Ukrayna müdafə qüvvələri Rusiyanın Perm diyarında “Metafrax Chemicals” kimya zavoduna dronlarla hücum təşkil edib. Zavod Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşir.
Sozcu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, hücumu USQ-nin “Alfa Xüsusi Əməliyyatlar Mərkəzi” koordinasiya edib.
Hücum zamanı ən azı altı partlayış qeydə alınıb. İşçilər təxliyə edilib. İlkin məlumata görə, zərbə metanol istehsalı bölməsinə endirilib.
Qeyd edilir ki, “Metafrax Chemicals” Rusiya və Avropanın ən böyük metanol istehsalçılarından biridir.
