Bayden seçkiyə 8 gün qalmış səs verdi

ABŞ Prezidenti Co Bayden ABŞ prezident seçkilərində erkən səs verib. Sozcu.az xəbər verir ki, Bayden Delaver ştatında səs verib. Florida Universitetinin Seçki Prosesləri Laboratoriyasının məlumatına görə, artıq 43 milyon amerikalı erkən səs verib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokrat Kamala Harris və respublikaçı Donald Tramp prezident postu uğrunda mübarizə aparacaq.

“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..”

“Bax, məhz bu cür cəzasızlığın nəticəsidir ki, belə “mütərəqqi” seçki “ənənələri”ni Azərbaycandakı seçkilərdən nümunə kimi götürən Gürcüstandakı soydaşlarımız da oktyabrın 26-da qonşu ölkədə keçirilmiş parlament seçkilərində bu “ənənəyə” sadiq qaldıqlarından foto və video-görüntüləri bütün aparıcı beynəlxalq agentlik və kanallarda yayılmaqla bizləri bir xalq olaraq külli-aləmdə biabır etdilər...” Yenicə yapılmış Milli Məclisin qəbul etdiyi ilk qanun layihələrindən biri də tullantıların, yəni zibillərin qutulardan kənara və yaxud avtomobildən birbaşa küçəyə, yola  və s. atılmasına görə cərimələrin 5-6 dəfə artırılması ilə bağlı oldu.  Bua da cəmiyyət, xüsusilə yoxsul təbəqələrin ən azı sosial şəbəkələrdə etiraz etdi. Çünki fiziki şəxslər üçün artırılmış cərimə, demək olar ki, minimum əmək haqqı məbləğindədir. Və belə çıxır ki, ayda 300-400 manat əmək haqqı alan bir süpürgəçi, fəhlə və s.(qeyd edək ki, ölkədə bu məbləğə görə işləyən müəllimlər də var) tələsdiyindən, yaxud saysız maddi problemləri ucbatından fikirli olduğundan bir kiçik torba zibili tullantı qutusundan kənara atacaqsa, dərhal bunu görən polis başının üstünü kəsəcək və o, bir aylıq maaşını cərimə kimi ödəməli olacaq. Yaxşı, qəbul edək ki, bəlkə belə yüksək məbləğdə cərimə ölkədə son onilliklərdə, təəssüf ki, əksəriyyətə tərgidə bilmədiyimiz zibili hara gəldi atmaq adətini tərgitdirmək üçün effekt verəcək. Doğrusu, bu sətirlərin müəllifi də Azərbaycanda piyadanın, yaxud sərnişinin əlindəki zibili, siqaret kötüyünü, su qabını və s. hara gəldi atmaq, küçədə yerə tüpürmək, parkda, yaxud avtobusda, qatarda çırtladılan tumun qabıqlarını ayağının altına tökmək və s. kimi biabırçı  “ənənələrə” nifrət edir və bu haqda dəfələrlə tənqidi yazılarla çıxış edib, eyni zamanda belə davranışlara yol verənləri bacardıqca birbaşa üzlərinə qınayıb... Fəqət, “zibili qutuya atmamaq” ifadəsini eşidən, oxuyan kimi yadıma düşən digər bir nifrətəlayiq, zibil ənənəmizi də xatırlatmaq istərdim: seçki qutularına topa-topa bülleten atmaq... Tanış gəlirmi sizə, hörmətli mandat sahibləri? İnanmıram ki, kimsə bunu unuda, xüsusən də belə hallar videokameralı smartfonların və sosial şəbəkələrə girişin kütləviləşdiyi son onillikdəki, demək olar ki, hər seçkilər zamanı külli-məmləkətə bəlli olandan sonra... Lütfən, hər kəs öz vicdanı qarşısında, milli(!) ənənələrimiz, Konstitusiya, Seçki Məcəlləsi, digər qanunlar və s. prizmasından düşünüb cavab versin; seçkilər zamanı seçki qutusuna topa-topa, lap özününkündən əlavə bircə bülleten atmaq həm hüquqi, həm mənəvi baxımdan zibili tullantı üçün qutuya atmamaqdan, yerə tüpürməkdən  və s. neçə dəfə ağır, alçaldıcı və biabırçı cinayətdir. Bu, xalqın səslərini oğurlamaq, vətəndaşların haqlarını, seçki hüququnu tapdamaq, qanunlara, Konstitusiyaya tüpürmək demək deyilmi, cənablar, xanımlar?.. Bəs niyə indiyədək seçki qutularına namizədlərdən birinin xeyrinə əlavə bülletenlərin atılması halları ilə bağlı cəza, heç olmasa, cərimə təyin olunmayıb?.. Müstəqil olduğumuz son 33 ildə kimsə belə cinayətə(!) yol verdiyinə görə cəzalanıbmı? Bəlkə cəzalanıb, bizim xəbərimiz yoxdur?.. Bax, məhz bu cür cəzasızlığın nəticəsidir ki, belə “mütərəqqi” seçki “ənənəsi”ni Azərbaycandakı seçkilərdən nümunə kimi götürən Gürcüstandakı soydaşlarımız da oktyabrın 26-da qonşu ölkədə keçirilmiş parlament seçkilərində bu “ənənəyə” sadiq qaldıqlarından foto və video-görüntüləri bütün aparıcı beynəlxalq agentlik və kanallarda yayılmaqla bizləri bir xalq olaraq külli-aləmdə biabır etdilər... Bu davranışı törətmiş şəxsin – Rövşən İsgəndərlinin adı indi çox mənfi mənada  dillər əzbəridir... Odur ki, hörmətli parlament üzvləri, xahiş edirik, heç olmasa, növbəti dəfə Azərbaycan vətəndaşlarına qarşı cərimələr barədə qanun layihələrini müzakirəyə çıxaranda “seçki qutularına namizədlərdən birinin xeyrinə əlavə, topa-topa bülletenlərin atılması halları” ilə də bağlı cərimələri mütləq gündəmə gətirin... Bunu kim və ya kimlər etsə, biləcəyik ki, əsil mənada “millət vəkili” adlanmağa xeyli yaxınlaşıb... P.S. Sözsüz ki, bu yazdıqlarımız və təklifimiz Azərbaycandakı saxtakarlıq aşiqlərinin, ustalarının və azarkeşlərinin qətiyyən ürəyincə olmayacaq və dərhal düşünəcəklər: “Belələrini birdəfəlik susdurmaq, onlardan canımızı qurtarmaq üçün qəti tədbirlər görmək gərəkdir!”... Bəli, bizlərdən can qurtarmaq sizlər üçün çox asandır. Hərəmiz gec-tez bir cana borcluyuq və Allah, xalq,Vətən, dövlət, dövlətçilik, Haqq yolunda boynumuz qıldan incə... Fəqət, sizlər əvvəl-axır bu dünyada xalqın, sonda da o dünyada Allahın əlindən canınızı necə qurtararaqsız, o barədə düşünün... Sultan Laçın Moderator.az

Palata Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində audit keçirib

Hesablama Palatası "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndə audit yoxlaması həyata keçirib. Bu barədə Palatadan bildirilib. Qeyd edilib ki, HP 2024-cü ilin iş planına əsasən sözügedən publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditini aparıb. "Qanuna əsasən kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı məlumatlar, onun nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra, kollegiyanın müəyyən etdiyi forma və məzmunda təqdim edilir"- Palatadan əlavə edilib.APA

Məktəblərdə bu tarixdən 13 gün dərs olmayacaq - RƏSMİ

Noyarbın 12-dən 25-ə qədər məktəblərdə tətil olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib. Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

"Azərbaycan NATO ilə əməkdaşlığa üstünlük verir" - XİN

"2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kubmetri Avropaya ixrac olunub". Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis əvəzi Anar Mütəllimov bildirib. O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir: "30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. O həm təhlükəsizlik sektorunda islahat, ətraf mühit, sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq".

Daha bir tələbənin meyiti tapıldı - Bu dəfə dəm qazı... - FOTO

Bakıda 18 yaşlı tələbə dəm qazından həyatını itirib. Modern.az-ın məlumatına görə, Bakı şəhəri Səbail rayonunda Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun yaşadığı mənzildən meyiti tapılıb. O, Azərbaycan İdman Akademiyasının İdman menecmenti və kommunikasiya ixtisasının tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.  Xatırladaq ki,  Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədovun da meyiti tapılıb. Onun meyiti Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.

Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu şəxslər nikaha daxil ola bilməyəcək? - YENİ TƏKLİF

Narkotikdən istifadə edən gənclərin sayı çoxaldıqca yeni bir tələb daha çox gündəmə gəlir. Belə ki, bir sıra şəxslər nikahdan öncə qan analizi verildiyi kimi, narkotestdən də keçməyi təklif edirlər. Bəziləri isə sözügedən təklifin tərəflər arasında narazılığa səbəb olacağını və qeyri-etik olduğunu iddia edirlər.  Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən hüquqşünas, mediator Fərhad Mehdiyev təklifi belə dəyərləndirib: “Buna qərar vermək qanunvericinin əlindədir. Yəni bununla bağlı Milli Məclis qərar qəbul etməlidir ki, belə bir şey olsun. Amma bunun etik olub-olmadığını demək məncə, tezdir. İnsanlar bir-birinin alkoqol istifadəçisi, yaxud narkoman olduğunu bilib buna baxmayaraq, nikaha daxil olurlarsa, burada zatən problem yoxdur. Onlar testdən keçsə də, nə cavab çıxacağını bilirlər. O başqa məsələ ki, hər narkotest insanın hansı maddədən istifadə etdiyini göstərmir. İnsan uzun müddətli narkotik aludəçisi olmalıdır ki, bu, analizdə özünü büruzə versin. Ayda bir dəfə narkotikdən istifadə edən şəxsin testində həmin məqamın ortaya çıxacağına mən inanmıram. Lakin bir insan narkotikdən istifadə etdiyini gizlədirsə, narkotestdən keçməsini tələb etməkdən daha qeyri-etik hərəkət sayılır. Bir məsələyə də toxunmaq lazımdır ki, tərəflərin çoxu bu barədə danışmırlar. Hər kəs özünü yaxşı təqdim edir və qarşı tərəf nə isə hiss etmir. Bəzən şübhə yarana bilər. Yəni nişanlılıq müddəti uzun çəkəndə bir tərəf digər tərəflə görüşüb-danışanda belə bir şey müşahidə edə bilər. Ona görə mən narkotest təklifini qeyri-etik hesab etmirəm. Ancaq burada hər iki tərəfin razılığı lazımdır. Yəni hər iki tərəf buna etiraz edərsə, narkotest ləğv edilə bilər”.   Ekspert qeyd edib ki, hər iki tərəf narkotestin tətbiqinə razılıq verdiyi halda burada qeyri-etiklikdən söhbət gedə bilməz: “Əvvəllər qarşı tərəfin narkoman olduğunu iddia edərək  boşanmaq tələbini irəli sürənlərin sayı indiyə nisbətən daha çox idi. İndi isə boşanmaq çox asan bir prosesə çevrilib. İstəyən istədiyi zaman boşana bildiyi üçün çox adam qarşı tərəfə belə bir ittiham yükləmir. Ancaq narkotest yoxlanışı nikahdan öncə reallaşarsa, artıq geridə qalan şəxslər də belə bir iddianı boşanmağa əsas olaraq göstərə bilməz. Ancaq bu təbii ki, bu qərar birmənalı qarşılanmayacaq. Qiymətinin aşağı olması və tərəflərdən ən az birisinin tətbiqinə razılığı şərtilə həmin təklifin reallaşması məqsədəuyğundur”. 

Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər etdilər

Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Sozcu.az xəbər verir ki, ötən gün heyət Füzuli, Xocavənd, Şuşa, Ağdamda olub. Bu gün dünya səyyahları Kəlbəcər və Laçına səfər ediblər. Qrupa "Piki Reels" klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib. Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri bu qəbildən olan sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç" raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər ağır yaralanıb". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında yazıb. "Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyəti daşıyır", - Prezidentin köməkçisi qeyd edib.

Ukrayna Trampdan zəmanət alıb - Yermak

Ukrayna Donald Trampın ABŞ prezidenti seçkilərində mümkün qələbəsindən qorxmur və Kiyev hər iki namizəddən dəstək zəmanəti alıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Aydındır ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir, onlar bizim əsas müttəfiqimizdir. Və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizimlədir. Zelenskinin ABŞ liderləri - Bayden və Kamala Harrislə, eləcə də Trampla söhbəti çox yaxşı keçdi. Görüşdə mən də iştirak etdim, təfərrüat verməyəcəyəm, amma deyə bilərəm ki, biz ABŞ-dan əminliklə qayıtdıq. Namizədlərin heç biri Putinin bu müharibədə qalib gəlməsinə imkan vermək istəmir və hərbi dəstək davam edəcək”, - Yermak bildirib.

Bu ölkədə bina çökdü: 40 nəfər dağıntılar altında…

Nigeriyanın paytaxtı Abuca şəhərinin yaxınlığında yaşayış binası çöküb. Sozcu.az xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb. Binanın çökməsi nəticəsində dağıntılar altında 40 nəfər qalıb. Yerli sakinlər dağıntılar altında qalanları xilas etməyə çalışır.

Elektromobillər problem yaradır – Sürücülərdən narazılıq

Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərə yönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur. Sozcu.az xəbər verir ki, bəzi sürücülər böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olduqlarını deyiblər. Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bizim.Media”ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var. "Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşının Azərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”. Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib: "Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.

MN açıqladı: Bu sursatlar məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Qəbələ AĞIR QƏZA, 2 nəfər yaralanıb

Qəbələdə avtomobil qəzası baş verib. Hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib. İlkin məlumata əsasən VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər yüngül, digəri isə ağır bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır./APA

Bu rayonlara qar yağdı - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub. Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb. Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.

Rusiyanın itkiləri 690 minə yaxınlaşır

Ukrayna müharibənin 977-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 689 040 hərbçi, 9 113 ədəd tank, 18 355 ədəd zirehli döyüş maşını, 19 792 ədəd artilleriya sistemi, 1 240 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 560 ədəd avtomobil texnikası, 17 849 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 542 xüsusi avadanlıq itirib.

Gürcü Arzusu Tiflisdə uduzdu

Tiflisin bütün rayonlarında keçirilən parlament seçkilərində hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası uduzub. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Dairəsindən məlumat verilib. Məlumata görə, Tiflisdə səslərin 100 faiz sayılmasından sonra hakim partiya burada 50 faizdən də az səs toplayıb. Gürcü Arzusu Partiyası Vake, Saburtalo, Qldani, Samqori, İsani, Mtaçminda, Krtsanisi, Çuqureti, Nadzaladzevi və Didube rayonlarında ümumilikdə 45.54, müxalifət partiyaları isə 45.8 faiz səs toplayıb.

İcra başçısının oğlunun rəhbərlik etdiyi "Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru məhkəməyə verildi

"Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru "Efendiler Motors" MMC məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciəti vətəndaş Vəliyev Ramiz (ad şərti-red) Zülfiqar oğlu edib. Mahiyyəti maddi ziyanın ödənilməsi üzrə mübahisə olan iş hakim Ülkər Yusifovanın icraatındadır. Qeyd: MMC-nin daxil olduğu "Efendiler Group"a Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvər Ənvərlinin rəhbərlik etdiyi bildirilir. "Efendiler Group" 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup "Porsche", "Audi", "Geely" və "Chery" kimi avtoistehsalçıların distribütor şirkətləri və "Euro Style" texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə "Cafe Cayenne" ilə təmsil olunur.

Zelenskidən qərar: əcnəbilərə orduda vəzifə verilir

Ukrayna ordusunda əcnəbilərin komandanlıq vəzifələrində xidmət etməsinə icazə veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski qanun imzalayıb.

Kürdəmirdə ağır qəza: 7 yaralı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində Yevlax rayon sakini, 34 yaşlı Qabil Famil oğlu Əkbərlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Hadisə zamanı beton parcaları əks hərəkətin təşkil olunduğu yola tökülüb. Hadisə zamanı əks itiqamətdə hərəkət edən Ucar rayon sakini, 48 yaşlı Alim Hüseynalı oğlu Şüküralıyevin idarə etdiyi "Lada" markalı minik avtomobili həmin beton parçalarına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər -Yevlax rayon sakinləri, sürücü; Qabil Əkbərli, sərnişinləri; 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, "Lada" markalı avtomobildə olan 4 nəfər - sürücü; 48 yaşlı Alim Şüküralıyev, sərnişinləri; sürücünün qardaşı 51 yaşlı Asif Hüseynalı oğlu Şüküralıyev, 41 yaşlı Həsrət Nüsrət oğlu Mehdiyev və 44 yaşlı Emil Rəhim oğlu Qasımov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

21:44 Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvili brifinqdə bildirib. Onun sözlərinə görə, bülletenlərin 97%-nin sayılmasından sonra nəticələr belədir: - Gürcü Arzusu – 52,99%; - Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,83%; - Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 11,2%; - Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 9,02%; - Gürcüstan üçün Qaxariya – 8,22%. Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər. Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir.

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcüstanda Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusunun seçkini qazandığını açıqlasa da, müxalifət ekzit-pollun nəticələrini əsas götürərək, qələbəsini elan edib. Bu, çətin mərhələnin indi başlandığı deməkdir. Tərəflərdən heç biri geri çəkilməməyə çalışacaq: müxalifətin hökumət binalarının bloklanması ssenarisi üzrə aksiyalara başlayacağı, hakimiyyətin inzibati resurslardan istifadə etməklə, vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcəyi bəllidir. Artıq hökumət binalarının ətrafına xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi məlumatları var. Əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır. Bu ehtimalı zəif görünür: müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınılaşdırmayacaq; Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil. Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün “körpüləri yandırmamaq” xəttini tutacağı gözləntilər arasındadır. Asif Nərimanlı

Müsavat rəhbərliyi Gürcüstanda seçkiləri müşahidə edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlı Gürcüstanda səfərdədirlər. Bu haqda Arif Hacılı özünün feysbuk səhifəsində paylaşım edib. “İsa bəy, Gülağa bəy və Razim bəylə birlikdə beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi kimi burada, Tbilisidəyik. Bu gün Tbilisi, Rustavi şəhərlərində, Marneuli rayonu ərazisində bir çox seçki məntəqələrində olduq. Yeni texnolgiyaların tədbiq edildiyi seçki prosesini izlədik. Siyasi qüvvələr arasında çox ciddi rəqabət şəraitində keçən parlament seçkiləri tezliklə başa şatacaq. Ümid edirik ki, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə edəcək və Gürcüstanın gələcək inkişafında mühüm rol oynayacaq” – deyə, Arif Hacılı qeyd edib.