Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb.
Sozcu.az xəbər verir ki, əsas müxalifər partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb.
CHP-ni təmsil edən deputat Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib.
Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib.
Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.
