Qəzzada ölənlərin sayı artır

Ötən ilin oktyabrından indiyədək Qəzzada hərbi əməliyyatlar nəticəsində demək olar ki, 40,3 min fələstinli həlak olub, 93,1 mindən çox insan isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. "2023-cü ilin oktyabrından bu yana İsrailin Qəzzada törətdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 min 265-ə çatıb, daha 93 min 144 nəfər yaralanıb" ,- məlumatda qeyd olunub.

Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi

Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun anası vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Şəhidin anası Yeganə Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi. Bir oğlu yadigar qalıb. medicina.az)

"Rusiyada geniş səfərbərlik olacaq, lakin Putin bunu "səssiz" edəcək" - "Bild" nəşri

"Kurskda hərbi əməliyyat başlanandan USQ 90-dan artıq yaşayış məntəqəsini və 1250 kv.km ərazini nəzarətə götürüb..." Rusiyada gizli səfərbərlik planlaşdırılır. Bu, cəbhədə böyük sayda itkilərlə bağlı zəruridir. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Yulian Repke fikir söyləyib. Beynəlxalq dəyərləndirmələrə görə, 2022-ci ilin fevralından 110-140 min rusiyalı hərbçi həlak olub. Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq niyyəti aydındır, kişilər yüksək ödənişlərlə xidmətə cəlb edilir, müddətli hərbi qulluqçalara müqavilə bağlamaq üçün təzyiq göstərilir. Ukrayna müdafiə nazirinin müavini İvan Qavrolyuk bəyan edib ki, Rusiya Ukraynada öz qoşunlarının sayını ilin əvvəlindən 400 mindən 600 minədək artırıb, ilin sonunadək bunu 800 min hərbi qulluqçuyadək artırmağı planlaşdırır. Lakin regionların müqavilə üzrə xidmətə cəlb etmək üçün vəsaitləri tükənməkdədir. "Geniş səfərbərlik yetişir. Güman edilir ki, Putin USQ-nin Kursk vilayətində hücumundan daha çox rusiyalıların hərbi xidmətə çağırışı üçün istifadə edə bilər. Doğrudur, böyük ehtimalla, bunu "rəsmən elan etmədən, gizli şəkildə" etməyə cəhd göstəriləcək", - nəşr yazıb. Kursk əməliyyatı - son xəbərlər Xəbər verildiyi kimi, USQ Kursk vilayətində hərbi əməliyyat başlanandan işğalçıların 90-dan artıq yaşayış məntəqəsini nəzarətə götürüb, bu da 1250 kv. km-dən artıq ərazi deməkdir. Hazırda orada hərbi komendatura fəaliyyət göstərir. Hərbi analitik Andrey Kramarov qeyd edib ki, rusiyalılar Ukraynanın cənubunda Zaporojye vilayətində işğalçıların ön cəbhədə ehtiyat qüvvəsi olan bölmələri buraya göndərilir. Bu, ukraynalı döyüşçülər üçün vəziyyəti bir qədər yüngülləşdirir. Bu arada isə Britaniya kəşfiyyatı məlumat verib ki, Kreml Kursk vilayətini USQ-nin hücumundan müdafiə etmək üçün mütəxəssislərdən ibarət formalaşan hissələri cəlb edir. Belə bölmələrdən biri Hava-Kosmik Qüvvələrinin şəxsi heyətindən formalaşan xüsusiləşdirilmiş motoatıcı alaydır. Qərb KİV-lərinin məlumatına görə, Kreml USQ-nin irəliləməsinin qarşısını almaq üçün cəbhədən hərbçiləri, habelə səthi hazırlıq keçmiş və azsaylı texnika və şübhəli rəhbərliyi olan gənc çağırışçıları bu regiona göndərir.

Rusiyalı milyarder saxlanıldı

Rusiyanın Nijni-Novqorod vilayətində milyarder Dmitri Volodin saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Bildirilir ki, Volodin ötən il Rosreestr əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Qeyd edək ki, Volodin “Ədalətli Rusiya”nın regional bölməsinin deputatı olub. Onun ölkədə ondan çox şirkəti var, o həm də xeyriyyəçi kimi fəaliyyət göstərir.

Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

"Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir". Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə, ondan 130 manat cərimə tələb olunur. Həmçinin, vətəndaşlara aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlərin də tezliklə qiymətləri qaldıracağı bildirilir. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huavey” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim edərək minimum tarif 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. 15 avqust tarixindən başlayaraq isə bu, 25 manata (100Mbit/s) qaldırıb. Bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar yayılıb. turbo az mercedes Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, - deyə ekspert bildirib.

Əbülfəz Elçibəyin vəfatından 24 il ötür

Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 24 il keçir. Sozcu.az xəbər verir ki, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

TƏBİB və SN-dən meymunçiçəyi ilə bağlı açıqlama

09:33 Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. Sozcu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub. Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Məlumatada qeyd olunub ki, hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub. "Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə bildirilib. *** Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur. Vurğulanıb ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir: “Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır. İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir. Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir”.

Yanğına həssas ərazilərlə bağlı xəbərdarlıq: Diqqətli olun!

Avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin olması proqnoz edilir. İsti hava şəraitində isə bəzi ərazilərdə, əsasən də meşə ərazilərində yanğın olması ehtimalı artır. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi bu səbəbdən vətəndaşları təbiətdə, xüsusən sıx meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizlik qaydalarına əməl edilməsində diqqətli olmağa çağırıb. N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin mütəmadi olaraq hazırlandığını da açıqlayıb: "Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda isə çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib".

Ölkəmizdə koronaya yoluxma ilə bağlı son vəziyyət...

Yeni koronavirus infeksiyası bildiyimiz kimi vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar: "Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq, əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır". "Bu infeksiyadan qurunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur", - deyə o qeyd edib.

Seçkilərlə bağlı sensasion iddia: 10 dairədə nəticələr ləğv ediləcək

Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 mandat uğrunda 1000-dən artıq namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını, müxalifəti və bitərəfləri təmsil edirlər.  Sozcu.az xəbər verir ki, yenisabah.az növbədənkənar parlament seçkiləri ilə bağlı sensasiya sayıla biləcək məlumat əldə edib. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı seçkilərin nəticələrinə dair maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, sentyabrın 1-də 125 deputat seçilsə də, MSK yalnız 115 nəfərin qələbəsini təsdiq edəcək. Ən azı 10 dairədə seçkinin nəticələri etibarsız sayılacaq.  Mənbə deyib ki, nəticəsi etibarsız sayılacaq dairələrdə marafonu qələbə ilə başa vurmuş namizədlərin arasında həm YAP-ın, həm müxalifətin, həm də bitərəflərin nümayəndələri olacaq. Dairə Seçki Komissiyaları tərəfindən qalib elan edilən ən azı 3 YAP-çı namizədin MSK tərəfindən mandatsız qoyulacağı iddia olunur.  onlayn aptek Məlumatlı şəxs 10 dairədə seçkinin nəticələrinin hansı səbəbdən ləğv olunacağına da aydınlıq gətirib. Bildirib ki, həm iqtidar düşərgəsində, həm də müxalifətin və bitərəflərin təmsil olunduğu cinahda Milli Məclisə düşməyə layiq olan xeyli şəxs var. Amma hakimiyyətdə təmsil olunan bəzi məmurların ambissiyası üzündən həmin şəxslər mübarizədən kənarda qalıb: "Təkrar seçkilərdə həmin adamlara şans veriləcək".  Mənbənin sözlərinə görə, boş qalmış yerlərə gələn ilin yanvarında təkrar seçkilər keçiriləcək. 

Bakıda tozlu hava: nə vaxta kimi davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barəəd Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır: “Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Rusiyanın itkiləri 603 mini ötdü

Ukrayna müharibənin 910-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 603 010 hərbçi, 8 522 ədəd tank, 16 542 ədəd zirehli döyüş maşını, 17 216 ədəd artilleriya sistemi, 1 166 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 928 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 221 ədəd avtomobil texnikası, 13 902 ədəd PUA, 2 442 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 887 xüsusi avadanlıq itirib.

İranda ağır qəza: 35 zəvvar öldü

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hüseyni məlumat yayıb. Qəza nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Məlumata görə, avtobus Pakistandan İraqa gedirmiş. Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Rusiya bütün gücü ilə Ukraynaya cavab verməyə çalışır - ABŞ

Rusiya Ukraynanın hücumuna cavab vermək üçün az sayda hərbi qüvvəsini Kursk bölgəsinə yerləşdirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pet Rayder deyib. “Mən deyərdim ki, ümumilikdə Rusiya bütün gücü ilə Ukraynanın əməliyatına cavab verməyə çalışır. Siz də Ukraynada müəyyən uğurları görməkdə davam edirsiniz”, - Rayder bildirib.

Ukrayna bu ərazini ələ keçirdi: Rusiya MN-dən etiraf…

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğurlar əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib. “Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpüləri və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar. Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi”, - hesabatda qeyd olunub.

Babəkdə yük avtomobili yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində "Qaz-53" markalı yük avtomobilin üzərində yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.

Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. "Rusiya XİN rəhbərinin bəyanatı Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək", - XİN vurğulayıb. Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, kommunikasiyaların açılmasına dair sazişdə Paşinyanın imzası olsa da, İrəvan müqaviləni sabotaj edir.

Rusiya hərbçisi öz komandirlərini partladıb Ukrayna tərəfinə keçdi...-RƏSMİ

Baş Kəşfiyyat İdarəsi uğurlu “Oçeret” xüsusi əməliyyatı barədə məlumat verib- nəticədə rusiyalı hərbçi “Storm Z” batalyonunun zabitlərinin qərargahını partladıb və Ukrayna tərəfinə keçib. "Xoçu jit"(“Yaşamaq istəyirəm”) layihəsi çərçivəsində “Oçeret” kod adlı “Rusiyanın azadlığı” legionunun birgə əməliyyatı çərçivəsində Rusiya işğalçı qüvvələrinə qarşı təxribat həyata keçirilib. Əsas ifaçı "FPV" pilotsuz təyyarəsinin pilotu kimi xidmət edən "Silver" ləqəbli rus əsgəri idi. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki,  bu barədə Ukrayna Kəşfiyyatı Baş İdarəsi məlumat yayıb. "Silver"in sözlərinə görə, onun Ukrayna ilə əməkdaşlıq etmək qərarına Rusiya komandanlığı tərəfindən sistematik hərbi cinayətlər, o cümlədən onun bölməsində mühakimə olunmadan qətllər, döyülmələr və qəsblər səbəb olub. 2024-cü ilin qışında o, “Rusiya Azadlığı” legionu ilə əlaqə yaradıb. Əməkdaşlıq dövründə "Silver" cəbhənin konkret sektorunda rus qoşunlarının yeri, gücü və planları haqqında qiymətli kəşfiyyat məlumatları təqdim edib. Əməliyyatın kulminasiya nöqtəsi "Storm Z" batalyonunun qərargahına hücum olub. “Zirzəmidə təxminən 15 nəfər (ruslar – red.) var idi. Bu otaqda batalyon komandirinin yatdığı çarpayının birbaşa üstündə boru var idi. O, girişin yanından küçəyə çıxırdı. Biz bu boruya bir-iki qumbara atmaq qərarına gəldik ki, onların yanında partlasınlar”, - deyə rusiyalı hərbçi bildirib. Rusiya hərbçisi tapşırığı uğurla yerinə yetirdikdən sonra əvvəlcədən planlaşdırılmış marşrut üzrə qaçaraq Ukraynanın nəzarətində olan əraziyə keçib. O, “Rusiyanın Azadlığı” legionunun əsgəri olub və Putin rejiminə qarşı mübarizəni davam etdirmək niyyətindədir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xatırladır ki, hər bir rusiyalı hərbçi könüllü təslim olmaq üçün “Mən yaşamaq istəyirəm” dövlət proqramından yararlana bilər. Bu proqram Hərbi Əsirlərlə Münasibət üzrə Koordinasiya Qərargahının himayəsi altında fəaliyyət göstərir. Xatırladaq ki, “Sibir batalyonu” və “Rusiya azadlığı” legionunun rusiyalı könüllüləri Xarkov vilayətində yeni döyüşlərdə iştirak edən Rusiya ordusunun hərbçilərinə müraciət edərək onları öz tərəflərinə keçməyə çağırıblar. Ya da canlarını xilas etmək və hücumlarda ölməmək üçün təslim olurlar.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid olub.  Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.  Qeyd olunub ki, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub. 

Quru sərhədlər noyabrda açılacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir. Bəs COP29 ərəfəsində quru sərhədlərin açılması gözlənilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov belə bir dəyişikliyin olmayacağını düşünür. aptek depo “Qarşıdan COP29 tədbiri gəlir. Bu, Azərbaycan tarixində ən böyük tədbirlərdən biridir. Bununla bağlı ciddi hazırlıqlar gedir. İndiyə qədər sərhədlər bağlı qalıbsa, həmin ərəfədə açılması düşünürəm ki, əlavə yüklənmə yarada bilər. Turizmdə nəzarət, təhlükəsizlik məsələləri çox önəmlidir. Ona görə də COP29-a qədər quru sərhədlərin açılmasını gözləmirəm”, - ekspert qeyd edib. C.Aşurov bildirib ki, sərhədlərin uzun müddət bağlı qalmasının turizmə mənfi təsirləri var: “Çünki quru yolla ölkəyə gəlmək olmur, hava yolu ilə səfər isə daha baha başa gəlir. Bu da ümumilikdə gələn və gedənlərin sayına təsir göstərir. Amma hər bir ölkədə turizmin və digər sahələrin inkişafı üçün ilk növbədə təhlükəsizlik məsələləri prioritet məsələdir. Quru sərhədlərin bağlı saxlanması vəziyyətin sabit qalmasına xidmət edir. Onun əvəzinə hava yollarının intensivliyi, uçuşların coğrafiyası genişləndirilsə, ölkəyə gəliş-gedişi müəyyən qədər artırmaq olar”.

"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Sozcu.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məlumata görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. "Bakı-Zaqatala-Bakı" və "Bakı-Mingəçevir-Bakı" marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, "Bakı-Gəncə-Bakı" marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, "Bakı-Şəmkir-Bakı" marşrutu üzrə fiziki şəxs Bilal Xeyrəddin oğlu Qurbanov ən çox bal toplayaraq qalib elan olunublar. Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

Meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür?

Dünyada meymunçiçəyi virusuna yoluxma hallarının sayı artmaqda davam edir. Artıq bir sıra ölkələrdə xəstəlikdən ölüm faktı da təsdiqlənib.Virusdan ən çox təsirlənən bölgə isə Afrika ölkələrdidir. Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib. Həkim tap ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası yaydığı məlumatda bildirib ki, Afrikada tüğyan edən meymunçiçəyi epidemiyası (mpox) xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün qlobal və əlaqələndirilmiş cavab tədbirləri tələb edir. Bəs meymunçiçəyinə yoluxanlar üçün karantin müddəti neçə gündür? Ötən il meymunçiçəyinə yoluxma artdıqda bir sıra ölkələrdə qısamüddətli karantin rejimi elan edilmişdi. Koronavirus pandemiyası yayıldıqda virusa yoluxan şəxslər üçün karantin müddəti öncə 14 gün olub, daha sonra 7 günə endirilib. Meymunçiçəyinə yoluxan şəxslərin sağalma müddəti 21 günü əhatə edir. Virusun sağalma müddəti orqanizmdə törətdiyi dəyişikliklərdən asılıdır.  Xəstəlik 2 həftə və ya 1 ay davam edir.  Qeyd edək ki, bu günlərdə isə Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib. Xatırladaq ki, meymunçiçəyi virusu çiçək virusu ailəsinə daxildir. İlkin əlamətləri qızdırma, baş, bel, əzələ ağrıları, titrəmə və dəridə suluqların əmələ gəlməsidir. Virus başqa bir şəxslə yaxın təmas zamanı yayılır. /"Cebheinfo.az"

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir. Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib. Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin DETALLARI

Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin bəzi detalları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Rəşad Çıraqov anası, 45 yaşlı Natella Çıraqovanı qısqanclıq zəminində qətlə yetirib. Hadisə onların birlikdə yaşadıqları evdə gecə saatlarında baş verib. Məlumatlara görə, N.Çıraqova ərindən boşanıbmış. O, süpürgəçi işləyirmiş.