İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il müddətinə həbs cəzasına məhkum edib.
Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi.
Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır.