Qəzza zolağında müharibəni davam etdirən və günahsız dinc sakinləri qətlə yetirən İsraildən bir-birinin ardınca qalmaqallı açıqlamalar gəlib.
Sozcu.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir İsrail ordusuna fələstinli qadın və uşaqları güllələmək əmri verib. O, bu barədə Nazirlər Kabinetinin iclasında bəyanatla çıxış edib.
İfrat sağçı İsrail millət vəkili Vaturi isə Qəzzada öldürülən mülki vətəndaşları “terrorçu” adlandırıb və “onlar ölməyə layiqdilər”, - deyə qeyd edib.