"Qərbin Ukraynaya əlavə hərbi yardımı və Rusiyada səfərbərliyin olmaması Ukraynaya 2024-cü ildə uğurlu hücum əməliyyatları aparmağa imkan verəcək..."
"Ukrayna "F-16"qırıcılarını əldə edən kimi cəbhənin istənilən sahəsində lokal üstünlük əldə edəcək..."
Həbsdə olan Girkin Rusiya-Ukrayna cəbhəsində vəziyyət və yaxın aylar üçün proqnozla bağlı həbsxanadan məktub göndərib.
Sozcu.az xəbər verir ki, Girkinin ideyalarını Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri təhlil edib. Məlumatı "tsn.ua" nəşri yayıb.
FTX-nın sabiq əməkdaşı, Donbasda rusiyayönümlü yaraqlılarının həbsxanaya salınmış başçısı İqor Girkin öz ölkəsinin ordusunun fəaliyyətini səciyyələndirib.
O, Rusiyanın Ukraynada hücum əməliyyatları keçirməsi üçün göstərdiyi səylərini də diqqətdən kənarda saxlamayıb.
Bu günlər "rus baharı"nın sabiq ilhamçısının həyat yoldaşı Miroslava Reqinskaya onun 26 oktyabr tarixli məktubunu dərc edib. Məktubda o, ay ərzində cəbhədəki vəziyyəti dəyərləndirib.
Öz məktubunda bu "hərbi ekspert" bəyan edib ki, Rusiya qüvvələrinin vəziyyəti tədricən pisləşir, onlar Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il yay və payız əkshücumunun "uğurla qarşısını almasına" rəğmən, getdikcə özünün artan zəifliyini nümayiş etdirir.
Girkin qeyd edib ki, Rusiya qoşunları nəinki payız mövsümünün əvvəlində geniş hücum əməliyyatlarına başlaya bilməyib, hətta Kupyansk, Liman və Avdeyevka rayonunda "operativ əhəmiyyətli məqsədlərə nail olmaq üçün" məhdud hücumlarını da başa çatdıra bilməyib.
O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Kupyansk istiqamətində irəliləyə bilməməsi və hazırda şəhərə aparan uzaq yollarda döyüşlərdə ilişib qalması, üstəlik, Rusiya ordusunun Liman istiqamətində də vəziyyəti dəyişə bilməməsindən gileylənib.
Onun fikrincə, rusiyalıların Avdeyevka rayonunda taktiki hücumları canlı qüvvə sarıdan xeyli itkilərə gətirib çıxarıb, Putin ordusunun cəbhənin çox dar sahəsində ciddi hazırlaşması, zərbə qüvvələrinin yaxşı koordinasiyası, hücumun ilkin mərhələsi üçün vasitələrin mövcudluğu və Baxmuta hücum zamanlarından bəri döyüş sursatlarının kifayət qədər olmasına rəğmən, "üstünlük qazanmaq" qabiliyyətinin olmamasını nümayiş etdirib.
Girkin güman edib ki, Rusiyanın Ukraynanın lokal hücumlarının qarşısını almaq üzrə səyləri və eyni zamanda payız-qış hücum əməliyyatları, böyük ehtimalla, 2024-cü ilin yazınadək özünün hücum və müdafiə potensialını zəiflədəcək.
Ona görə də payız-qış kampaniyasının qalan hissəsini müdafiədə keçirməli olacaq ki, "operativ böhranları aradan qaldırmaq" mümkün olsun, bunlardan birinin Girkin Ukraynanın Xerson vilayətinin sol sahilində mövcud olmasını qeyd edib.
Girkin əmin edib ki, hətta Ukrayna Müdafiə Qüvvələri "Rusiyanın ön cəbhədəki bölmələrini şıxışdırıb çıxara bilməyəcəyi və payız-qış mövsümündə irəliləyişə nail olmayacağı və tükənəcəyi təqdirdə" Rusiya SQ əvvəlkitək hər-hansı geniş hücum əməliyyatlarını aparmaq iqtidarında olmayacaq.
O, əlavə edib ki, Qərbin Ukraynaya əlavə hərbi yardımı və Rusiyada səfərbərliyin olmaması səbəbindən, mümkündür ki, USQ-yə 2024-cü ildə uğurlu hücum əməliyyatlarını aparmağa imkan verəcək.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Qərb texnikasından Rusiyanın arxa cəbhəsinə hücum etmək üçün istifadə etməkdə davam edir və Rusiya SQ-nin Avdeyevkada hücumu fonunda işğal edilmiş Berdyanskın hava limanındakı bazasını məhv etməyə müvəffəq olub.
Girkin əmin edib ki, Ukrayna qoşunları qışda Rusiyanın arxa cəbhəsini viran qoymaqda dava edəcək, çünki Kreml məhdud hücum əməliyyatlarına təkid edir. Ukrayna "F-16" qırıcıları əldə edən kimi isə o, cəbhənin istənilən sahəsində lokal üstünlük əldə edəcək.
Sabiq zabit qeyd edib ki, hazırkı mərhələdə Rusiyada səfərbərliyin olmaması səbəbindən Ukrayna canlı qüvvədə Rusiya qoşunları üzərində üstünlüyə malikdir.
O, etiraf edib ki, Kreml 2024-cü ilin yazınadək qarşıdakı prezident seçkiləri ilə bağlı səfərbərlik etmək istəməzdi. Həm də Rusiya MN çətin ki, "yüz minlərlə" müqavilə ilə xidmət edən hərbi qulluqçuları əldə etsin, çünki ölkənin könüllü "səfərbər edilmə" potensialı tükənib.
"Girkinin Rusiyanın hücum əməliyyatlarının onların gələcək əməliyyatları perspektivinə zərər vuracağı barədə gümanları maraqlıdır, çünki rusiyalılara əvvəlkitək Ukraynanın hücumlarını dəf etməyə, eyni zamanda öz hücumlarına başlamağa cəhd göstərmək lazım gəlir.
Avdeyevka ətrafında Rusiyanın hazırkı hücumu üçün seçilən vaxtı həmçinin bir qədər qəribə görünür və sərfəli deyil, çünki yağışlı hava və palçıq gözlənildiyi kimi əlavə maneələr yaradıb.
Lakin payız və qış hava şətaiti çətin ki, Rusiya və Ukraynanın bundan sonra da hücumuna maneçilik törətsin", - ISW həbsdə olan icmalçının fikirlərini belə dəyərləndirib.