AKP-nin Diyarbəkir millət vəkili Qalip Ensarioğlu Türkiyənin xarici işlər naziri Hakan Fidanın SDQ-yə (Suriya Demokratik Qüvvələri) dair son açıqlamalarını sərt tənqid edib.
Sozcu.az xəbər verir ki, Ensarioğlu dövlətin xarici siyasətində yekun qərar və siyasi iradənin birbaşa prezidentə məxsus olduğunu bildirib.
“Prezidentin iradəsinə zidd mövqe nümayiş etdirən şəxs ya vəzifəsini tərk etməli, ya da vəzifədən azad olunmalıdır. Nəticə etibarilə, son qərarı prezident müəyyən edir, son sözü də o deyir”, – deyə AKP-li deputat vurğulayıb.
Xatırladaq ki, Qalip Ensarioğlunun tənqidinə səbəb olan açıqlama Türkiyənin xarici işlər naziri Hakan Fidanın TRT World kanalına verdiyi müsahibədə səsləndirdiyi “SDQ aidiyyəti tərəflərin səbrinin tükənmək üzrə olduğunu anlamalıdır” fikri və 10 mart tarixli inteqrasiya razılaşmasının icrasında yaranan gecikmələrlə bağlı xəbərdarlığı olub.
