Əhməd qətldən bir sutka öncə bu xuliqanlığa görə saxlanılıbmış

Xəbər verdiyimiz kimi, ata-anası, qardaşı, bacısı və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədov bir gün öncə xırda xuliqanlığa görə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sozcu.az xəbər verir ki, News24.az Əhməd Əhmədovun hansı xuliqanlıq əməlinə görə saxlanıldığını aydınlaşdırıb.

Bəlli olub ki, Əhməd Əhmədov vaxtaşırı olaraq Əhmədlidəki “Fədək” restoranına gedirmiş. Qətli törətməzdən bir gün öncə (12 fevralda) o, həmin restoranda dava-dalaş salaraq, uca səslə təhqirlər səsləndirib, kassa aparatını yumruqla vurub. DİN-in “102” zəng xidmətinə məlumat verildikdən sonra hadisə yerinə gələn PPX əməkdaşları onu polis bölməsinə aparıblar.

Atası Mehman Əhmədov isə bölməyə gələrək, oğlunun epilepsiya xəstəsi olduğunu, saxlanılacağı halda ölə biləcəyini bildirərək yalvarıb və Əhmədin polis bölməsindən buraxılmasına nail olub.

Bir sutka sonra isə Əhməd Əhmədov atası Mehman Əhmədov da daxil olmaqla, bütün ailə üzvlərini doğrayıb.

Share on Facebook