"Tavuş bölgəsində hansısa kəndin Azərbaycana verilməsindən söhbət belə getməyib və gedə də bilməz".
Sozcu.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın Tavuşun dörd kəndinin verilməsi ilə bağlı tələblərinə toxunaraq bildirib.
“Tavuş bölgəsində heç bir kəndin verilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda aydın oldu ki, Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”, - Paşinyan qeyd edib.
Paşinyan qeyd edib ki, Alma-Ata Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas götürülüb:
"Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd təkcə Alma-Ata bəyannaməsi ilə deyil, həm də 6 oktyabr 2022-ci ildə Praqada əldə edilən razılaşmalarla təsdiqlənib. Alma-Ata Bəyannaməsi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin sərhədləri və ərazi bütövlüyünü tanımalarıı üçün əsas oldu. Ona görə də bu müqavilələrə əsasən, Sovetlər İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd əsas götürülür. Bu inzibati sərhədin o tayında olan ərazi şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır".
Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təsdiq. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanın olan Ermənistandır, Ermənistanın olmayan Ermənistanın deyil”.
Qeyd edək ki, söhbət Qazax rayonunun Baganis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.