Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində yeraltı təkanlar səngimir.

Sozcu.az xəbər verir ki, növbəti zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 4.1 bal gücündə olub. Təkanların 8.12 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 ballıq zəlzələ olub, üç bina dağılıb, 19 nəfər xəsarət alıb. Bundan sonra ərazidə müxtəlif maqnitudalı bir neçə zəlzələ olub.

Share on Facebook