İran bu gün Müvəqqəti Liderlik Şurası yaradacaq.
Sozcu.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Liderlik Şurasının yaradılması üçün hazırlıq işləri başa çatıb”, - o bildirib.
Qeyd edək ki, İranın ali dini rəhbəri Əli Xameneinin ölümündən sonra ölkəyə müvəqqəti olaraq Prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanı Qoruyanlar Şurasının üzvlərindən birinin rəhbərlik edəcəyi ilə bağlı məlumat yayılmışdı.
