16:33
İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.
Sozcu.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.
***
İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb.
Faiq Qurbanovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.