Türkiyədə əməliyyat: 346 nəfər saxlanıldı

Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan narkotik əməliyyatları çərçivəsində 346 nəfər şübhəli şəxs qismində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, əməliyyatlar çərçivəsində 83 min 625 ədəd narkotik vasitə hesab edilən həblər və 11 kiloqram müxtəlif formada narkotik maddələr müsadirə edilib.

Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb. Sozcu.az xəbər verir ki, əsas müxalifər partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb. CHP-ni təmsil edən deputat Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib. Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib. Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.

İstanbulda 7 bal gücündə zəlzələ olacaq, qaçılmazdır! - Pampal

Ötən il konfransların birində çıxışım zamanı İstanbulda 6,5 – 7 bal gücündə zəlzələnin olacağını demişdim. İndi də eyni fikirdəyəm. Sozcu.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib. “Təəssüf ki, İstanbulda 7 bal gücündə zəlzələ olacaq. Bu fay xətti qırılacaq və proses başa çatacaq. Son illərdə bu, hətta Amerikanın "Nyu York Tayms" qəzetində də işıqlandırılıb. "Nature" jurnalında elmi məqalələr dərc olunub. İstanbulda zəlzələ riski olduqca yüksəkdir və qaçılmazdır, çünki onun təkrarlanma dövrü artıq keçib”, - mütəxəssis əlavə edib. “İstanbulla bağlı əvvəldən fikrim belə olub: Şimali Anadolu fayının şimal qolu, İstanbulun Avropa tərəfinin cənubundan, Silivri sahillərindən Təkirdağ və Qanoşa qədər sahilə paralel uzanır. 1912-ci ildə Qanoş fayı qırıldı və 7,3 bal gücündə zəlzələyə səbəb oldu. Daha sonra qırılmalar şərqə doğru davam etdi. 2009 və 2011-ci illərdə 5,5 və 5,9 bal gücündə zəlzələlər baş verdi. 23 aprel 2024-cü ildə 6,2 bal gücündə zəlzələ İstanbula çox yaxın oldu. 1766-cı ildə İstanbulu məhv edən iki zəlzələ də bu fay xətti üzərində baş verdi. Bu fay xəttinin şərqə, Böyükçəkməcə sahillərindən Əminönünə qədər uzanan qırılmamış bir hissəsi var. Bu, təxminən 30-35 kilometr uzunluğundadır. Su altında olduğundan qəti şəkildə danışa bilmərik, amma bu hissə qırılmayıb və nə vaxtsa qırılacaq”, - S.Pampal bildirib.

İstanbula dəhşətli soyuqlar gəlir – Xəbərdarlıq

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir. Mövcud hava şəraitinin fevralın 4-dək davam edə biləcəyi qeyd olunub: “İstanbul başda olmaqla Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına ilə müşayiət olunan güclü yağışlar gözlənilir. Bazar ertəsindən etibarən bölgəyə daxil olacaq soyuq hava kütləsi ilə temperaturun kəskin enəcəyi proqnozlaşdırılır. Xüsusilə Silivri, Çatalca, Arnavutköy, Böyükçekmece və Başakşehir kimi qərb rayonlarında yağıntıların sulu qar və qara keçəcəyi ehtimal edilir”. İstanbul valiliyi də sosial media hesabında Meteorologiya Baş İdarəsinin 4 günlük hava proqnozunu paylaşaraq bazar günündən etibarən temperaturun düşəcəyini bildirib. Vətəndaşların mümkün fəsadlara qarşı tədbirli olmaları tövsiyə edilir.

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı həbs olundu

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı Yasin Çakmak həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib. O bildirib ki, Y.Çakmak həyat yoldaşı Fatma Çelikə qarşı məişət zorakılığı zəmnində "qəsdən xəsarət yetirmə" ittihamı ilə məhkəməyə çıxarılıb: “Məhkəmənin qərarı ilə Y.Çakmak barəsində həbs qətimkan tədbiri seçilib”.

Daha bir türk dövləti rus dilindən uzaqlaşır

Qırğızıstandakı televiziya kanallarına məzmunlarının 40%-dən çoxunu rus dilində göstərmək qadağan edilib. Sozcu.az xəbər verir ki, Qırğızıstanda televiziya kanallarından qırğız dilində yayımlanan verilişlərin payını 60 faizə çatdırmaq tələb olunur. Mədəniyyət nazirinin müavini Marat Taqayevin sözlərinə görə, bəzi özəl kanallar yeni məzmun istehsal etmədən tələblərə formal olaraq əməl edirlər. Onlara fevral ayının sonuna qədər "Qırğızfilm" və "Qırğızserial" ilə müqavilələr imzalamaq tapşırılıb. Əks halda, ilin sonuna qədər müvafiq tədbirlər görüləcək. Qeyd etmək lazımdır ki, əvvəlki limit 50 faiz idi. Bununla belə, "Birinci Kanal", "Rossiya 24", "Kultura" və "Zvezda" da daxil olmaqla, Rusiya telekanalları ölkənin media sahəsində əhəmiyyətli dərəcədə iştirak edir.

Türkiyə də vətəndaşlarına İranla bağlı xəbərdarlıq etdi

Türkiyə vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə İrana səfər edən və ya ölkədə olan vətəndaşlarını təhlükəsizlik məsələlərində ehtiyatlı olmağa, rəsmi məlumatları izləməyə çağırıb.

Türkiyədə hərbi tenderlərdə korrupsiya aşkar edildi

Ankara Prokurorluğu Quru Qoşunları Komandanlığında korrupsiya cinayəti faktı üzrə cinayət işi qaldırıb. Sozcu.az Cumhuriyet-ə istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığına aid hərbi yük və sərnişin daşımaları üzrə tenderlərdə təxminən 23 milyon 578 min TL (təxminən 930 min manat) dövlətə zərər dəydiyi ehtimal olunur. 2019-2024-cü illərdə keçirilmiş 18 tenderin araşdırıldığı istintaqda, rüşvət və tenderdə saxtakarlıq ittihamları ilə 6 hərbçi və 14 mülki şəxs olmaqla, cəmi 20 şübhəli saxlanılıb.

Türkiyə birbaşa müdaxilədən çəkinməyəcək - Fidan

Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Nazir bildirib ki,SDQ nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır: "Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır". Hakan Fidan qeyd edib ki, zərurət yarandığı halda Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək və tərəflərlə dialoq qurmaq baxımından heç bir çətinlik yoxdur.

AİHM-dən İmamoğlu ilə bağlı qərar...

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ərizəni “vacib yoxlama” siyahısına əlavə etdiyini açıqlayıb. Bu o deməkdir ki, AİHM Ə.İmamoğlu ilə bağlı gözləniləndən də tez qərar verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İmamoğlunun vəkili Mehmet Pəhləvan X hesabında məlumat yayıb. “AİHM-in bu qərarı Türkiyədən bu günə qədər edilən müraciətlərdə nadir rast gəlinən bir qərardır”, - vəkil əlavə edib.

AKP-li millət vəkilindən Hakan Fidana istefa hədəsi

AKP-nin Diyarbəkir millət vəkili Qalip Ensarioğlu Türkiyənin xarici işlər naziri Hakan Fidanın SDQ-yə (Suriya Demokratik Qüvvələri) dair son açıqlamalarını sərt tənqid edib. Sozcu.az xəbər verir ki, Ensarioğlu dövlətin xarici siyasətində yekun qərar və siyasi iradənin birbaşa prezidentə məxsus olduğunu bildirib. “Prezidentin iradəsinə zidd mövqe nümayiş etdirən şəxs ya vəzifəsini tərk etməli, ya da vəzifədən azad olunmalıdır. Nəticə etibarilə, son qərarı prezident müəyyən edir, son sözü də o deyir”, – deyə AKP-li deputat vurğulayıb. Xatırladaq ki, Qalip Ensarioğlunun tənqidinə səbəb olan açıqlama Türkiyənin xarici işlər naziri Hakan Fidanın TRT World kanalına verdiyi müsahibədə səsləndirdiyi “SDQ aidiyyəti tərəflərin səbrinin tükənmək üzrə olduğunu anlamalıdır” fikri və 10 mart tarixli inteqrasiya razılaşmasının icrasında yaranan gecikmələrlə bağlı xəbərdarlığı olub.

Türkiyədə bu televiziya kanalı fəaliyyətini dayandırdı

Türkiyənin Ekol TV telekanalı fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib. Bildirilib ki, telekanal maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırıb. Qeyd edək ki, kanal 1,5 ildir fəaliyyət göstərirdi.