Tramp: “Yayılan məlumatlara inanmayın, hər şey nəzarət altındadır”

ABŞ Prezidenti Donald Tramp mediada ABŞ–İran danışıqları ilə bağlı məlumatları tənqid edib və vəziyyətin nəzarət altında olduğunu bildirib.

Sozcu.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında qeyd edib ki, guya danışıqlarla bağlı yayılan müxtəlif razılaşma, siyahı və məktublar prosesə heç bir aidiyyəti olmayan şəxslər tərəfindən hazırlanır.

Onun sözlərinə görə, bu cür məlumatları yayanlar “fırıldaqçılar, şarlatanlar və daha pisləridir” və aparılan federal araşdırma başa çatdıqdan sonra onların ifşa olunacağı gözlənilir.

Tramp vurğulayıb ki, ABŞ üçün qəbul edilə bilən yalnız bir sıra əsas şərtlər mövcuddur və bu məsələlər danışıqlar çərçivəsində bağlı qapılar arxasında müzakirə olunur.

O, əlavə edib ki, həmin şərtlər atəşkəs razılaşmasının əsasını təşkil edir və kifayət qədər məntiqli olduğu üçün asanlıqla həll edilə bilər.

Prezident, həmçinin CNN telekanalını da tənqid edərək bildirib ki, kanal etibarsız mənbəyə istinadla məlumatlar yayır.

Share on Facebook