Nazirin 3 müavini işdən çıxarıldı

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

Sozcu.az Manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Share on Facebook