Hörmüz boğazında gəmilərin hərəkəti dayandırıldı - KİV

İran İsrailin atəşkəsi pozmasından sonra Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıb.

Sozcu.az xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.

“İsrailin Livana hücumlarından sonra Hörmüz boğazı ilə gəmilərin hərəkəti dayandırılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.

Share on Facebook