Məhərrəm İncə CHP-yə qayıdır

Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.

Sozcu.az xəbər verir ki, İncə bu gün keçiriləcək TBMM-in CHP fraksiyasının iclasında yenidən CHP-yə qatılacaq.

CHP lideri Özgür Özəl Məhərrəm İncəyə döş nişanı təqdim edəcək.

Qeyd edək ki, Məhərrəm İncə Türkiyədə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultayla özünü buraxacaq.

Share on Facebook