İsrail örgüt kimi davranır, cavabı adekvat olacaq

Biz İsrail ərazisində dinc əhalinin öldürülməsinə qarşıyıq, Qəzzada dinc əhalinin öldürülməsini də qətiyyən qəbul etmirik. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bir şəhərin suyunu, işığını kəsib, ibadət yerlərini, məktəblərini yıxaraq, dinc əhalinin yaşadığı binaların dağıdılması kimi utancverici şəkildə hərəkətlər münaqişə deyil, qətliamdır. Mülki insanların öldürülməsi dövlətin yox, örgütün (təşkilat – red.) refleksi ola bilər. İsrail dövlət kimi yox, örgüt kimi darvanırsa, unutmamalıdır ki, ona təşkilat kimi davranılmağa başlayacaqlar. Bu faciələrin davam etməsinə nə region, nə də dünya dözə bilər”, - Ərdoğan bildirib.

HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü

İsrailə hücum zamanı HƏMAS yaraqlıları Fələstinin hüquqları uğrunda mübarizə aparan bir çox fəalı, eləcə də Fələstinə rəğbət bəsləyənləri də öldürüblər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Qəzza sərhədinin İsrail tərəfində sülh təşəbbüslərini və Fələstin hüquqlarını dəstəkləyən bir neçə kibbutzim sakini yaşayır. Bu sakinlərin çoxu şənbə günü HƏMAS hücumundan sonra itkin düşənlər və ya öldürülənlər arasında yer alıb. Yaraqlıların hücumundan sonra 74 yaşlı Vivian Silver itkin hesab edilir və çox güman ki, girov götürülüb. Kanadada anadan olan Silver 2014-cü ildə Qəzza müharibəsindən sonra İsrail-Fələstin münaqişəsinin siyasi həllini təşviq etmək üçün yaradılan kütləvi hərəkat-“Women Wage Peace”in liderlərindən biri idi. Fələstin tərəfdarı olan başqa bir sülh fəalı Kaim Katsmanın əvvəlcə girov götürüldüyü güman edilirdi, lakin sonra o, evində öldürülmüş vəziyyətdə tapılıb. O, bu yaxınlarda Sietldəki Vaşinqton Universitetində fəlsəfə doktoru dərəcəsini bitirmişdi. Şənbə günü hücumda daha iki sülh fəalı - Bilgə və Ceykob İnon da öldürülüblər”, - məlumatda deyilir.

Qəzzada köçkünlərin sayı 260 minə çatdı

İsrailin bombardmanları nəticəsində 260 min nəfər Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib. “Hesablamalara görə, 263 934 nəfər Qəzzada məcburi köçkündür. Onların sayının artacağı istisna olunmur”, - məlumatda qeyd olunub. Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatında qeyd olunub ki, HƏMAS-ın hücumlarından bəri Qəzza sektorunda 7 jurnalist öldürülüb. Məlumata görə, daha 2 jurnalist yaralanıb, 2-si isə HƏMAS tərəfindən girov götürülüb. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu isə HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirir.

ABŞ-ın gücü var: həm İsrail, həm də Ukrayna… - Sallivan

ABŞ-ın Ukraynaya, eləcə də İsrailə və Hind-Sakit okean regionundakı müttəfiqlərinə dəstək vermək üçün kifayət qədər qüvvəsi var. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib. O əlavə edib ki, ABŞ eyni vaxtda hər bir istiqamətdə iş aparmaq niyyətindədir.

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib. Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci ilin 3 oktyabrında Füzuli uğurnda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rusiya səfiri “sülhməramlı”ların olduğu Qarabağdan hayların köçünü “faciə” adlandırdı...

“Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...” Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti  Qarabağın dağlıq hissəsindən olan məcburi köçkünlərin ehtiyaclarını qiymətləndirmək, “Sünik” (Zəngəzur) qubernatoru Robert Qukasyan və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə təhlükəsizlik, sosial məsuliyyətli biznes, konsulluğun açılması və bir sıra digərləri də daxil olmaqla regionun bir sıra məsələlərin müzakirə etmək üçün “Sünik” vilayətinə səfər edib.  Moderator.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, Sergey Kopırkin erməni jurnalistlərə müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb. “Rusiya Ermənistana həm dövlət, həm də bir sıra ictimai təşkilatlar vasitəsilə əhəmiyyətli yardım paketi hazırlayır”-deyən  səfir qeyd edib ki, görüş zamanı tərəflər “Dağlıq Qarabağın erməni əhalisinin başına gələn faciə” fonunda “Sünik” bölgəsinin problemlərini müzakirə ediblər. Yerli hakimiyyət orqanları “məcburi” köçkünlərin problemlərinin həllinə diqqət yetirir. Rusiyalı diplomatın sözlərinə görə, yerli rəhbərlik nəhəng və səmərəli iş görür. “Rusiya üçün indi Ermənistanda və Sünik bölgəsində baş verənlər çox önəmlidir, Ermənistan və erməni xalqı, o cümlədən Dağlıq Qarabağ erməniləri bizim üçün önəmlidir, onlar yad deyillər. Biz çox sıx bağlıyıq. Biz bu insanların yaşadığı durumu və ağrıları özümüzünkü kimi qəbul edirik. Kim nə deyirsə desin, Rusiya bütün bunlara laqeyd deyil. O, öz əməlləri ilə göstərdi, göstərir və göstərəcək ki, bu, çox mühüm ölkə və xalqdır və onunla əsrlər boyu əlaqələr qurduğu və gələcəkdə də qurmaq niyyətindədir”, - deyə Kreml emissarı vurğulayıb. Kopırkin əmin edib ki, Rusiya Federasiyasının rəhbərliyi “Sünik” bölgəsinin problemlərinə böyük diqqət yetirir və ilk növbədə humanitar xarakterli məsələlərə diqqət yetirərək, onların həllinə kömək etməyə hazırdır. Bu baxımdan diplomat “Rossotrudniçestvo”-nun  Qarabağdan köçkmüş ermənilərin prioritet ehtiyaclarına cavabını müsbət qiymətləndirib. P.S. Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...

Paşinyan “Artsax” liderlərini İrəvandan qovur

Separatçı rejimin “rəhbər”i Samvel Şahramanyanın İrəvanda müşavirə keçirməsi və digər məsələlərlə yanaşı, Ermənistan hakimiyyətinə qarşı tənqidlər səsləndirməsi, eləcə də mübarizənin davam etdiriləcəyindən danışması Ermənistanın siyasi rəhbərliyini qəzəbləndirib.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Qəzet yazır ki, Nikol Paşinyan S. Şahramanyanın bu çıxışından sonra Qarabağdan Ermənistana köçən sıravi erməniləri sosial yardımdan məhrum etməklə onlardan qisas almaq qərarına gəlib:  “Bu gün Paşinyan iqtidarı tərəfindən “Artsax”ın sürgündəki “hakimiyyət”inə təzyiqlər başlayıb. Hakimiyyət sosial yardımları kəsməklə “Artsax” ermənilərini hədələyib. Hətta bəzi məlumatlara görə, Baş nazir Nikol Paşinyan Samvel Şahramanyanın sərt tənqidlərindən sonra Ermənistana gələn Qarabağ ermənilərinin sentyabr ayı üçün nəzərdə tutulan sosial yardımlarının ödənilməməsi əmrini verib”.  KİV onu da əlavə edib ki, İrəvan separatçıların maliyyələşdirilməsini dayandırmağa qərar verib. Belə ki, Ermənistan hakimiyyəti İrəvandakı qondarma “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın Operativ Qərargahı”nı da ləğv etmək qərarına gəlib.  Məlumata görə, Paşinyanın İrəvana sığınan “Artsax liderləri”nə qarşı münasibətini daha da sərtləşdirmək niyyətindədir. Baş nazirin özünə yeni problemlər yaratmamaq üçün separatçı “lider”lərlə bağlı kifayət qədər sərt qərarlar qəbul etməsi gözlənilir. Hətta bu sıraya onların üçüncü ölkəyə göndərilməsi də daxildir.  Qeyd edək ki, başda Samvel Şahramanyan olmaqla, Vitali Balasanyan, Samvel Babayan, Karen Sarkisyan və digər separatçıların İrəvana sığındığına dair məlumatlar var. 

Paşinyan: Türkiyəyə dedik ki, orda Rusiya yoxdur!

Türkiyə prezidentinin bəyanatında Ermənistanın vədindən söhbət gedir. Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki Ermənistanda və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edirik. Sozcu.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistanın “Birinci Kanal”ına müsahibəsində Türkiyə lideri Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vədi məsələsi haqda çıxışını şərh edərkən deyib. “Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz “dəhliz” terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: necə yəni qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz! Cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin. Ümumilikdə qlobal dünyada “dəhliz” sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”. Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur: “Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı – red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”. Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir: “Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”. Zəruri olaraq xatırladaq ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!!!) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.

Pensiya alanların nəzərinə!

Pensiyaların oktyabrın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!

İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib. “Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”, - paylaşımda qeyd edilib. Qeyd edək ki, Xamenei ötən gün “Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük” demişdi.

“Rusiya əks-hücuma keçməyə çalışır, amma uğursuzdur" - Zelenski

Ukrayna Rusiyanın hücum cəhdlərinə baxmayaraq, addımbaaddım irəliləməyə davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski deyib. “Rusiya əks-hücuma keçməyə çalışır, amma uğursuzdur. Biz də istədiyimiz və ya gözlədiyimiz kimi elə sürətli irəliləmirik”, - Zelenski bildirib.

“Leyli və Məcnun” Təbrizdə tamaşaya qoyulur

Oktyabrın 16-da Təbrizin Tərbiyət Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulacaq. Kult.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Bildirilib ki, tamaşanın səhnəyə çıxarılmasına bir həftə qalmış biletlərin hamısı satılıb. Yaqub Sədiq Camalinin rejissoru olduğu tamaşanın böyük maraq doğurmasının səbəbi səhnə əsərinin Azərbaycan dilində olması ilə əlaqələndirilir.

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfirliyi məlumat yayıb. Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub. *** HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 1200 nəfərə qalxıb. Bu barədə ABŞ Prezidenti Co Bayden çıxışında bildirib. Onun sözlərinə görə, ölənlərdən 14 nəfəri ABŞ vətəndaşıdır. Qeyd edək ki, İsrail 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə ordunun indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb.

ABŞ-ın Cənubi Qafqazda yeganə məqsədi budur

ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. O qeyd edib ki, Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının təmin edilməsi vacibdir.

Bu gün ABŞ Ukraynaya 200 milyonluq yardımı elan edəcək

Bu gün ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb. Qeyd olunur ki, yeni yardım paketinin ümumi dəyəri 200 milyon dollara yaxındır: “Paketə "AİM-9 Sidewinder" raketləri, HİMARS üçün artilleriya sursatları, TOV tank əleyhinə raketlər, həmçinin 155 mm və 105 mm mərmilər daxildir”.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? – Paşinyandan CAVAB

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalıb-qalmaması məsələsi təkcə bizdən asılı deyil. Çünki biz bilirik ki, Rusiya bu mövzuda Azərbaycanla müəyyən müzakirələr aparır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib. “Paralel olaraq bizimlə də müzakirələr davam edir. Bu məsələdə konkret fikir bildirə bilmərəm. Sülhməramlıların Qarabağdan çıxacaqları halda Ermənistana gəlməsinə dair söyləntilər məntiqsizdir. Elə olacağı təqdirdə onlar Rusiyaya qayıtmalıdırlar. O ki qaldı, Gümrüdəki Rusiya hərbi bazasına, onun Ermənistanda olmasının səbəbləri hər kəsə aydındır. Bu səbəblər hələ də keçərlidir və biz onların çıxarılması ilə bağlı heç bir məsələ qaldırmırıq”, – Baş nazir bildirib.

ABŞ-ın aviadaşıyıcısı Şərqi Aralığa çatdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Gerald Ford” Aralıq dənizinin şərqinə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd edək ki, ABŞ administrasiyası Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda regiona əlavə hərbi qüvvələr göndərir.

Paşinyan: “Bir neçə saata qoşunların yeri dəyişə bilər” – Ermənistan sərhədə ordu yığır?

“Hazırda nə Azərbaycan, nə də bizim tərəfimizdən sərhədə qoşun yığılmır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib. “Ötən gün ərzində sərhəddə sadəcə bir güllə açılıb. Bu eskalasiya vəziyyətinin demək olar ki, 0 olduğu mənasına gəlir. Sərhəddə heç bir gərginlik yoxdur. Lakin müasir dünyada hər an hər şey ola, bir neçə saata qoşunların yeri dəyişə bilər. Lakin Azərbaycanla məsələləri həll etsək, müharibənin mənası qalmayacaq”,- Paşinyan deyib.

HƏMASDAN tükürədici VƏHŞİLİK- Başı kəsilmiş 40 israilli körpənin cəsədi tapıldı

İsrail və Fələstin arasındakı münaqişədə baş verən cinayətlər dünyanı şoka salmağa davam edir. Bu dəfə bir kənddə başı kəsilmiş 40 israilli körpənin cəsədi tapılıb. Azyaşlıları HƏMAS üzvlərinin qətlə yetirdiyi bildirilir. Sözügedən hadisə dünya gündəmini zəbt edib. Hadisə yerinə gedən jurnalistlər baş verən məsələ ilə bağlı şok keçirdiklərini bildirib./Lent.az/

Gəncə terrorunun üçüncü ili...

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il keçir. Sozcu.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Zelenski açıqladı: Bu ölkələrə taxıl dəhlizi açılır

Ukrayna yaxın zamanda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynadan Moldova və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelenski bildirib.

Suriya İsraili raket atəşinə tutur

İsrail ərazisi Suriyadan raket atəşinə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Bildirilib ki, Suriyadan atılan bir neçə raket açıq əraziyə düşüb. Hazırda İsrail əsgərləri atəşin açıldığı məntəqələrə zərbələr endirir.

Yaxın Şərqə qoşun göndərməyə hazırıq - Bayden

ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, ABŞ bununla digərlərini gərginlikdən istifadə etməkdən çəkindirmək niyyətindədir.

ABŞ-dan İrana şok: Əgər bu işdə əlin varsa...

İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bildirib. "Mən burada heç bir siyasi qərar elan etmək üçün deyiləm, lakin bu pul dondurula bilər", - Kirbi deyib. Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər. Eyni zamanda o, bu vəsaitin indiyədək bir dinarının belə xərclənmədiyini vurğulayıb.