Olmayan uşağa görə aliment təyin edildi - Cinayət işi açıldı

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sozcu.az -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

İtkin düşən və həlak olan hərbçilərə görə iki nəfər həbs olundu

İki il əvvəl Laçında hərbçilərimizin itkin düşməsi və bir neçə gün əvvəl meyitlərinin qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Qeyd edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları - əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib. “Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər”, - məlumatda deyilir.

Ukrayna silahlı qüvvələri Rusiyaya ŞOK yaşadır

Ukrayna silahlı qüvvələri Rusiyanın Kursk vilayətində hücum əməliyyatını inkişaf etdirir.  Sozcu.az xəbər verir ki, hərbi müxbirlər hətta 10 min nəfərlik qrupun Kursk vilayətinə daxil olduğunu bildirir.  Rusiya hakimiyyəti susur, amma televiziyada 300 diversantdan və “qan verən Kursk sakinlərinin birliyindən” danışırlar.  Sayt yaratmaq RF Müdafiə Nazirliyi Rusiya ərazisinin dərinliklərinə doğru irəliləməsinə yol verilmədiyini iddia edir, lakin Z-blogerlər bunun davam etdiyini yazır.  Məlumata görə, Kursk vilayətində irəliləyən Ukrayna silahlı qüvvələri qrupunun sayı durmadan artır. Dünən hökumətyönlü media 100 nəfərin olduğunu yazıb, çərşənbə axşamı hərbi müxbirlər ukraynalıların 900 nəfər olduğunu iddia ediblər. Dünən günün ikinci yarısında kremlpərəst kanallardan biri Kursk vilayətində 10 minə qədər Ukrayna əsgərinin ola biləcəyini qeyd edib.  Kremlin qara təbliğatçısı Vladimir Solovyovun yutub kanalında Ukrayna silahlı qüvvələrinin bir neçə kəndi ələ keçirməsi faktı etiraf olunub.  “Ukrayna silahlı qüvvələri bir neçə yaşayış məntəqəsində möhkəmlənib” - deyə Rusiya Müdafiə Nazirliyinin hərbi-siyasi işlər üzrə baş idarəsinin rəis müavini Apti Alaudinov orada söyləyib.  Lakin “Birinci kanal” bu gün gündüz buraxılışında Kurskda 300-ə qədər ukraynalı diversantın sərhədi keçməyə cəhd etdiyini və “sərt cavab aldığı” barədə informasiya yayıb. NTV isə qurbanlar üçün qan verən “rayon sakinlərinin birliyi” barədə süjet yayımlayıb. musavat.com)

Türkiyə daha 4 terrorçunu zərərsizləşdirildi

Türkiyə ordusu Suriyanın şimalında “Zeytun budağı” və “Sülh çeşməsi” bölgələrində növbəti əməliyyat həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı sabitliyi pozmağa çalışan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Üç yaşlı övladını satışa çıxaran ana danışdı: “Əsəbi idim”

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur. "Əsəbi olduğum üçün paylaşdım..." Bizim.Media ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı üç yaşlı övladını satışa çıxaran 2000-ci il təvəllüdlü Nəzrin Qurbanovadan açıqlama alıb. Həkim tap Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb: "Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azından onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz yeddi uşaq olmuşuq, beşi qıcolmadan, bir qardaşım isə suda boğularaq dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb". "Yoldaşım "o uşaq məndən deyil" deyir..." Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb: "Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim. Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. "O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur", - deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır". "Ev sahibi məni küçəyə atacaq" Nəzrin Qurbanovanın sözlərinə görə, uşağına baxan olmadığı üçün iş axtarmaqda maraqlı olmayıb və davamlı işləyə bilməyib: "Üç gün çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdur, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı "TikTok"da video paylaşmışam. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi. O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik. Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm. Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq", - deyə Nəzrin Qurbanova əlavə edib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Əlavə olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır. Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

Şok: Ukrayna Rusiyanın bu ərazilərini işğal etdi – Təcili

13:02 Avqustun 6-da Kursk vilayətinin Sucansk rayonuna daxil olan Ukrayna ordusu sərhəd zonasında möhkəmlənməyə nail olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” Teleqram kanalı məlumat yayıb. Kanalın müəllifi Mixail Zvinçukun sözlərinə görə, Ukrayna ordu bölmələri Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirib: “Bundan əlavə, hazırda Qonçarovka və Oleşnyada Ukrayna və Rusiya qoşunları arasında döyüş gedir. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbi qulluqçusu Kursk vilayətinə daxil olub və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib. Ukrayna ordusunun əməliyyatı çoxdan hazırlanıb və ən azı daha bir neçə gün davam edə bilər”. “Arxangel Spetsnaz” və “İki mayor” kanallarının məlumatına görə isə Ukrayna Silahlı Qüvvələri Sucaya doğru irəliləməyə davam edir, şəhər faktiki olaraq boşaldılıb. Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi Kursk vilayətindəki döyüşlər barədə təfərrüatlı məlumat vermir. Bölgə qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, region “Ukraynalı nasistlərin hücumlarına qəhrəmancasına müqavimət göstərir” və bütün təcili yardım xidmətləri gücləndirilmiş iş rejiminə keçib. O, həmçinin vətəndaşları yerli xəstəxanalarda donor qan ehtiyatını artırmağa çağırıb. Smirnovun sözlərinə görə, bir gecədə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd raket və üç pilotsuz uçan aparat vurulub. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində ölənlərin ümumi sayı 28 nəfərə çatıb, bu barədə TASS-a vilayətin baş cərrahı Andrey Loktionov bildirib.

Ukraynalı diversantlar Rusiya sərhədini keçdi – Kurskda amansız döyüşlər başladı

Rusiya KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin hərbi texnika və canlı qüvvə ilə Rusiyanın həmsərhəd Kursk vilayəti ərazisinə girdiyini yazırlar. Sozcu.az xəbər verir ki, Rusiyanın “Z-kanalları” Ukrayna diversant qruplarının Kurskun Sudjansk rayonunun Qonçarovka yaşayış məntəqəsinə doğru irəlilədiyini bildiriblər. Kursk vilayətinin qubernatoru isə Sudjansk və Korenevski rayonlarında “Ukrayna qoşunlarının sərhədi yarmaq cəhdi” barədə məlumat yayıb. “Teleqram” kanallarının məlumatına görə, bir qrup ukraynalı diversant Kursk vilayətinə daxil olaraq Rusiya sərhədçiləri və hərbçiləri ilə döyüşə girib. Tanınmış “Z-kana”lardan biri yazıb: “Bir neçə mənbədən əldə edilən ilkin məlumatlara görə, düşmən bir neçə zirehli texnikanı ərazimizə keçirə bilib, istiqamət Kurilovka və Qonçarovkadır, düşmən müdafiəni tanklarla yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin Sudja şəhərini atəşə tutması davam edir”. Ukrayna kəşfiyyatına istinad edən Ukrayna mətbuatı isə yazır ki, Rusiya hərbi birləşmələri Kursk vilayətinin bir hissəsinə və sərhədə nəzarəti itirblər. Bununla yanaşı, Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbənin “NV”-yə verdiyi məlumata görə, bu hücumda Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rusiya Könüllülər Korpusunun (RDK) döyüşçüləri iştirak etmir. Belə çıxır ki, sərhədi keçərək Kursk vilayətinə hücum təşkil edən birbaşa Ukrayna hərbi birləşmələridir.(azpolitika)

Tikinti bazarında 30 faiz bahalaşma - Evlərin qiyməti QALXACAQ

“Ölkənin tikinti bazarında bahalaşma müşahidə olunur. Tikinti materiallarının qiyməti qalxıb. Buna səbəb dizel yanacağının bahalaşmasıdır. Çünki dizel yanacağı daşınmada mühüm rol oynayır. Onun bahalaşması bütün tikinti materiallarının qiymətinə öz təsirini göstərir. Tikinti və inşaat sektorunda qiymətlərin artması tədricən evlərin, mənzillərin və obyektlərin qiymətinə də təsir edəcək”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, tikinti materiallarının xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir: “Əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur”.

Harris Trampı 4 faiz üstələyir

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərindəki dəstək fərqini rekord 4 faiz bəndinə yüksəldib.  Sozcu.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı “Morning Consult”un keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.  Bildirilir ki, sorğu iştirakçılarının 48 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, respondentlərin 44 faizi isə Trampa üstünlük verib. Beləliklə, fərq Harrisin xeyrinə rekord səviyyəyə yüksələrək 4 faiz bəndinə çatıb. Həkim tap Avqustun 2-dən 4-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 11 mindən çox amerikalı seçici iştirak edib. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Küləkli hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.  Bu barədə Sozcu.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.  Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.  onlayn aptek Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.  Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20,8-28,4 m/san təşkil edəcək. 

Xiyar və pomidorun qiyməti heç vaxt bu səviyyəyə yüksəlməyib – Son 10 ilin qiymətləri

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayında xiyar və pomidorun qiyməti 3 dəfədən çox bahalanıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin avqust ayında Azərbaycanda xiyarın 1 kiloqramının orta satış qiyməti 65 qəpik, pomidorun 1 kiloqramının orta satış qiyməti isə 94 qəpik olub. Məlumat üçün bildirək ki, rəsmi qurumlar bu ilin avqust ayı ilə bağlı statistik göstəriciləri açıqlamayıblar. Lakin, ölkənin aparıcı marketlərində xiyar və pomidorun qiymətinin ötən illə müqayisədə dəfələrlə yüksək olduğu müşahidə edilir. Nümunə üçün qeyd edək ki, hazırda aparıcı supermarketlər şəbəkələrindən birində – “Bazarstore”da xiyarın 1 kiloqramının orta satış qiyməti 2,50 manat, pomidorun 1 kiloqramının orta satış qiyməti isə 2,85 manat təşkil edir. Onu da bildirək ki, Azərbaycanda xiyar və pomidorun qiyməti əvvəlki illərdə heç vaxt bu səviyyəyə yüksəlməyib. Müqayisə üçün xiyar və pomidorun son 10 ilin avuqst aylarında qeydə alınan qiymətlərini təqdim edirik:

Bakıda kirayə evlər BAHALAŞACAQ - Bu tarixdən...

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.  Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.  Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək.  İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”. onlayn aptek Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək". Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, - deyə ekspert qeyd edib. 

Ukrayna Rusiyada aviabazanı vurdu: Su-34 məhv edildi

Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Morozovsk aviabazasına zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, bazada Su-34 məhv edilib, həmçinin sursat anbarlarının yaxınlığında güclü partlayışlar baş verib.

Mutudərə kəndinin işğala məruz qalmasından 32 il ötür

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik Mutudərə kəndini ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi.  Sözcü.az

Moskvada partlayış: ölən var - Təcili

Moskvanın qərbində yaşayış binasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata əsasən, adı açıqlanmayan şəxs intihar məqsədilə naməlum partlayıcını partladıb. Onun öldüyü bildirilir. Hazırda ərazidə araşdırma aparılır.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrin daşınması üçün əlil arabası tapılmır

Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru

Saxta dərmanlarla bağlı dəhşətli statistika: 500 000 min ölüm faktı - Araşdırma

Yeni araşdırmaya görə, Afrikada dərmanların beşdə biri keyfiyyətsiz və ya saxta ola bilər. Bu, qitədə saysız-hesabsız xəstələrin ölümünə səbəb ola biləcək məsələdir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyadakı Bahir Dar Universitetinin tədqiqatçıları araşdırmaya daxil edilən 7508 dərman nümunəsindən 1639-nun ən azı bir keyfiyyət testindən keçdiyini, keyfiyyətsiz və ya saxta olduğunu təsdiqləyib. Amsterdamda yerləşən qeyri-kommersiya təşkilatının tədqiqat direktoru Klaudia Martinez deyib ki, əgər xəstələr keyfiyyətsiz və ya tamamilə saxta dərmanlar alırlarsa, bu, müalicənin uğursuzluğuna və hətta ölümlərə səbəb ola bilər. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin keçən il dərc etdiyi hesablamalara görə, saxta və keyfiyyətsiz dərmanların insan dəyəri Afrikada ildə 500.000 ölümə qədər yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Afrikada ən çox saxtalaşdırılan dərmanların antibiotiklər və malyariyaya qarşı (malyariya əleyhinə) məhsullar olduğunu bildirib. Araşdırmaya görə, Malavidə keyfiyyətsiz və saxta dərmanların ən yüksək nisbəti olduğu müəyyən edilib. Martinez bildirib ki, qitədə məhsulların paylanmasında çoxsaylı vasitəçilərin rolu keyfiyyətsiz və ya saxta dərmanların tədarük zəncirinə sızmasını asanlaşdırır. ÜST-nin əvvəlki araşdırması ilə inkişaf etməkdə olan ölkələrdə hər 10 tibbi məhsuldan birinin keyfiyyətsiz və ya saxta olduğu, keyfiyyətsiz və saxta dərmanlarla bağlı hesabatların 42%-nin Afrikadan, 21%-nin Amerikadan və 21%-nin Avropadan gəldiyi müəyyən edilib.bakupost)

“Mərkəzi Bank sentyabrda faizləri aşağı çəkəcək” - Natiq Cəfərli

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda Mərkəzi Bank əsasən, dünya Mərkəzi Banklarının atdığı addımlara paralel davranmağa və makroiqtisadi göstəriciləri nəzərə almağa çalışır: "Bir də Mərkəzi Bank ABŞ və dünyanın bir çox başqa ölkələrində faiz qərarlarının hansı yöndə olacağı ilə bağlı gözlənti içindədir. Çünki, qlobal iqtisadi proseslər də ölkəmizə təsir edə bilər. Ona görə də dünyadakı proseslərə paralel olaraq faiz dərəcəsini sabit saxladı”. Ekspertin sözlərinə görə, sentyabr ayında çox güman ki, Mərkəzi Bank faizləri 0,25 faiz aşağı çəkəcək: "Çünki həmin zaman həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".

18 metrlik körpünü sel apardı - Sakinlər çətin vəziyyətdə

Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb. Sozcu.az xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60 - a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək. Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər. Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov APA-ya bildirib ki, adı çəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib: “Bu il iyun ayının 26 - da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik". Qeyd edək ki, 350 təsərrüfatı, 1500 - ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100 - dən çox təsərrüfat, təqribən 500 - ə yaxın sakin yolun o tərəfində qalıb.

MSK namizədlərin siyahısını bu tarixdə dərc edəcək - AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə artıq 25 gün qalıb. Buna baxmayaraq, hələ də namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmayıb. Bəs, bu barədə siyahı nə zaman MSK-nın saytında yerləşdiriləcək? Modern.az məsələ ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayıb.  Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, məsələ seçki məcəlləsinin 148.5-ci maddəsinə əsasən müəyyən edilir. Seçki Məcəlləsinin 148.5-ci maddəsində deyilir ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir. Qeyd edək ki, qanuna görə avqustun 11-nə kimi namizədlərin siyahısı dərc olunmalıdır.

Rozanın oğlundan şok paylaşım: İşsizəm, yeməyim yoxdur...

Tanınmış müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovun İnstaqram hesabındakı paylaşımı diqqət çəkib. Sozcu.az xəbər veir ki, işsiz olduğunu, yeməyə pul tapmadığını qeyd edib. “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. Əgər kiminsə imkanı çatırsa, mənə kömək ola bilər, yemək alım. İmkanı olan yazsın, kart ataram, pis vəziyyətdəyəm”. Qeyd edək ki, R.Zərgərlinin Jerarddan başqa daha bir övladlığa götürdüyü oğlu da Corc Qafarovdur. O, aktyorluqla məşğuldur. Corc və Jerar Qafarovlar qardaşdırlar. Bundan başqa müğənninin Natəvan adlı övladlığa götürdüyü, Bənövşə adlı isə doğma qızı var.

Bakıda taksi sürücüsünü döyüb maşınını qaçırdılar

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.

Çaylarda sululuq artacaq - Xəbərdarlıq

Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Sürgün cəzası ilə bağlı Abbas Lisaniyə xəbərdarlıq edildi

Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə yerli mənbələr məlumat yayıb. Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib. Məktubda Abbas Lisanidən bu gün avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib. "Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir",- deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib. Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb. Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.