Türkiyədə 1 polis həlak oldu

Türkiyənin Tunceli vilayətində polis əməkdaşlarının atəş poliqonunda təlim zamanı 1 polis əməkdaşı həlak olub. Hadisə atış prosesində baş verən səhlənkarlıq uzbatından meydana gəlib. Sozcu.az xəbər verir ki, ölən polis Can Yiğit torpağa tapşırılıb. Faktla bağlı araşdırma başlanıb. Hadisəyə tapança silahında baş verən tutulmanın səbəb olduğu deyilir. Polis əməkdaşı nasazlığı aradan qaldırarkən yanlışlıqla özünü vurub.

Qarabağ üçün canından keçənləri hörmətlə anırıq!

Qarabağın azadlığı üçün canlarından keçən şəhidləri hörmətlə anırıq. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib. O, 8 noyabr- Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. R.T.Ərdoğan 30 ildən sonra Qarabağın azadlığa qovuşmasında mühüm rolu olan Azərbaycan Silahlı Qüvvələrinə ən xoş arzularını çatdırıb.

Türkiyədə partlayış: Ölən və çox sayda yaralanan var

Türkiyənin Çorum şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində azı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə eyniadlı vilayətin qubernatoru Əli Çalqan məlumat verib. "Bizdə olan məlumatlara görə, məişətdə qazın partlaması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb", o "TRT Haber" telekanalına açıqlamasında bildirib. Partlayış nəticəsində evin bir neçə mərtəbəsi, demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə zərər dəyib.oxu)

Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 15,03 kilometr dərinliyində meydana gəlib.

Türkiyə ordusu15 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalındakı “Fərat qalxanı” və “Sülh çeşməsi” bölgələrində PKK/PYD terror qruplaşmasının 11, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində isə PKK-nın 4 üzvü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X səhifəsində məlumat yayılıb.

Namizəd kim olacaq: Mənsur Yavaş, ya İmamoğlu?

CHP sədri Özgür Özəl İstanbul Böyükəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun növbəti prezident seçkilərində namizəd olacağı ilə bağlı məlumata aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlıumat yayıb. “Məncə, namizəd seçimində Əkrəm bəyi seçdiyimizi desəm, heç kimin deyəcək sözü qalmayacaq, amma ictimai auditoriya baxımından Mənsur Yavaş reallığı da var. Bizim Əkrəm bəyi seçib, Mənsur bəyi və onun sevdiklərini incitmək, Mənsur bəyi seçib, Əkrəm bəyi və onun sevdiklərini incitmək kimi üstünlüyümüz yoxdur”, - partiya sədri qeyd edib.

“SİPER Ürün-1” Türkiyə ordusunun xidmətinə verildi

Türkiyənin yeni hava hücumundan müdafiə sistemi Polad Günbəzin əsas komponenti olan uzaqməsafəli regional hava müdafiə sistemi “SİPER Ürün-1” Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib. Yeni sistemin Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə xalqa hədiyyə olduğunu qeyd edən Görgün bildirib ki, SİPER sistemi döyüş təyyarələri və raketlər kimi hava hədəflərinə, o cümlədən, hava-yer tipli raketlərə qarşı mübarizə apara biləcək. Daha üstün imkanlara malik olacaq “SİPER Ürün-2” sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edir. Qeyd edək ki, Türkiyə yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq istəyir. Fərqli keyfiyyət və gücə malik hərbi texnikaları bir araya gətirəcəyi üçün "sistemlər sistemi" kimi xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan ASELSAN və ROKETSAN şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onların hazırladığı yerli sistemlər süni intellekt vasitəsilə qarşılıqlı inteqrasiya olunacaq.

Ankara teraktı: Terrorçuların kimliyi bilindi

Ötən gün TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən PKK üzvlərindən birinin şəxsiyyəti bəlli olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Teraktı törədənin PKK üzvü, “Rojger” kod adlı Əli Örək olduğu təsdiqlənib. Məhv edilən qadın terrorçunun şəxsiyyəti isə hələ açıqlanmayıb. *** TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən qadın terrorçunun da kimliyi bəlli olub. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. O bildirib ki, terror aktı törədən qadın PKK üzvü Minə Sevjin Alçiçək olub.

“Biz onun məhkəmə qarşısında cavab verməsini istərdik, olmadı" - CHP sədri

Yəqin ki, bu dünyadan ən böyük günahla köçən şəxs Fəthullah Güləndir. Sozcu.az xəbər verir ki, bunu CHP sədri Özgür Özəl deyib. “Biz onun məhkəmə qarşısında cavab verməsini istərdik, olmadı. Getdiyi yerdə hesabını verir. Amma düşünməyin ki, o öləndə hər şey bitdi, geridə qoyduğu şeylər var. Söhbət dövlətin silahını öz silahına çevirən terror təşkilatından gedir. Bu terror təşkilatının yalnız təsisçisi ölüb, bu təşkilat hələ də ayaqdadır. Heç kimdə bu təhlükənin keçdiyi təəssüratı yaranmamalıdır”, - partiya sədri bildirib.

Türkiyəni dəhşətə salan qruplaşma: saxlanılanlar var

Bir neçə gündür ki, Türkiyə mediasında yer alan mövzulardan biri də cəmiyyət arasında “yeni doğulanlar qruplaşması” adlandırılan dələduzluq sistemidir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, İstanbulda ifşa edilən qruplaşmanın ölkənin 112 Təcili Çağrı Mərkəzində çalışan şəxslər və bəzi xəstəxana işçiləri ilə əlbir olduğu aşkarlanıb. Onların özəl və dövlət xəstəxanalarından transfer etdikləri yeni doğulan sağlam körpələri uzun müddət reanimasiya şöbəsində baxımsız vəziyyətdə saxlayaraq ailələrindən pul tələb etdiyi, hətta bəzi uşaqların ölümünə səbəb olduğu müəyyən edilib. İlkin məlumata görə, qruplaşma iki həkim və bir təcili tibbi yardım maşınının sürücüsü tərəfindən yaradılıb. Son bir neçə gün ərzində hadisə ilə bağlı 50-ə yaxın şübhəli saxlanılıb. Onlardan 22-si həbs olunub, bəzi xəstəxanalar isə bağlanıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.

Türkiyədə zəlzələ 555 binaya ziyan vurdu

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 binaya ziyan dəyib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murad Kurum məlumat yayıb. Nazir bildirib ki, zəlzələ nəticəsində Elazığda 20 binaya ağır, 517 binaya isə yüngül ziyan dəyib: “Eyni zamanda Malatyada da 18 bina yüngül zərər görüb”. Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.

Türkiyədə şiddətli zəlzələ: 3 bina qismən çökdü

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında bildirib. O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur. A.Yerliqayanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.