yatmağa inandırdı, lakin heç bir zəlzələ baş vermədi. Digər tərəfdən, heç bir xəbərdarlıq edilmədən kifayət qədər dağıdıcı zəlzələlər baş verib. Məsələn, 27 iyul 1976-cı ildə Pekindən 150 km şərqdə, 1 milyon əhalisi olan sənaye şəhəri Tanşanda çox faciəli zəlzələ baş verdi . Son 20-30 ildə zəlzələləri proqnozlaşdırmaq üçün getdikcə intensivləşən araşdırmalar heç bir konkret nəticə əldə etməyib. Bunun bir səbəbi də böyük zəlzələlərin təkrarlanma intervallarının ən azı 70-150 il olmasıdır. Zəlzələ prekursorlarının monitorinqi üzrə tədqiqatların ən azı zəlzələnin təkrarlanma dövrünə bərabər olan müddətdən sonra (ən azı 30 il əvvəl) nəticə verəcəyi gözlənilməlidir. Görünür, ən azı növbəti əsrin ortalarına qədər zəlzələlərin proqnozlaşdırılması ilə bağlı konkret nəticə əldə edilməyəcək. yenisabah)

Sumqayıtda qəza: moped sürücüsü öldü

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xudatda ağır qəza: 2 ölü, 1 yaralı

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində VAZ-21011 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

“Səba” ləğv edilir, əmlakları satışa çıxarılır

28 oktyabr 2024-cü il tarixinə təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.  Sozcu.az APA-ya istinadla xəbər verir ki, növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib. 1. "Səba"ASC-nin ləğv edilməsi, ləğvetmə komissiyası (təsviyəçi), qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə. vakansiyalar 2. "Səba" ASC-nin Direktorlar Şurası barədə. 3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə. 4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə. 5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə. 6. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə. 7. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə. 8. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə. 9. "Səba"ASC-nin və onun törəmə cəmiyyətləri olan "Qarabağ Taxıl" MMC-nin, "Biləsuvar Aqro" MMC-nin mövcud olan kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl" MMC-nin mülkiyyətində olan Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrindən ibarət daşınmaz əmlaklarının və həmin sahələrdə mövcud olan "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə. 10. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə. 11. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə. 12. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə. Qeyd edək ki, hazırda "Səba" şirkətinin aktivlərinə “Chicken Pro.” nəzarət edir. 

Mağazaya girib, hamının borcunu ödədi

Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. Sozcu.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, həmin kənddə mağazadan "nisyə" məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb. Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib. Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib.

Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - BİLİNDİ

Dünən ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib. Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya  göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.  Məsələ ilə əlaqədar cəmiyyəti maraqlandıran əsas sual Əhməd Əhmədovun ailə mülkiyyətinin kimə qalacağı ilə bağlıdır. Faktiki olaraq, onun birinci dərəcəli ailə üzvlərindən heç bir həyatda deyil.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Əhməd Əhmədovun adından əmlakla bağlı əqdləri onun qəyyumları bağlaya bilər:  socar vakansiya “Düşünürəm ki, Əhmədin adına heç bir əmlak yoxdur. İndiki halda, birinci növbətə Əhmədin üzərində fəaliyyət qabiliyyəti olmadığından dolayı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33-cü maddəsinə əsasən, qəyyumluq və himayəçilik təyin olunur. Belə ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 28-ci maddəyə görə isə, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların adından əqdləri, əmlakla bağlı hər hansı bir hərəkətləri onların qəyyumları bağlaya bilər”.  Hüquqşünas qeyd edib ki, Əhməd Əhmədov fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər:  “Qeyd edim ki, burada faktiki olaraq, Əhmədin valideynləri dünyasını dəyişdiyinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1244-cü maddəsinə görə, Əhməd fəaliyyət qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, miras əmlakını qəbul edə bilər. Mütləq şəkildə miras əmlakı fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi vasitəsi ilə qəbul olunur. Eyni zamanda 1268-ci maddəyə görə isə, miras əmlakından imtinaya yalnız məhkəmənin icazəsi ilə yol verilir. Düşünmürəm ki, Əhməd və onun qanuni nümayəndələri əmlakı qəbul etməkdən imtina etsinlər. Amma istənilən halda əmlak qəbul olunacaq və həmin əmlakla bağlı onun qanuni nümayəndələrinin yalnız fəaliyyət qabiliyyəti olmayan şəxsin maraqları naminə və onun xeyirinə istənilən müqavilələrin, əqdlərin bağlanmasına qanunla icazə verilir”. 

Rusiyanın itkiləri 666 mini ötdü

Ukrayna müharibənin 961-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 666 340 hərbçi, 8 953 ədəd tank, 17 800 ədəd zirehli döyüş maşını, 19 322 ədəd artilleriya sistemi, 1 229 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 976 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 398 ədəd avtomobil texnikası, 16 837 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 396 xüsusi avadanlıq itirib.

Qazaxda 18 tələbə dönərdən zəhərləndi - Yenilənib

09:57 Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Sozcu.az xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər. Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. *** Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", AQTA-dan bildirilib.

Hava şəraiti ilə bağlı xəbərdarlıq: Temperatur 10 dərəcəyədək enəcək

Oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Kamala Harris ABŞ tarixində heç bir namizədin edə bilmədiyini ETDİ

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə seçki kampaniyası üçün 1 milyard dollardan çox pul toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms”” qəzeti üç mənbəyə istinadən məlumat  yayıb. Məlumata görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd belə qısa müddət ərzində bu qədər pul yığmayıb. Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur. Rəsmi açıqlamalardan əldə edilən hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb. Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı pula onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Vəsait əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinin və işçilərinin işinə sərf olunur. Demokrat Partiyası hələ sentyabrda nə qədər pul yığdığını rəsmən açıqlamayıb.

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Oktyabrın 11-14-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər veririr ki, sarı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sürücülərə mühüm xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz

Bakıda günü-gündən avtomobil çoxalır. Bunun nəticəsində də sürücülər üçün maşının parklanmasında problem yaranır.  Sozcu.az bu barədə quruma istinadən xəbər verir.  Sevindirici haldır ki, bu problemin həlli istiqamətində mühüm işlər görülür. Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) paytaxtın bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri salınır.  azal vakansiya Qeyd edək ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.  Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd "Dayanma və durma qadağandır" yol nişanı quraşdırılıb.  Bu istiqamətdə işlər davam etdiriləcək. 

DİQQƏT! Uşaqlar buna görə şikəst doğulur - VACİB XƏBƏRDARLIQ

“Anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında artımın bir çox səbəbi ola bilər və bunlar həm genetik, həm də ətraf mühit amillərinə bağlıdır. Statistikada 20 faiz artımın müşahidə olunması geniş miqyasda nəzərdən keçirilməli bir vəziyyətdir”.  Bu sözləri “Yeni Sabah”a infeksionist Aytən Ziyadova anadangəlmə xəstəliklərin sayının artması ilə bağlı açıqlamasında deyib. Bildirib ki, aşağıdakı faktorlar bu artıma təsir göstərə bilər:  Genetik amillər: Genetik xəstəliklər irsiyyət yoluyla ötürülə bilər. Ailə daxilində olan müəyyən genetik xəstəliklər və ya valideynlərin qohumluğu bu riskləri artırır.  vakansiya 2023 Ana və atanın yaşı: Valideynlərin yaşı artdıqca, xüsusilə anaların yaşı 35-dən çox olduqda, uşaqda anadangəlmə xəstəliklərin yaranma riski artır. Ekoloji faktorlar: Zərərli kimyəvi maddələrə məruz qalmaq (havanın çirklənməsi, toksinlər), qida keyfiyyəti, infeksiyalar (məsələn, Zika virusu) və zərərli vərdişlər (siqaret çəkmək, alkoqol və narkotik maddə istifadəsi) ana hamiləlik dövründə uşağın inkişafına mənfi təsir göstərə bilər.  Prenatal qayğının çatışmazlığı: Hamiləlik dövründə keyfiyyətli tibbi xidmətin olmaması və ya gec diaqnostika anadangəlmə xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına mane ola bilər.  Bəslənmə çatışmazlığı: Folik turşusu və digər vacib vitaminlərin çatışmazlığı, hamiləlikdə qeyri-sağlam qidalanma uşaqda bəzi nevroloji və fiziki qüsurların yaranmasına səbəb ola bilər”. Həkim çıxış yolları haqqında da danışıb: Hamiləlik planlaması və prenatal qayğı: Ailələrə hamiləlik öncəsi müayinələrdən keçməyi tövsiyə etmək vacibdir. Hamiləlik dövründə mütəmadi olaraq prenatal qayğı almaq və xüsusi analizlərdən keçmək mümkündür ki, erkən mərhələdə problemlər aşkar olunsun və tədbirlər görülsün.  Genetik məsləhət: Valideynlərdə irsi xəstəliklər riski varsa, hamiləlikdən əvvəl genetik məsləhət almaları tövsiyə olunur. Bu, potensial problemlərin qabaqlayıcı tədbirlərini təmin edə bilər. Qidalanma və vitamin qəbulunun artırılması: Fol turşusu, dəmir, D vitamini kimi vacib qida əlavələri ana və uşağın sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Sağlam qidalanmanın təşviq edilməsi vacibdir.  Ekoloji amillərin azaltılması: Zərərli maddələrin məruz qalmasının azaldılması, xüsusilə hamilə qadınların toksinlərdən uzaq qalması və ya bu cür amillərdən qorunmaları təmin edilməlidir. Maarifləndirmə kampaniyaları: Cəmiyyətə yönəlmiş maarifləndirmə və təlim proqramları ilə ailələr arasında hamiləlik və prenatal qayğı haqqında bilik artırıla bilər”.  Pediatr bu tədbirlər nəticəsində anadangəlmə xəstəliklərin artımını nəzarət altında saxlamaq və gələcək nəsillərin daha sağlam olmasını təmin etməyin mümkün olduğunu vurğulayıb. 

Bu hərbçilərin maaşları dəyişdi - Qərar

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

Azərbaycan universitetlərinin 70 faizində süni intellekt tədris ediləcək

Universitetlərin 70 faizində süni intellekt tədris olunmağa başlayacaq. Sozcu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib. “Dayanıqlılığı gündəlik innovasiyaya inteqrasiya edirik ki, bu da təəccüblü deyil. Biz artıq COP29-a ev sahibliyi edirik. Bakı şəhərinin rəqəmsal əkizi yaradılır. Altı milyondan çox unikal məlumat məntəqəsi artıq daxil edilib. Bu, unikal bir şeydir. Biz rəqəmsal texnologiyalar üzərində də çalışmağa davam edirik”, - deyə nazir qeyd edib.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası Mahir Qəmbərov vəfat edib. Sozcu.az-ın məlumatına görə, o, ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib. Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.modern)

AYNA: Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır

Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. “Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır”, - Anar Rzayev bildirib./APA

Ukrayna Rusiyanın PUA anbarını vurdu: 400 “Şahid” məhv edildi

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarındakı PUA anbarını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Oktyabrsk rayonunda yerləşən anbar “Neptun R-360” raketi ilə vurulub. Zərbə nəticəsində anbarda olan 400-dən çox “Şahid” PUA-sının məhv edildiyi bildirilib.

Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınıb?

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. “Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk. Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəsul Osmanlı saxlanılaraq istintaqa təhvil verilib.  Faktla  bağlı araşdırma aparılır. 

Biləsuvarda 2 yaşlı uşağın ölümü: Sınıqçı ev dustağı oldu

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər. vakansiya Sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.