Təbriz hava limanı VURULDU

İsrail Hərbi Hava Qüvvələri İranın şimal-qərbində yerləşən Təbriz hava limanında uçuşa hazırlaşan iki qırıcı təyyarəyə dəqiq zərbələr endirib.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Bildirilib ki, hücum zamanı İrana məxsus "F-5" və "F-4" tipli hərbi təyyarələr uçuş-enmə zolağında havalanmağa hazırlaşarkən hədəfə alınıb. İsrail ordusu yaydığı rəsmi mətndə bu hədəfləri "İran terror rejiminə məxsus qırıcılar" adlandırıb.

Əməliyyatın əsas məqsədinin İran Hərbi Hava Qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq və ölkənin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasını daha da genişləndirmək olduğu vurğulanıb:

"İsrail Müdafiə Ordusu rejimi zəiflətmək və İsrail Dövlətinə qarşı təhdidlərin qarşısını almaq məqsədilə İranın terror rejiminə məxsus hərbi infrastruktura zərbələr endirməyə davam edir", - açıqlamada qeyd olunub.

Bəyanatın sonunda Təbriz hava limanında sözügedən "F-5" və "F-4" qırıcılarının vurulma anını əks etdirən videogörüntülər də ictimaiyyətə təqdim edilib.

Share on Facebook