İranın BƏƏ də daxil olmaqla Yaxın Şərqdə müxtəlif hədəflərə qarşı davam edən cavab zərbələri fonunda Dubayda təhlükəsizlik tədbirləri gücləndirilib.
Sozcu.az xəbər verir ki, şəhərdə bir sıra ictimai məkanlar, o cümlədən çimərliklər müvəqqəti olaraq bağlanıb. Palm Jumeirah ərazisində və digər sahil zonalarında üzgüçülüyə qadağa tətbiq edildiyi bildirilir. Otellərin hovuzlarının da boş olduğu qeyd olunur.
Sosial şəbəkələrdə yayılan fotolarda Dubayın mərkəzi küçələrinin boş göründüyü müşahidə edilir. Telegram kanalının bir abunəçisi şəhərdə vəziyyəti “sakit və boş” kimi təsvir edib, yollarda yalnız arabir avtomobillərin hərəkət etdiyini bildirib. Yerli sakinlərin əksəriyyətinin evlərində qaldığı iddia olunur.
Şahidlərin sözlərinə görə, son zərbələr təxminən yarım saat əvvəl qeydə alınıb və bir neçə partlayış səsi eşidilib. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
