Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında vaqonda yaşayan 18 yaşlı Jalə öz həyat hekayəsini danışıb. Onun sözlərinə görə, 14 yaşında olarkən atası vəfat edib, iki il sonra isə anası yenidən ailə qurub:
“Məndən yaşca kiçik bacım da var. Anam ailə qurmamışdan əvvəl hamımız burada yaşayırdıq. Mən məktəbdə olanda zəng edib evləndiyini dedi. Onunla getmədim”.
Hazırda şəraitsiz vəziyyətdə yaşayan Jalə aylıq 150 manatla dolanmaq məcburiyyətində olduğunu deyib:
“66 manat “çörək pulu” alıram. Bir də bacımın “atasızlıq pulu” var. Bir müddətdir geyim almıram, verilənləri geyinirəm. Ərzağı da dükandan götürürəm, ayın axırı borcumu qaytarıram”.
Ətraflı süjetdə: