Bir kənddə 3 rus məktəbinin, 1 rus dilli uşaq bağçasının olması kimə və hara lazımdır?

Son illər Azərbaycanda rus dilli məktəblərin saylarının artırılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bakıda fəaliyyət göstərən "Rus Evi" nin mədəniyyət mərkəzindən daha çox ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilməsi haqqında da mətbuatda geniş məlumatlar dərc edildi.

Rus dilli əhalinin geniş yaşamadığı bölgələrimizdə rus məktəblərinin olması kimə və nəyə görə lazımdır? Maraqlı deyilmi?

 Qəbələ rayonunun Nic qəsəbəsində oldum. Nic qəsəbəsini daha çox  etnik xalqlardan olan udilərin yaşadığı qəsəbə kimi tanınsa da, bu qəsəbədə udilərlə bərabər , Azərbaycan turkləri, ləzgilər, az sayda yahudilər və çox az sayda ruslar yaşayır.  Bu qəsəbədə yaşayan əsas xalqların heçbirinin ana dili rus dili olmamasına baxmayaraq, qəsəbədə olan 5 orta məktəbin 3- ü rus məktəbi, 2 uşaq bağçasının 1 - i rusdilli uşaq bağçasıdır.  Qəsəbədə olan  rus məktəblərinin təməli  sovet imperiyası dövründə qoyulsa da, müstəqillik illəri dövründə də, bu ənənə davam etdirilmiş və hazırda da, rus dili qəsəbədə yaşayan xalqların, əsasəndə udilərin əsas dili - ana dili kimi formalaşması ənənəsi  bilərəkdən davam etdirilir.

Əgər bu siyasət qəsəbədə yaşayan udilərin sitayiş etdikləri dinin xristian dini olması ilə əlaqədardırsa, onda bu məntiqlə, Azərbaycanda yaşayan xalqların əksəriyyətinin dininin islam dini olmasını əsas tutaraq, məktəblərimizdə ərəb dilində dərslər keçirilməlidir? Bundan başqa, xristian inancından olan dövlətlərin böyük əksəriyyətinin dili rus dili deyil. Yaxşı, niyə məhz rus dili?

Hər kəsə məlumdur ki, rus imperiyası bütün dövrlərdə Azərbaycanda separatizm toxumunu səpmək üçün əsasən etnik xalqlardan istifadə etməyə çalışıb. Etnik xalqların, yaşadığı bir qəsəbədə 5 məktəbin 3-nün rus dilli məktəb kimi qalması rus imperiyası siyasətinə xidmət etmirmi?  Azərbaycan hakimiyyəti bu məsələyə münasibət bildirməlidir. 

Mən hesab edirəm ki, bu çox ciddi məsələdir və Azərbaycanın aparıcı media orqanları, tanınmış ictimai xadimlər  rus imperiyası siyasətinin tərkib hissəsi olan rus məktəblərinin süni artımının qarşısını almağa nail olmalıdırlar.

Azərbaycan hakimiyyəti bir qəsəbədə 5 məktəbin 3- nün rus məktəbi olmasının vacibliyinə necə izah verəcəklər bilmirəm. Rusların geniş tərkibdə yaşamadıqları bir qəsəbədə Azərbaycan dilində olan uşaq bağçası ilə  yanaşı, alternativ rus bağçasının nəyə görə fəaliyyət göstərdiyinə nə izah verəcəklərini isə maraqla gözləyirəm.

Elşən Əlisoy

Share on Facebook