Fikrimcə, Vladimir Putin sülhdə maraqlı deyil. Buna görə də biz Ukraynaya hərbi yardımı davam etdirməliyik. “Tomahavk” raketləri, “Patriot” sistemləri üçün raketləri, daha çox F-16 təyyarəsi, dron istehsalı və digər zəruri silahlar verilməlidir.
Sozcu.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan amerikalı senator Riçard Blumental deyib.
Senator çıxışında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı ABŞ Konqresində müzakirə olunan qanun layihəsini də xatırladıb.
Onun sözlərinə görə, sənədin qəbulu Moskvaya sarsıdıcı iqtisadi təzyiq göstərəcək və Kreml sülh danışıqlarına məcbur olacaq.
