SON DƏQİQƏ! Azərbaycanda bu məktəblərdə 1 həftəlik tətil ELAN OLUNDU

Kürdəmirdə məktəblərdə şagirdlər arasında kütləvi qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayılıb. Sozcu.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib. Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ötən günlərdə sosial media hesablarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca adlanan xəstəliyin yayılması barədə məlumat yayımlanıb: “Bildiririk ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub. 

Azərbaycanda pensiyaların verilməsi niyə gecikir? - Bu tarixdə...

Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.  Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib. Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.  Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur: "Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur". 

Qarabağ qazisinin tələbə qızı faciəli şəkildə həlak oldu - Foto

Azərbaycanda tələbə faciəli şəkildə həlak olub. Sozcu.az xəbər verir ki, bu haqda "Azərbaycan Universitetlərİ" səhifəsi məlumat yayıb.  Bildirilib ki, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq dünyasını dəyişib. Qeyd edək ki, onun atası I Qarabağ müharibəsinin qazisidir.

Türkiyədə təbii fəlakət: ölənlər var

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərində şüşə düşüb. AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.

Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – Tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Provide Solutions” MMC olub. Sozcu.az xəbər verir ki, Mərkəz 150 ədəd mühərrikli təkərli oturacağa görə “Provide Solutions” MMC-yə 238 min 950 manat ödəyəcək. Rəqəmlərdən göründüyü kimi, oturacağın bir ədədi 1593 manatdır. Nizamnamə kapitalı 10 manat olan “Provide Solutions” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, mənzil 96-da yerləşir. Şirkətin qanuni təmsilçisi İntiqam Abid Əliheydər oğludur.Yeniavaz.com)

Ramanada məktəbdə DƏHŞƏT: ikinci sinif şagirdini bu hala saldılar - FOTOLAR

Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdinə ağır xəsarət yetirilib. Sozcu.az xəbər verir ki, bununla bağlı jurnalist İntiqam Valehoğlu fotolar paylaşıb. Həmin fotolarda, şagirdin sağ gözünün qaraladığı və ciddi xəsarət aldığı əks olunur. İ.Valehoğlu qeyd edib ki, məktəbin direktoru Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır. "Sabah bu barədə geniş reportajım olacaq. Bütün həmkarlarımı bu məsələni ictimailəşdirməyə çağırıram", - o əlavə edib.

Fransada yeniyetmənin ölümündən sonra iğtişaşlar başlayıb

Fransanın cənub-şərqində yerləşən Romanes-sur-Isere şəhərində yeniyetmənin bayram zamanı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. Bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Təxminən 50 ilə 100 arasında olan ifrat sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıblar. Onlardan bəziləri zibil qutularını aşırıb, konteynerləri yandırıblar. İyirmi nümayişçi saxlanılıb, üçü yüngül xəsarət alıb. Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb ediblər. Asayişin qorunmasında 120-yə yaxın təhlükəsizlik qüvvəsi iştirak edib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atıblar.

Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı: PUA hücumu...

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb. Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib. Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.

Bakıda evdə başlayan yanğın mağazaya keçdi

Bakıda birmərtəbəli evdə baş verən yanğın mağazaya keçib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır – ŞOK SƏBƏB

ABŞ rəsmiləri yaxın həftələrdə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışır. Sozcu.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “1in” saytı çıxış edib. Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton prosesin yekunlaşmasına tələsir: “Gələn il ABŞ-da prezident seçkisi ilidir və Demokratların hakimiyyətdə qalacağına zəmanət yoxdur. Əgər 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar hakimiyyətə gəlsə, bu, həm Ermənistan, həm də region üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər”. Müəllif qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəni ABŞ-da keçiriləcək seçkilərə qədər uzatmaq qərarına gəlib.globalnfo)

Rusiyanın itkiləri 325 mnə yaxınlaşır

Ukrayna müharibənin 641-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 324 830 hərbçi, 5513 ədəd tank, 10279 ədəd zirehli döyüş maşını, 7874 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 288 ədəd avtomobil texnikası, 5901 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.

Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada öldü

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova körpəsindən imtina edib. Yeni doğulmuş körpə bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. O, bu gün xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Ukraynanı dəstəkləməyə davam edəcəyik - Kansler

Almaniya büdcə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının regional qurultayında Almaniya kansleri Olaf Şolz deyib. O bəyan edib ki, Almaniya hakimiyyəti müharibənin iqtisadi nəticələrini yüngülləşdirmək və ölkədə harmoniyanı qorumaq üçün hər şeyi edəcək. Kanslerin sözlərinə görə, hökumət Almaniyada sənayenin modernləşdirilməsi layihəsinə dəstək verəcək.

Şahramanyandan ŞOK ETİRAFLAR

Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb. Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb. Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib. Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir. Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib. (News24.az)

Anar təsdiqlədi: “Sürücü və katibəmə də ev vermişəm!”

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.  Sozcu.az xəbər verir ki, AYB-nin sədri Anar Rzayev Globalinfo.az-a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib.  Onun sözlərinə görə, ev AYB-yə verilib:  “2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”. Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!” A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”. 

DİN-dən vətəndaşlara müraciət: Kömək edin!

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib. Sozcu.az müraciəti təqdim edir: "Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"

Zəhərə çevrilən həyat mənbəyi: Havada dəm qazının artmasının QORXUNC FƏSADLARI

“Son günlər Bakı şəhərində və Abşeron yarımadasında havada dəm qazının miqdarının artmasının fəsadları özünü kəskin şəkildə göstərməkdədir. Əsasən də meteohəssas, qan təzyiqi, şəkər və endokrin xəstəliyinin digər formalarından şikayət edən insanlar bundan çox əziyyət çəkirlər”. Bu sözləri terapevt Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib.  Dəm qazının karbon qazına nisbətən bir neçə dəfə çox toksiki-zəhərli təsirə malik olduğunu söyləyən terapevt onun qan zülalları ilə birləşdiyini və bütün toxumalara daşındığını diqqətə çatdırıb: “Bununla da toxumaların mübadilə prosesini ciddi şəkildə pozur. Ağır dəm qazından zəhərlənmə halları bununla əlaqədardır. Buna görə də ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və digər rəsmi qurumlar əhali arasında təlimatlandırma və maarifləndirmə prosesinə başlamalı, bununla ciddi məşğul olmalıdır”. Onun sözlərinə görə, bu qazın miqdarı qanda artdıqda hüceyrələrdə kəskin hipoksiya, yəni oksigen çatışmazlığı yaradır: “Bunun fonunda da membranın keçiriciliyi dəyişir, tormozlanır, beyin qidalanması pozulur, hətta dəm qazından ağır zəhərlənmələrə səbəb olur və ölüm halları baş verir”.  Müsahibimiz onu da əlavə edib ki, atmosferdə dəm qazının miqdarının artması insanlarda kütləvi şəkildə ümumi yorğunluğa səbəb olur:  “Eyni zamanda, baş ağrıları, beyin yorğunluğu, ürək döyüntülərinin artması, ətrafa diqqətin pozulması kimi hallarla özünün göstərir. Əsasən də, meteohəssas və yaşlı insanlarda kəskin baş ağrıları, baş dönmələri və göz qaralmaları baş verir. Son günlərin praktiki göstəriciləri də bunu açıq şəkildə göstərir”.  Həkim, dəm qazının atmosferdə artmasının başlıca səbəbini əhali sıxlığı ilə əlaqələndirib: “Son illər Bakı şəhərində və Abşeron yarımadasında da əhalinin çox sıx şəkildə yerləşməsi avtomobillərin sayının çoxluğu, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində dəm qazının miqdarı çoxalır. Digər tərəfdən isə atmosferdə zəhərlənmələr artıb. Ona görə ki, dünyada ağır müharibələr gedir. Bu zaman yaranan reaksiyalar atmosferdə birləşir və bütün dünyaya yayılır”.  Qeyd edək ki, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində dəm qazının normadan çox olduğunu açıqlayıb.  Məlumata görə, gün ərzində Bakının havasında dəm qazının miqdarı normadan 1,2 dəfə yüksəkdir.

BMT-nin Baş katibi qadınlara qarşı zorakılıqla mübarizə aparmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş cəmiyyətdə davamlı inkişafı təmin etmək üçün qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığa bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş bildirib. Qeyd edək ki, bu gün BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu gender əsaslı zorakılığa qarşı 16 günlük beynəlxalq fəallıq kampaniyasına start verib.

Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra Araik, Bako və Qukasyan “sülhməramlı”ların qərargahında olublar..

Samvel Şahramanyan Ermənistanda siyasətlə məşğul olmayacağına, Paşinyan hakimiyyətinə qarşı “artsax” xalqının mübarizəsinə rəhbərlik etməyəcəyinə əmin edib... "İclas “Vətəndaş sazişi” üzvlərini o qədər həyəcanlandırıb ki, sorğudan sonra parlamentdə süfrə açaraq Şahramanyanı şərəfləndirmək qərarına gəliblər...”   Gorbagor(!) “artsax”ın Ermənistana keçə bilmiş sonuncu qondarma “prezidenti” “Samvel Şahramanyanın dünən İrəvanda 44 günlük müharibənin şəraitini araşdıran komissiyada dindirilməsi məxfi, lakin isti atmosferdə keçib”.  Sozcu.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” nəşri yazıb. Məlumata görə, qaçaq “prezident” səlahiyyət dairəsinə aid olan bütün suallara problem yaratmadan cavab verib. Xatırladıllır ki, S.Şahramanyan müharibədən 4 ay əvvəl o vaxtkı separatçı-terrorçu rejimin qanunsuz  “milli təhlükəsizlik xidməti”nin direktoru,  44 günlük müharibə zamanı isə “hərbi vətənpərvərlik, gənclər, idman və turizm” “naziri” olub.  Ondan soruşublar ki, o, “artsax” çıxılmaz vəziyyətdə olanda niyə “prezident” postunu tutmağa razılaşıb, niyə “artsax”ın buraxılması haqqında fərmanı imzalayıb. O, konkret  cavab vermədən keçmiş “prezident”lərin son günlərdə Qarabağdakı “həyatı, harada yaşadıqları və s. haqqında uzun və incə bir hekayə danışıb”. Şahramanyan Azərbaycan ordusunun 23 saatlıq əməliyyatından sonra keçmiş “prezident”lərin, yəni hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın, Bako Saakyanın, Arkadi Qukasyanın Rusiya “sülhməramlı”larının Xocalı hava limanındakı qərargahında, digər rəsmilərin isə “daxili işlər naziri” Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.  Yanacaqdoldurma məntəqəsində 200-dək erməninin ölümün ilə nəticələnmiş maye qaz çəninin partlamasının guya “azərbaycanlılar tərəfindən törədilmiş terror aktı olub-olmaması ilə bağlı sualı cavablandıran Şahramanyan əmin edib ki, bu, müvafiq qurumların səhlənkarlığının nəticəsidir”.  Erməni nəşri bildirir ki, daha sonra “eks-prezident” Ermənistanda siyasətlə məşğul olmayacağına, Paşinyan hakimiyyətinə qarşı “artsax” xalqının mübarizəsinə rəhbərlik etməyəcəyinə əmin edib. “O, dövlətin içində dövlətin olmasının əleyhinə olduğunu, lakin Azərbaycanın dövlət institutlarını qoruyub saxlamağın yollarını axtarmaq lazım olduğunu bildirib. İclas “Vətəndaş sazişi” üzvlərini o qədər həyəcanlandırıb ki, sorğudan sonra parlamentdə süfrə açaraq Şahramanyanı şərəfləndirmək qərarına gəliblər”-  erməni qəzeti belə yazıb.moderator)

Bakıda şagird sinif yoldaşını bıçaqladı

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

“Universitetlərdə təhsil müddəti endirilməlidir, vaxt itkisidir“

“Təhsil sistemində müəyyən dəyişikliklər etmək lazımdır, məsələn, fənlər azaldılmalıdır. Şagirdlər 9-cu sinifdə buraxılış deyil, ixtisas seçim imtahanı verməlidir. Bu gün ölkədə bəzi pilot məktəblərdə bu tətbiq edilir. Amma fikrimcə, bütün dövlət məktəblərində belə olmalıdır...” Bu sözləri Yenisabah.az-a  Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru, təhsil eksperti Ramal Şəmşədli deyib. Onun sözlərinə görə, orta məktəb şagirdləri imtahan verərək hazırlaşacaqları qruplara uyğun fənləri öyrənməlidir: “Şagirdlər hansı ixtisas qrupuna hazırlaşırsa, həmin fənlər üzrə təhsil almalıdır. Belə olan halda, onlar özlərinə lazım olanı öyrənir, əlavə dərslərlə yüklənmirlər. Gənclərin istədiyi də budur. Biz hər şeyi öz beynimizlə ölçməməliyik. Gənclər 55-60 yaşlı insanlar kimi fikirləşmir və biz onların istəyini nəzərə almalıyıq.  Gənclər arasında heç bir sorğu keçirilməyib. Sorğu keçirilməli, məktəblilərin nə istədiyi aydınlaşdırılmalıdır. Onların dərs yükü artıqdırdırmı, hansı dərs modelini istəyirlər, bütün bunlar araşdırılmalıdır. Əgər biz bunları görməsək, problemi heç vaxt həll edə bilməyəcəyik.  Ona görə də uşaqlar Avropa məktəblərinə, xarici ölkələrə üz tuturlar. Əgər abituriyent gedib xaricdə uğur qazana bilirsə, deməli, öz ölkəsində də bunu edə bilər. Sadəcə onları düzgün istiqamətləndirmək lazımdır, çox sıxmaq lazım deyil. Əvvəlki illərdə keçid balı 600 olan ixtisaslar vardı, onları bu il 200 bala qədər azaltdılar. Deməli, seçimlər düzgün deyil”. Ekspert bildirib ki, bəzi ali təhsil müəssisələrində ixtisaslara uyğun olaraq, tədris ili müəyyənləşdirilməlidir: “Bu gün məktəblilərin daha çox kurslara yönəlməyinin səbəbi də odur. 7-8-ci siniflərdən valideynlər övladlarına istiqamət verir və şagirdi o yöndə aparır, təməlini bu cür qoyur. Valideyn  istəyir ki, övladı daha yaxşı nəticə göstərsin. Bu səbəbdən hətta 8-ci sinifdən başlayaraq ixtisas dəyərləndirmə testi edilməli, şagirdlərə oxuyacaqları ixtisasa uyğun dərslər keçilməlidir. Bu, bütün məktəblərdə qanun olmalıdır.  Eyni zamanda, bəzi ixtisaslarda təhsil müddəti azaldılıb-çoxaldılmalıdır. Məsələn, elə ixtisaslar var ki, onu öyrənməyə 4 yox, 5 il vaxt lazımdır, amma elələri var ki, onu 4 il oxumaq artıq vaxt itkisidir, 2 il təhsil almaq yetərlidir. Bu, çox önəmli məsələdir”.

2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq - Şevçenkonun proqnozu

Rusiyalı politoloq Maksim Şevçenko vaxtaşırı verdiyi telemüsahibələrin sonuncusunda bildirib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq. Maksim Şevçenko Azərbaycanı sevən adamdır. O, vaxtilə əslən Şuşadan olan və Moskvada yaşayan filosof Heydər Camalla və onun oğlu Orxanla yaxın dostluq münasibətlərinə malik olub, Azərbaycanda çoxlu dostları var, qatıldığı beynəlxalq tədbirlərdə azərbaycanlı iştirakçılarla uzun-uzadı söhbətlər edir. Üstəəlik, Maksim bu bölgəni bilən adamdır, Qarabağ münaqişəsinin tarixini, bu konfliktə təsir edən ölkə və faktorları azərbaycanlı və erməni poitoloqlardan yaxşı bilir. O, hələ 2019-cu ildə Almatıda Qarabağ münaqişəsində hər hansı bir tənzimlənmənin Rusiyanın iştirakı olmadan mümkün olmadığını bu sətirlərin müəllifinə və həmkarım Cavid İsmayıla demişdi. Ondan sonrakı açıqlamalarında da Şevçenko həmişə öz obyektivliyi və dəqiq təsbitləri ilə fərqlənib. 44 günlük müharibədə və ondan sonra onun bölgəmizdəki proseslərə dair analiz və proqnozlarının səhihliyini dəfələrlə görmüşük. Ona görə də ünlü politoloq Cənubi Qafqazda yeni müharibə olacağını deyirsə, bunu ciddiyə almaq lazımdır. Düzdür, o, müharibə ehtimalını 50:50-yə nisbətdə proqnozlaşdırır, amma bu da ciddi siqnal sayıla bilər. Bu, o deməkdir ki, Azərbaycan dövləti sayıqlığını əldən vermədən, düşmənin tam və qəti şəkildə zəbun olduğuna əmin olmadan işini ehtiyatlı tutmalı, hərtərəfli tədarükünü görməlidir. Regionda marağı olan böyük dövlətlərindən qırımından da görünür ki, onlar “biz bitdi demədən, Qafqazda savaş bitməz” havasına giriblər. Xüsusilə də Ermənistanı silahlandıran, onunla birlikdə hərbi təlimlər keçən ölkələr (Fransa, Hindistan, ABŞ və s.) rəsmi İrəvan üçün revanş şansı tanıdıqlarını büruzə verirlər. Deyəsən, ermənilər onları inandırıb ki, 2020-ci il payızında düçar olduqları hərbi məğlubiyyət sırf silah-sursat təchizatı sarıdan Azərbaycanla qeyri-bərabər hazırlığa malik olmaları və Rusiyanın xəyanəti üzündən olub, yoxsa “döyüşkən erməni xalqı” Azərbaycana elə biabırçılıqla məğlub olmazdı. Ona görə də Ermənistanın və onun havadarlarının gerçək niyyəti budur ki, lazımi qədər silah-sursat topladıqdan sonra bölgədə yeni bir hərbi əməliyyata start versinlər. Hələ Rusiyanın yeni müharibədə hansı mövqeni tutacağını da bilmək olmaz. Moskva Ermənistanı Qərbin əlindən qoparmaq, yenidən qazanmaq üçün yeni savaşda neytral olmaya bilər. Yeri gəlmişkən, Şevçenkonun telemüsahibəsində bu xüsusda da eyham var. Ancaq yeni müharibə ehtimalını azaldan bir səbəb odur ki, Azərbaycanın daxilində separatçı qurum yoxdur və ermənilər ölkəmizin daxilində hərbi əməliyyata başlamaq imkanını itiriblər. Bu dəfə Ermənistan Azərbaycana birbaşa müharibə elan etməli və onun nəticələrinə qatlaşmalı olacaq. Bu isə Ermnistan dövləti üçün böyük risk deməkdir. I və II Qarabağ müharibəsində savaş Azərbaycanın daxilində gedirdi və Ermənistan dövlət olaraq müharibəyə qarışmadığını, müharibəni qondarma “DQR”-in “silahlı qüvvələri”nin apardığını iddia edirdi. Dünya birliyi, böyük dövlətlər Qarabağda döyüşən ermənilərin 80 faizindən çoxunun Ermənistan vətəndaşları olduğunu, hərbi texnikanın 90 faizindən artığının Ermənistan ordusuna aidliyini bilə-bilə bu çılpaq həqiqətə göz yumurdular. Bu dəfə isə ola biləsi müharibə sərhəddəki təmas xəttində baş verəcək, o zaman bu, Ermənistanın öz qonşusuna hücum etməsi demək olacaq. Bundan çıxış edən bir çoxları düşünür ki, Ermənistan hərbi əməliyyata start verərsə, o zaman onun öz ərazisi, şəhərləri və kəndləri legitim hədəf halına gələcək. Bu halda Azərbaycan ordusu əks-hücuma keçərək Ermənistanın içərilərinə dala bilər. Elə adamlar var ki, “bu təqdirdə onda biz İrəvanda çay içəcəyik” deyirlər, ancaq bu utopik söhbətdir. Yeni savaş qısa və ya uzunmüddətli olsa da, Ermənistan ordusu əsgərlərimizin qarşısından çəkilə-çəkilə İrəvana qədər qaçsa da, bizim başqa bir dövlətin ərazisini işğal etmək lüksümüz yoxdur. Ermənistanın çoxsaylı və güclü havadarları bu imkanı bizə verməzlər, ona görə də heç kəs illüziyaya qapılmasın. Bizimki odur ki, sərhədimizi etibarlı şəkildə qoruyaq, 2020 və 2023-cü illərdə əldə etdiyimiz hərbi nailiyyətləri qoruyub saxlayaq və düşmən revanş eşqinə düşərsə, ona xam xəyallardan uzaq olmağı birdəfəlik başa salaq.(musavat.com) Xalid KAZIMLI

Kəlbəcərin azad edilməsindən üç il keçir

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə olunan qələbənin siyasi müstəvidə davam etdirilməsi prosesinə başlayıb. 10 Noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə itki vermədən nail olub. Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu gün Azərbaycan Kəlbəcərdə infastruktur qurur. Kəlbəcər əsrarəngiz təbiətə, Ermənistanla sərhəddə yerləşdiyindən unikal strateji önəmə sahibdir. Ötən üç il ərzində Azərbaycan Ordusu Kəlbəcərdəki mövqelərini xeyli dərəcədə möhkəmləndirib. 

Göyçayda "Noldu, Paşinyan" oxuyan kişi həbs edildi

Göyçay rayonunda xuliqanlıq etmiş şəxs həbs edilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Göyçay şəhər Bakı küçəsində yaşayan 1970-ci il təvəllüdlü Abbas Qədirov (ad və soyadlar şərtidir) şəhərin M.Ə.Rəsulzadə küçəsində icra hakimiyyətinin əməkdaşı ilə dalaşıb. Belə ki, A.Qədirov əvvəllər arayışa görə aralarında mübahisə yaranmış N.İsmayılovun yanından keçərkən üzünü ona tutaraq “Noldu Paşinyan” mahnısını oxuyub. Mahnının onun ünvanına olduğunu düşünən RİH əməkdaşı 53 yaşlı kişiyə yaxınlaşaraq irad bildirib və aralarında mübahisə baş verib. Hadisədən sonra A.Qədirov barəsində inzibati protokol tərtib edilib və o, saxlanılıb. Məhkəməyə göndərilən şəxs məmurla əvvəldən aralarında narazılığın olduğunu deyib: “N.İsmayılov Göyçay rayon İcra Hakimiyyətinin icra nümayəndəliyində işləyir. Əvvəllər arayış almaqla bağlı onun yanında olmuşam, lakin o, müxtəlif bəhanələr gətirərək mənə arayış verməkdən imtina edib, buna görə də aramızda narazılıq olub. Hadisəyə gəlincə, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında “Noldu, Paşinyan?” mahnısını oxuyarkən, o, mənə yaxınlaşıb oxuduğum mahnının ona ünvanlandığını dedi. Mən isə mahnının ona ünvanlayaraq oxumadığını bildirdim”. Göyçay Rayon Məhkəməsi protokola baxaraq 53 yaşlı kişinin 10 sutka həbs edilməsi barədə qərar qəbul edib.