İstanbul boğazı hər iki istiqamətdə bağlandı

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən istanbul boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Qeyd edilib ki, Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb. Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil Mühafizə Xidməti gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Özgür Özel yenidən CHP sədri seçildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib. Sozcu.az xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub. Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib. O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.

Ərdoğanın baş müşaviri vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Həmdi Kılıç vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Türkiyənin 3 vilayətində meşə yanğını davam edir

Türkiyənin Denizli, Karabük və Aydın vilayətlərində meşə yanğınları ilə mübarizə aparılır. Sozcu.az xəbər verir ki, Aydın vilayətinin Buharkent rayonu ərazisində başlayan və Denizlinin Buldan rayonuna qədər yayılan meşə yanğınını söndürmək üçün 400-ə yaxın yanğınsöndürən maşını, 159 ilkin müdaxilə avtomobili, təxminən digər 50 texnika və 3 min 500 nəfərdən artıq canlı qüvvə, eləcə də təyyarə və helikopterlər cəlb edilib. Bəzi bölgələrdən sakinlər təxliyə olunublar.

Qəhrəmanmaraşda zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar saat 05:59-da (Bakı vaxtı ilə 06:59) Elbistan rayonunda qeydə alınıb. Zəlzələnin 19,74 km dərinlikdə baş verdiyi bildirilib.

Balıkesirdə zəlzələ: ətraf rayonlarda da hiss edildi

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Zəlzələ Bursa və digər rayonlarda da hiss edilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Türkiyədə güclü yanğın: 12 təyyarə, 12 helikopter havalandı

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda meşə yanğınları baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumata görə, yanğın rayonun Tayfur kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən başlayıb. Hazırda yanğına görə iki kənd təxliyə edilib. Yanğının söndürülməsi istiqamətində 12 təyyarə, 12 helikopter, 94 yanğınsöndürmə maşını və digər texnikalarla havadan və qurudan tədbirlər görülür.

Balıkesirdə daha bir zəlzələ oldu

Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələdən sonra bölgədə afterşokların sayı 100-ü keçib. Qeyd edək ki, ötən gün Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ İstanbulla yanaşı, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankarada da hiss olunub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib.

Türkiyənin bu ərazisində meşə yanğınları başladı

Türkiyənin Bursa vilayətinin Yenişəhər rayonunda meşə yanğınları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Qavaqlı məhəlləsinin kənd ərazisindəki meşəlik ərazidə başlayan yanğınla mübarizəyə 2 helikopter, 8 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.

Türkiyədə mədən çökdü, fəhlələr dağıntı altında qaldı

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, hadisə zamanı mədəndə fəhlələr olub. Onların xilas edilməsi istiqamətində əməliyyat aparılır. Hadisə yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.

Türkiyədə 2 hərbçi qızdırmadan öldü

Türkiyədə İsgəndərun Dəniz Alay Təlim Komandanlığında ibtidai hərbi hazırlıq keçən 7 hərbçi qızdırma səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan ikisi bu gün vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, digər 5 nəfərin müalicə davam etdirilir.

Türkiyənin iki vilayətində meşə yanğınları başladı

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık və Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları başlayıb. Sozcu.az Türkiyə mediasına xəbər verir ki, hər iki bölgədə yanğının söndürülməsi üçün intensiv tədbirlər davam etdirilir. Şarköydə təhlükəsizliyin qorunması məqsədilər bir məhəllənin sakinləri təxliyə edilib.