Azərbaycanda kolleclərə ehtiyac varmı... - PROBLEM

Dövlət İmtahan Mərkəzi (DİM) bu il kolleclərə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.

DİM-dən verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyənlərin qeydiyyatı 1 – 15 mart aralığında aparılacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı isə 27 mart – 15 apreldə həyata keçiriləcək.

11 illik bazadan kolleclərə imtahanlar 14 apreldə, 9 illik bazadan isə 5 mayda keçiriləcək.

Təhsil eksperti Məzahir Məmmədli Modern.az-a kolleclərlər bağlı problemlərdən danışıb.

“Bildiyimiz kimi, artıq 100 illik fəaliyyətini qeyd etdiyimiz kolleclər var. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki 1919-cu ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi. Ümumilikdə ölkədə 70-dən çox kolleç fəaliyyət göstərib. Bu kolleclərin əksəriyyəti rayonlarda pedaqoji və kənd təsərrüfatı yönümlü kadrlar hazırlayırdılar.

2000-ci ildə aparılan islahatlarla kolleclərin sayı 60 qədər azaldıldı. Sonra onların adlarının dəyişdirilməsi prosesinə başlanıldı. Bəziləri birləşdirildi, bir çoxunda ixtisas dəyişiklikləri baş verdi. Lakin bu islahatlar da bəzi kolleclərdə tədrisin keyfiyyətini dəyişdirə bilmədi. Hazırda ölkədə 61 kollec fəaliyyət göstərir ki, onlardan cəmi 2-si özəldir: Bakı Biznes və Kooperasiya Kolleci, Odlar Yurdu Universiteti nəzdindəki kollec. Digər kolleclərdən 9-u Səhiyyə Nazirliyinə, 8-i Qafqaz Müsalmanları İdarəsinə, 1-i Xəzər Dəniz Gəmiçiliyinə tabedir”.

M.Məmmədlinin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tabeliyindəki kolleclərin əksəriyyəti universitetlərin nəzdində fəaliyyət göstərir. O xatırladıb ki, “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Qanun qüvvəyə minəndən sonra universitetlərə axın başladı. Çünki bu qanun kolleclərdən məzun olanların hamısına imtahansız ali təhsil müəsisələrinə qəbul imkanı verir.

Ekspert deyir ki, kolleclərdə tədrisin səviyyəsi, məzunların bilik və bacarığı günün tələblərinə cavab vermir:

“Ötən illərin nəticələrinin müzakirəsi zamanı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə mətbuata açıqlamasında bu sadaladığımız faktları etiraf etmişdi. O demişdi: “Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyir, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”.

Hazırda orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilir, amma bu, gənclərin həmin təhsil pilləsinə olan maraqlarından irəli gəlmir, ali məktəbə imtahansız daxil olmaq üçün kolleclərdən trampilin kimi istifadə məqsədi daşıyır. Bunu çəkinmədən demək olar”.

M.Məmmədli deyir ki, kolleclər bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən biri idi. Lakin sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı düşməsi, hətta 150-200 balla qəbul aparılması vəziyyəti dəyişdi.

“Qeyd etdiyim kimi, bir zamanlar ümümitəhsil məktəblərində ibtidai sinif müəllimlərinin və kənd təsərrüfatı işçilərinin əsas heyətini kollec məzunları təşkil edirdi.

Ətraflı

Ad - 00:21

Araşdırmalarım onu göstərir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiyası ilə bağlı keçirdiyi imtahanlarda ən az nəticə göstərənlər məhz region kolleclərindən məzun olan prdaqoqlardı”.

Ekspertin sözlərinə görə, bu gün bir çox işəgötürənlər, xüsusilə də özəl müəssisələr hətta bakalavriata ikinci dərəcəli pillə kimi baxırlar, nəinki kolleclərə.

“İşəgötürən ilk növbədə baxır ki, görsün məzunun magistratura təhsili varmı?

Düşünürəm ki, kollec təhsili bakalvr-magistr pilləsinin tətəbiqinə görə nüfuzdan düşüb. Artıq orta ixtisasa ehtiyac olmadığı iddiası da gündəmdədir. İndiki halda təhsildə fasiləsizliyi qorumaq üçün yaxşı olardı ki, yeni "Təhsil haqqında" Qanunun əsas pillələrindən biri kimi universitetlərin tərkibində 2 iilik suvbakalavr, növbəti mərhələ 3 ya da 4 illik bakalavr, sonrakı mərhələdə magistratura və doktarantura pillələri kimi nəzərdə tutulsun. Belə olanda universitetlər təhsilin növbəti pillələri üçün yüksək nəticə göstərən tələbələri seçə biləcək ki, bu da tpamplin kimi sui-istifadə hallarının qarşısını almış olardı.

Elm və təhsil naziri mətbuata açıqlamasında bildirmişdi ki, artıq məktəblərin ibtidai siniflərində və məktəbəqədər müəssisələrdə müəllimlərin hamısının ali təhsilli olması planlaşırılır. Bu fikirdən də aydın görünür ki, artıq əmək bazarında kollec bitirmiş məzunların işlə təminatında çox ciddi problemlər yaranmaqdadır”.

Share on Facebook