Mağarada əməliyyat: Türk ordusunun 5 hərbçisi şəhid oldu

Pəncə-Kilid hərəkat zonasında Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib. Dərhal xəstəxanaya yerləşdirilmələrinə baxmayaraq, onlardan 5-i şəhid olub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada aparılan əməliyyat-axtarış tədbiri zamanı sözügedən hadisə baş verib.

Ərazidə xilasetmə tədbirləri Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və ordu qüvvələri tərəfindən davam etdirilməkdədir.

Share on Facebook