Bu gün Türkiyənin bəzi bölgələrində yenidən yerli seçkilər keçirilir

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra edilən etirazlar nəticəsində bəzi rayon və qəsəbə bələdiyyələrində seçkilərin yenilənməsi qərara alınıb. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, 3 rayon və 4 qəsəbədə 58 min 259 seçici bu gün yenidən sandıq başına gedərək səs verəcək. Türkiyə Yüksək Seçki Qurulunun (YSK) yerli seçkilərin yenilənməsinə qərar verdiyi 3 rayon və 4 mahalda bələdiyyə başçılığı üçün bu gün yeni seçkilər keçiriləcək. Aksarayın Güzelyurt, Kayseri Pınarbaşı, Şanlıurfanın Hilvan mahalları və Sivasın Yıldızeli Güneykaya mahalında da bələdiyyə məclis üzvlüyünün yenilənməsi seçkiləri keçiriləcək. Yeniləmə seçkisində 58 min 259 seçici 312 səs verəcək. Yeniləmə qərarlarının qəbul edildiyi yerlərdə yeni seçicilər əlavə edilməyəcək.

Türkiyə 23 şəhidin qisasını aldı: bu terrorçu məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən “Bozdoğan-40” əməliyyatı çərçivəsində “boz” kateqoriyada yer alan “Sofi” kod adlı Mehmed Yıldırım məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat Diyarbəkir vilayətinin Lice rayonunda baş tutub. Bildirilib ki, M. Yıldırım müxtəlif vaxtlarda 6 terror aktını törədib. Nəticədə təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı və 15 dinc sakin şəhid olub.

Türkiyədə partlayış - 5 polis yaralandı

Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb. Sozcu.az “TRT Haber”ə istinadən xəbər verir ki, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib. Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur. Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb. İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.

Türkiyədə dəhşətli zəlzələ gözlənilir: 16 şəhər təhlükə altındadır - ADLAR

Türkiyədə zəlzələ ilə bağlı anonslar verilməyə davam edir.  Yenisabah.az bildirir ki, Prof. Dr. Ahmet Ercan Türkiyənin zəlzələ riski ilə bağlı növbəti dəfə açıqlama verib. Qeyd edib ki, ölkənin bir sıra ərazilərində 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir.  "Hər zəlzələ yeni bir enerji, bir geotermal doğuşdur" deyən professor riskli ərazilərin adının bir-bir sadalayıb. Ahmet Ercan Afyon, Germencik, Nazilli, Aydın, Dənizli, Buharkent, Salihli, Bursa, Balıkəsir, Simav, Dikili, Gümüldür, Ərzincan, Ərzurum, Ladik və Bolu şəhərlərinin adını deyərək, bu bölgələrə diqqət çəkib. 

SON DƏQİQƏ: CHP lideri Azərbaycana GƏLİR

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, “Habertürk” kanalına müsahibəsində müsahibəsində məlumat verib. O, partiya sədri seçildikdən sonra ilk xarici səfərini Şimali Kiprə etdiyini xatırladıb. “Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – Özəl qeyd edib. O, səfərin qarşıdakı günlərdə baş tutacağını bildirib. “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – Özəl müsahibəsində qeyd edib.

Kamal Kılıçdaroğlu həbs oluna bilər

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu həbs oluna bilər. Sozcu.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, Kılıçdaroğlunun Türkiyənin keçmiş ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraqdarı təhqir etdiyi iddiası ilə bağlı məhkəməsi baş tutub. CHP lideri “dövlət məmurunu açıq şəkildə təhqir etmək” cinayəti ilə ittiham olunub. Qeyd olunub ki, təqsirləndirilən şəxsin qarşı tərəfə ünvanladığı sözlər ifadə azaqlığına uyğun deyil. Məhkəmədə K.Kılıçdaroğlunun 1 il 2 aydan 2 il 4 aya qədər həbsi istənilib. Proses mayın 30-na kimi təxirə salınıb.

SON DƏQİQƏ: Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyini məlumat yayıb. Çavuş Sait Toktaş "Pənçə-Kilit" əməliyyatı bölgəsində onun olduğu posta ildırım düşməsi nəticəsində şəhid olub.

Türkiyə ordusu 5 PKK-çını məhv etdi

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular Türkiyə ordusunun Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə Egey dənizdə 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 9,65 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur.

Türkiyədə polis 2 həmkarını ÖLDÜRDÜ

Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində polis nəfəri bölmədə həmkarlarına atəş açıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Belə ki, yerli vaxtla saat 20:15 radələrində Adıyamanda Ataşehir rayon polis şöbəsində çalışan polis əməkdaşı özünə məxsus xidməti silahla polis şöbəsinin rəisini və ictimai təhlükəsizlik şöbəsinin rəisini yaralayıb. Hücum edən şəxs tutulub. Yaralılar xəstəxanaya aparılıb və həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Ərdoğanla gələn həftə görüşəcəyik - CHP sədri

“Gələn həftə prezidentimizlə görüşməyi planlaşdırırıq". Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı deyib. Hələlik qarşı tərəfdən bu barədə rəsmi açıqlama yoxdur.

Türkiyədə əməliyyat: İŞİD-lə əlaqəsi olan 36 nəfər tutuldu

İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya X hesabında yazıb. “Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - paylaşımda deyilib. DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.