SON DƏQİQƏ: Azərbaycanda ət kəskin ucuzlaşdı

Ölkədə dana və quzu ətinin qiyməti kəskin ucuzlaşıb. Son üç gündə ət və ət məhsullarının qiymətində nəzərəçarpacaq dəyişiklik müşahidə edilir. 

Sozcu.az xəbər verir ki, hazırda Bakıətrafı qəsəbələrdə dana ətinin bir kiloqramı 12 manata təklif olunur. Quzu ətinin qiymətində də ucuzlaşma var. Əgər ötən həftə quzu ətinin bir kiloqramı 21-22 manata satılırdısa, indi bu məbləğ 17-18 manat təşkil edir. Rayonlarda isə dana ətinin bir kiloqramı 11, quzu əti isə 15 manatdır.

Alıcılar ucuzlaşmanı bazarda qırmızı ətə tələbatın azalması ilə əlaqələndirirlər. Onlar Novruz bayramı ərəfəsində ətin qiymətinin yenidən artacağını istisna etmirlər.

Share on Facebook