Azərbaycanda kolleclərə ehtiyac varmı... - PROBLEM

Dövlət İmtahan Mərkəzi (DİM) bu il kolleclərə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. DİM-dən verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyənlərin qeydiyyatı 1 – 15 mart aralığında aparılacaq. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı isə 27 mart – 15 apreldə həyata keçiriləcək. 11 illik bazadan kolleclərə imtahanlar 14 apreldə, 9 illik bazadan isə 5 mayda keçiriləcək. Təhsil eksperti Məzahir Məmmədli Modern.az-a kolleclərlər bağlı problemlərdən danışıb. “Bildiyimiz kimi, artıq 100 illik fəaliyyətini qeyd etdiyimiz kolleclər var. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki 1919-cu ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi. Ümumilikdə ölkədə 70-dən çox kolleç fəaliyyət göstərib. Bu kolleclərin əksəriyyəti rayonlarda pedaqoji və kənd təsərrüfatı yönümlü kadrlar hazırlayırdılar. 2000-ci ildə aparılan islahatlarla kolleclərin sayı 60 qədər azaldıldı. Sonra onların adlarının dəyişdirilməsi prosesinə başlanıldı. Bəziləri birləşdirildi, bir çoxunda ixtisas dəyişiklikləri baş verdi. Lakin bu islahatlar da bəzi kolleclərdə tədrisin keyfiyyətini dəyişdirə bilmədi. Hazırda ölkədə 61 kollec fəaliyyət göstərir ki, onlardan cəmi 2-si özəldir: Bakı Biznes və Kooperasiya Kolleci, Odlar Yurdu Universiteti nəzdindəki kollec. Digər kolleclərdən 9-u Səhiyyə Nazirliyinə, 8-i Qafqaz Müsalmanları İdarəsinə, 1-i Xəzər Dəniz Gəmiçiliyinə tabedir”. M.Məmmədlinin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tabeliyindəki kolleclərin əksəriyyəti universitetlərin nəzdində fəaliyyət göstərir. O xatırladıb ki, “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Qanun qüvvəyə minəndən sonra universitetlərə axın başladı. Çünki bu qanun kolleclərdən məzun olanların hamısına imtahansız ali təhsil müəsisələrinə qəbul imkanı verir. Ekspert deyir ki, kolleclərdə tədrisin səviyyəsi, məzunların bilik və bacarığı günün tələblərinə cavab vermir: “Ötən illərin nəticələrinin müzakirəsi zamanı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə mətbuata açıqlamasında bu sadaladığımız faktları etiraf etmişdi. O demişdi: “Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyir, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”. Hazırda orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilir, amma bu, gənclərin həmin təhsil pilləsinə olan maraqlarından irəli gəlmir, ali məktəbə imtahansız daxil olmaq üçün kolleclərdən trampilin kimi istifadə məqsədi daşıyır. Bunu çəkinmədən demək olar”. M.Məmmədli deyir ki, kolleclər bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən biri idi. Lakin sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı düşməsi, hətta 150-200 balla qəbul aparılması vəziyyəti dəyişdi. “Qeyd etdiyim kimi, bir zamanlar ümümitəhsil məktəblərində ibtidai sinif müəllimlərinin və kənd təsərrüfatı işçilərinin əsas heyətini kollec məzunları təşkil edirdi. Ətraflı Ad - 00:21 Araşdırmalarım onu göstərir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiyası ilə bağlı keçirdiyi imtahanlarda ən az nəticə göstərənlər məhz region kolleclərindən məzun olan prdaqoqlardı”. Ekspertin sözlərinə görə, bu gün bir çox işəgötürənlər, xüsusilə də özəl müəssisələr hətta bakalavriata ikinci dərəcəli pillə kimi baxırlar, nəinki kolleclərə. “İşəgötürən ilk növbədə baxır ki, görsün məzunun magistratura təhsili varmı? Düşünürəm ki, kollec təhsili bakalvr-magistr pilləsinin tətəbiqinə görə nüfuzdan düşüb. Artıq orta ixtisasa ehtiyac olmadığı iddiası da gündəmdədir. İndiki halda təhsildə fasiləsizliyi qorumaq üçün yaxşı olardı ki, yeni "Təhsil haqqında" Qanunun əsas pillələrindən biri kimi universitetlərin tərkibində 2 iilik suvbakalavr, növbəti mərhələ 3 ya da 4 illik bakalavr, sonrakı mərhələdə magistratura və doktarantura pillələri kimi nəzərdə tutulsun. Belə olanda universitetlər təhsilin növbəti pillələri üçün yüksək nəticə göstərən tələbələri seçə biləcək ki, bu da tpamplin kimi sui-istifadə hallarının qarşısını almış olardı. Elm və təhsil naziri mətbuata açıqlamasında bildirmişdi ki, artıq məktəblərin ibtidai siniflərində və məktəbəqədər müəssisələrdə müəllimlərin hamısının ali təhsilli olması planlaşırılır. Bu fikirdən də aydın görünür ki, artıq əmək bazarında kollec bitirmiş məzunların işlə təminatında çox ciddi problemlər yaranmaqdadır”.

Gözdən əlil qadın səhvən sirkə turşusu içərək ÖLDÜ

Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb. Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Əsgər getməyibsə, vergi borcu varsa.. - Kimlər vətəndaşlıqdan çıxarılır?

“Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq şəxsin vəsadəti əsasında həyata keçirilən prosesdir”.  Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov bildirib. O, vətəndaşlıqdan çıxma haqqında bir sıra məqamları açıqlayıb: “Əgər vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında öhdəlikləri icra edilməyibsə, məsələn, əsgərliyə getməyibsə, vergi yaxud kommunal borc üzrə öhdəliyi varsa, bu hallar vətəndaşlıqdan çıxma haqqında vəsadətin rəddinə səbəb ola bilər. Eyni zamanda şəxs əgər müttəhim olaraq cinayət məsuliyyətinə cəlb olunursa, barəsində icra olunmayan məhkəmə qərarı varsa, yaxud şəxsin vətəndaşlıqdan çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə zidd sayılırsa, belə olan təqdirdə şəxsin sözügedən vəsadəti ləğv oluna bilər”.  R.Süleymanov sözügedən məsələ barədə hansı qurumlara müraciət etmək lazım olduğunu da qeyd edib:  “Vətəndaşlıqdan çıxmaq istəyən şəxs bununla bağlı iki quruma, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi, o cümlədən mövcud olduğu ölkənin səfirliklərinə ərizə ilə müraciət edə bilər. Burada 60 dollar rüsum ödənilir, həmçinin, şəxsin vəsadəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası qərar qəbul edir. Bununla bağlı həmin komissiyanın sorğuları müxtəlif dövlət qurumlarına göndərilə bilir. Hər sorğuya isə 1 ay müddətində, ümumilikdə isə, 6 ay ərzində bütün sorğulara baxılır və cavablandırılır. Dövlət qurumundan həmin sorğu ilə bağlı imtina verildiyi halda, şəxsin həmin cavabı aldığı andan 1 ay müddətində inzibati məhkəməyə müraciət etmək hüququ var. Bununla da, o, vətəndaşlıqdan çıxarılma öhdəliyinin müvafiq dövlət qurumunun üzərinə qoyulma haqda iddia ərizəsi ilə çıxış edə bilər”. 

İrəvan rəsmisi KTMT tədbirinə qatılmadı

Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. Sozcu.az xəbər verir ki, bu, toplantıda çəkilən xatirə fotosundan məlum olub. Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur. İclasa MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin sədrlik edib. Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.

Azərbaycanda avtomobillər bahalaşacaq

“Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq. Ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı 5 faiz bahalaşacaq”. Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az -a deyib. O bildirib ki, avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir: “Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədi ilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Yəni artım 3-5 faiz olacaq”. Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq.

Özbəkistan Rusiyaya qarşı sanksiyalara qoşuldu

Özbəkistan hakimiyyəti Rusiyaya qarşı Qərbin maliyyə sanksiyalarına faktiki qoşulmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. Belə ki, Özbəkistan parlamenti sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərin ölkədə bank əməliyyatlarını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Kəmaləddin Heydərov vəzifəsində azad edilir və bu ölkəyə göndərilir - ŞOK İDDİA

Fövqəladə hallar naziri vəzifəsini icra edən Kəmaləddin Heydərov ərəb ölkələrindən birinə səfir göndərilə bilər. Qaynarinfo-nun daxil olan məlumata görə, Kəmaləddin Heydərovun səfir göndəriləcəyi ərəb ölkələri arasında daha çox Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir. Bu da səbəbsiz deyil. Kəmaləddin Heydərovun BƏƏ-nin siyası dairələri və ölkə siyasətinə təsir imkanları olan nüfuzlu şeyxləri ilə dostluq münasibətləri var. Məsələn, bir neçə il əvvəl Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum Azərbaycanda Kəmaləddin Heydərovun qonağı olub. Bu barədə də mediada kifayət qədər məlumat var. Kəmaləddin Heydərovun Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktumun atası, Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktumla dost olduğu bildirlir. Məhəmməd bin Rəşid Əl Məktumun digər oğlu Məhəmməd bin Rəşid Qadir isə Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun toyunda iştirak edib. Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum Qısası, BƏƏ Kəmaləddin Heydərov üçün yad yer deyil. Elə məlumatlarda da iddia olunur ki, BƏƏ-yə səfir göndərilməsi Kəmaləddin Heydərovun öz xahişidir. Hakimiyyətin zirvəsində bu xahişə münasibət xoşdur. Kəmaləddin Heydərov səfir göndəriləcəyi təqdirdə fövqəladə hallar naziri postuna kimin təyin olunacağına gəlincə, iddia olunur ki, nazirlik ləğv ediləcək. Onun səlahiyyətləri isə müvafiq qurumlar arasında bölüşdürləcək. Xatırladaq ki, hələ növbədənkənar prezident seçkiləri təyin olunan zaman seçkidən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə xəbərlər yayılmışdı. İddia edilir ki, kadr dəyişikliklər zamanı əsasən uzun müddət vəzifə daşıyan və yaşlı məmurlar əvəzlənəcək. Struktur dəyişikliklərinə gəlincə, bildirilirdi ki, bir-birini təkrarlayan qurumların ləğvi, yaxud birləşdirilməsi nəzərdə tutulur.

Dəhşətli qətldən sonra Əhmədovlar ailəsinin mirası kimə qalacaq? - AÇIQLAMA

Bütün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədov barəsində ilkin olaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun günahı sübuta yetiriləcəyi təqdirdə gənc adam ömürlük azadlıqdan məhrum edilə bilər. Belə olan halda ailənin mirasına kim sahib çıxacaq? Vəkil Hikmət Əliyev bildirib ki, Əhməd Əhmədova ittiham olunduğu maddələrin sanksiyası əsasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub: “Mülki Məcəlləyə əsasən, ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Onun barəsində hökm çıxdıqdan sonra qohumlarının iddiası əsasında Ə.Əhmədov ləyaqətsiz vərəsə hesab olunacaq”. Vəkil onu da bildirib ki, vərəsə olmadığı halda cinayət törədən şəxsin ləyaqətsiz vərəsə olması ilə bağlı dövlət çıxış edir. Bu zaman miras dövlətin hesabına keçir. Ətraflı Baku TV-nin süjetində:

Vaqonda yaşayan 18 yaşlı qız: “Atam öldü, anam zəng edib evləndiyini dedi” - VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında vaqonda yaşayan 18 yaşlı Jalə öz həyat hekayəsini danışıb. Onun sözlərinə görə, 14 yaşında olarkən atası vəfat edib, iki il sonra isə anası yenidən ailə qurub: “Məndən yaşca kiçik bacım da var. Anam ailə qurmamışdan əvvəl hamımız burada yaşayırdıq. Mən məktəbdə olanda zəng edib evləndiyini dedi. Onunla getmədim”. Hazırda şəraitsiz vəziyyətdə yaşayan Jalə aylıq 150 manatla dolanmaq məcburiyyətində olduğunu deyib: “66 manat “çörək pulu” alıram. Bir də bacımın “atasızlıq pulu” var. Bir müddətdir geyim almıram, verilənləri geyinirəm. Ərzağı da dükandan götürürəm, ayın axırı borcumu qaytarıram”. Ətraflı süjetdə:

Əhməd qətldən bir sutka öncə bu xuliqanlığa görə saxlanılıbmış

Xəbər verdiyimiz kimi, ata-anası, qardaşı, bacısı və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədov bir gün öncə xırda xuliqanlığa görə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, News24.az Əhməd Əhmədovun hansı xuliqanlıq əməlinə görə saxlanıldığını aydınlaşdırıb. Bəlli olub ki, Əhməd Əhmədov vaxtaşırı olaraq Əhmədlidəki “Fədək” restoranına gedirmiş. Qətli törətməzdən bir gün öncə (12 fevralda) o, həmin restoranda dava-dalaş salaraq, uca səslə təhqirlər səsləndirib, kassa aparatını yumruqla vurub. DİN-in “102” zəng xidmətinə məlumat verildikdən sonra hadisə yerinə gələn PPX əməkdaşları onu polis bölməsinə aparıblar. Atası Mehman Əhmədov isə bölməyə gələrək, oğlunun epilepsiya xəstəsi olduğunu, saxlanılacağı halda ölə biləcəyini bildirərək yalvarıb və Əhmədin polis bölməsindən buraxılmasına nail olub. Bir sutka sonra isə Əhməd Əhmədov atası Mehman Əhmədov da daxil olmaqla, bütün ailə üzvlərini doğrayıb.

Azərbaycanda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.9-dur. Zəlzələ hiss olunub.

Türkiyədə yük gəmisi batdı

Türkiyənin Mərmərə dənizində yük gəmisi batıb. Sozcu.az xəbər verir ki, nəlumatı Türkiyə mediası yayıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidə 6 nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Məlumata görə, ərazidə dalğanın hündürlüyü 3 metrə qədərdir.

Rusiyanın itkiləri 400 minə yaxınlaşır

Ukrayna müharibənin 722-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 399 090 hərbçi, 6442 ədəd tank, 12 090 ədəd zirehli döyüş maşını, 9 620 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 691 ədəd avtomobil texnikası, 7 404 ədəd PUA, 1 882 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 524 xüsusi avadanlıq itirib.

Nazirlikdən qızılca ilə bağlı daha bir çağırış

Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən Sozcu.az-a verilən məluamta görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir: "Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər".

DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?

Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır: “Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır. Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır. Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.

İran hökuməti uyğur türkünü həbs edərək Çinə təhvil verdi

İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il  müddətinə həbs cəzasına məhkum edib.  Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi. Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır.

Qurban Qurbanov: “Braqa” cütün favoritidir

“Braqa” cütün favoritidir. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”. Sozcu.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”. Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”. Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir” - Müğənni

Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib. Lent.az-ın xəbərinə görə, müğənni qızlara sevilməyən kişilərdən bahalı hədiyyə almamalarını söyləyib.  “Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə o qeyd edib.

Cavanşir Quliyevin vəziyyəti necədir?

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib. “Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır, növbəti əməliyyat gözlənilmir. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib. Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Prezident: Ermənistan qanunvericiliyini normal qaydaya salmasa...

Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Ermənilərin Qarabağa qaytarılmasını müzakirə edirik - Zaxarova

Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların gələcəyi ilə bağlı yanaşmaları şərh edərkən deyib. Müzakirə olunan məsələlər arasında ermənilərin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var.

“Əgər o dəlidirsə, necə sağlamlıq arayışı alıb?!”

Dünən baş verən tükürpərdici qətl cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Əqli çatışmazlığı olan bir şəxsə bu qədər imkan təqdim olunması, ayrı ev almaq, sərəncamına maşın vermək, küçədə rahat şəkildə hərəkət etməsinə imkan yaratmaq insanlar arasında birmənalı qarşılanmayıb. Çoxu onun ata-anasını qınasa da, caniyə sağlamlıq və sürücülük vəsiqəsi verən qurumlara irad bildirənlər də az olmayıb. Bəs, bu ailə faciəsində müqəssir kimdir?  Mövzu barədə Əməkdar jurnalist Elçin Şıxlı “Yeni Sabah”a danışıb. O bildirib ki, əsas problem qətli törədən şəxsin ortalıqda sərbəst dolaşmasının hansı nəticələri olacağını heç kimin düşünməməsidir:  “Bildiyim qədərilə həmin adam xəstə imiş. Bu səbəbdən həmin mövzuda tərbiyə məsələsindən söhbət gedə bilməz. Çünki əqli cəhətdən xəstə olan adam və tərbiyənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Adam gözəl müəllim olub, başqalarına tərbiyə vermiş ola bilər. Amma bu faciədir, xəstəlikdir. Burada əsas məsələ odur ki, həmin şəxs niyə müalicə almayıb, onun hansı fəsadlara bais ola biləcəyini düşünən olmayıb?  Bu hadisədən cəmiyyətimiz hansı dərsi alsın? Bu cinayətdir. Hamı bilir ki, cinayət törətmək, adam öldürmək olmaz. Bunu anlamaq üçün kiminsə qətl törətməsinə şahidlik etməyə ehtiyac yoxdur”.  Əməkdar jurnalist bildirib ki, qətli törədən şəxs haqda deyilənlər doğrudursa, burada ciddi hüquq pozuntusuna yol verilib: “Qətli törədən Əhməd haqda səsləndirilən ehtimallara gəlincə, əgər bu fikirlər doğrudursa, əgər onun idarəsinə avtomobil verilibsə, bu bir cinayətdir, hüquq pozuntusudur. Sağlam olmayan, ətrafına ziyan verəcək dərəcədə psixi problemləri olan adama heç nəyi etibar etmək olmaz. Ancaq bu məsələ araşdırılmalıdır. İddialar doğrudursa, sadalanan arayışları verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır.  Hazırda o qədər insana sürücülük vəsiqəsi verilir ki, baxırsan, ona heç araba da vermək düzgün deyil. Şəhərdə maşın sürmək, ümumiyyətlə, özünü idarə etmək mümkün deyil”. 

"Qadınları və uşaqları güllələyin" - İsrailli nazir

Qəzza zolağında müharibəni davam etdirən və günahsız dinc sakinləri qətlə yetirən İsraildən bir-birinin ardınca qalmaqallı açıqlamalar gəlib. Sozcu.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir İsrail ordusuna fələstinli qadın və uşaqları güllələmək əmri verib. O, bu barədə  Nazirlər Kabinetinin iclasında bəyanatla çıxış edib. İfrat sağçı İsrail millət vəkili Vaturi isə Qəzzada öldürülən mülki vətəndaşları “terrorçu” adlandırıb və “onlar ölməyə layiqdilər”, - deyə qeyd edib.

Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib

Ötən gün Bakıda, Xətai rayonunda baş verən qətliama qətl hadisəsi kimi baxmaq doğru deyil, bu, terrordur. Qonşunun gözlükdən çəkdiyi görüntüləri, yəqin, çoxlarınız izləməyə fürsət tapdınız – indi media bu dəhşəti silir, ancaq yeni mediadan az-çox başı çıxanlar bilir ki, nəyinsə qarşısını almaq mümkün deyil: hadisə varsa, ən dəhşətli səhnələri ilə yayılır – istər müharibə olsun, istər qətl, istərsə də terror; ört-basdırla dərd həll olunmaz! O kadrlarda nəyi görürük? Bir əsəbi, dəli, psixi pozuntusu olan şəxsin vəhşiləşmiş əməlinimi? Təəssüf ki, yox: biz öz işini soyuqqanlılıqla görməyə öyrəşmiş terrorçu görürük, o, sakit tərzdə qətliamı icra edir. Sanki cəlladdır və bu da onun adi işidir. Cəmiyyəti silkələməli olan hadisədir və silkələyib də. Nə baş verir, bu qədər dəhşətli şiddətin, terrorun səbəbi nədir? Kimdir günahkar? Belə bir terrorçunun yetişdiyinə görə biz heçmi günahkar deyilik? Əhməd 10 il əvvəl, 15 yaşında ikən öz həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürəndə biz hardaydıq? Bu olayı xatırlayan varmı? Mediada yayılıbmı? Bunu sosioloqlar, psixoloqlar nəzarətə götürüb, ictimai müzakirələr aparıblarmı? İstintaq necə gedib və nə qərar qəbul edib? Cəmiyyət olaraq 10 il öncə bu hadisənin yat-yut olunmasına göz yummuşuq. Məsələ təkcə onun qətlə yetirdiyi yeniyetmə və onun ailəsinin iztirablarına rəhimsizliyimiz deyil, bütövlükdə necə bir terrorçu yetişdirdiyimizə laqeydliyimizdir. Hansı xəstəxana, hansı həkim onu “dəli” çıxarıb; hansı xəstəxana, hansı həkim bu “dəlinin” artıq sağaldığını təsdiqləyib? Ata – sayılıb-seçilən, imkanlı, xeyirxah biznesmen, ana – böyük bir məktəbin direktoru, sosial şəbəkələrdə ciddi şəxslərin Bikə Əhmədova haqqında yazdıqlarından belə nəticəyə gəlmək olur ki, yaxşı insan, yaxşı müəllim, yaxşı direktor imiş. Ancaq pis ata, pis ana, pis valideyn olublar – eynilə xalqımıza xas xüsusiyyətləri ilə aydın, ziyalı, uzaqgörən yox, korafəhm davranıblar, burunlarından uzağı görməyiblər. Necə ki, Azərbaycan xalqı erməniləri onillərlə “kirvəm” deyib qoynunda əzizlədi, canı-qanı ilə bəslədi, həmən tərzdə bu ata-ana da qatil-terrorçu yetişdirdiklərini gizləyiblər, ona idmançı kimi güc-qüvvət veriblər, ev-maşın alıb, imkanlı ediblər ki, daha da vəhşiləşsin. Nə düşünürdü bu biznesmen ata, ziyalı ana? Heç bir anlaqsızlıqdan, dəlilikdən söhbət gedə bilməz. Bacısını soyuqqanlı tərzdə öldürüb, atasını doğrayıb, sonra da anasına zəng edib, sakit şəkildə evə çağırıb, onu da kiçik qardaşı ilə birgə doğrayan oğul bunu planlaşdırıb. Və bu terrorçunu onlar özləri bəsləyib, bizim, yəni cəmiyyətin yardımı ilə. Ona dəlilik və sağlamlıq kağızı verən həkimin vicdanı sızıldayırmı? Ona sürücülük vəsiqəsi verən polisin vicdanı ağrıyırmı? 10 ildir dəhşətli qətl törədib, cəzadan yayınmağı bacardığına görə bu olayı bilən-görən və susan qohum-qonşu, cəmiyyətin bir kəsimi nə düşünür? 10 ildir yetişən, gözümüzün qarşısında böyüyən bu terrora kimsə dur deməyib, heç bir “profilaktik tədbir” görülməyib... Hadisənin şokunu yaşayıram: 25 yaşında şəxs... Bir gənc necə belə soyuqqanlı terakt törədə bilər? Və Əhməd təkdirmi, bu cəmiyyətdə nadir hadisədirmi? Qorxuram ki, yox! Bir çoxları İlahi Ədalətdən danışır: 10 il əvvəlki qətlə görə cəzadan yayındırıldığı üçün ailə elə məhz qatilin əli ilə məhv edildi, üstəlik, 10 il əvvəl 10 il cəza alacaq şəxsi indi ömürlük cəza gözləyir. Budur təsəlliniz? Sosial şəbəkələri dünəndən başına götürən “haqq oldu” ilə özünüzü toxdadıb, yaxanızı qırağa çəkə bilməzsiniz. Əhmədovların qanı dünən hamımızın üstünə sıçradı: o həkimin, o xəstəxananın, o sürücülük vəsiqəsi verənin, onu taksi işləməyə qəbul edənin, gözlükdən bu olayı videoya çəkənin, Əhmədin cinayətini ört-basdır edən müstəntiqin... Hamımızın vicdanında bir ləkə yarandı. Necə təmizləyəcəyik? Heç bir problem ört-basdır edilməklə həll edilmir – bu, cəmiyyətdə də belədir, dövlətdə də, xalqda da. Problemin üstünə getmək, çılpaqlığı ilə göstərmək və ümumi həlli üçün hərəkət etmək lazımdır. Bu, ailədən başlamalıdır – oğlunun narkomanlığını ört-basdır edib, ona elçi gedib, gözəl-göyçək bir qız alan varlı-hallı ata nə boyda dəhşətə yol açdığını bilirmi? Cəmiyyətdə hər gün belə faktlarla rastlaşmırıqmı? Neçə ata “evlənsin, bəlkə düzəldi” düşüncəsi ilə elçi gedib, bir qızın bədbəxtliyinin baiskarı olur? Nə qədər valideyn övladının tərbiyəsi ilə məşğul olmaq əvəzinə naqisliklərini ört-basdır etməyə çalışır? Özümüzdən başlayaq, özümüzdən – yoxsa bu terror evimizə qədər girəcək. Bu qətliamla bağlı isə uzun, çox uzun istintaq getməlidir: bütün şəbəkə - Əhmədi terrorçuya çevirənlərin hamısı cəzasını almalıdır – həkimindən tutmuş taksi şirkətinə, müstəntiqinə qədər...(axar) Orxan Saffari