Antalyada mikroavtobus aşıb, yeddi nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində avtomobillə mikroavtobus toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İdarəetmədən çıxan mikroavtobus aşıb. Hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

Türkiyə və İraq arasında əməliyyat zonasında kritik görüş

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, general Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib. “Görüş İraqın şimalındakı "Pəncə-Kilid" antiterror əməliyyatı zonasında keçirilib. İraq vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi məsələlərinə xüsusi diqqət yetirilib”, - Milli Müdafiə Nazirliyindən deyilib.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Muğla vilayətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 36 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb.

Türkiyə müharibəyə HAZIRDIR: Ordu bu tarixdə əməliyyatlara başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. “Sərhədimiz daxilində və xaricində maneələrə baxmayaraq, terrorla mübarizəni qətiyyətlə davam etdiririk. İraq sərhədlərimizlə bağlı məsələni bu yay həll etmiş olacağıq" - o deyib. Sozcu.az xəbər verir ki, Ərdoğanın açıqlaması Yunanıstanda geniş rezonans doğurub. Yunanıstanın "Proto Thema" nəşri Türkiyənin yay aylarında əməliyyatlara başlayacağını yazıb: "Ərdoğan Şimali İraqda hərbi əməliyyat keçirəcəyini açıqladı. Bu, hərbi əməliyyatların şiddətlənməsinin xəbərçisidir. Ərdoğan Türkiyənin İraqda PKK terrorçularını mühasirəyə alacağını və problemin, nəhayət, bu yay həll olunacağını açıq şəkildə ifadə etdi". In.gr nəşri isə Türkiyənin müharibəyə hazır olduğunu xüsusilə vurğulayıb.

Türkiyə Ordusunun yeni gücü – "Çakır"

Türkiyədə Bayraktar Akıncı Hücum Pilotsuz Uçuş Aparatı milli istehsalı olan “Çakır” naviqasiya pilotsuz uçan raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub. Sozcu.az CNN Türk-ə istinadən xəbər verir ki, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə Türkiyə Silahlı Qüvvələri üçün yeni güc mövqeyidir. “Çakır” stasionar və fırlanan qanadlı təyyarələrdən, hücum pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru maşınlarından və yerüstü platformalardan buraxıla bilər. 150 kilometrdən çox diapazona malik “Çakır”ın hədəfləri arasında; Sahilə yaxın yerüstü hədəflər, quru və yerüstü hədəflər, strateji quru hədəfləri, ərazi hədəfləri və mağaralar var. Yerli və milli KTJ-1750 turbo-reaktiv mühərrikə sahib olan “Çakır” dizaynının gətirdiyi çeviklik sayəsində missiyanın planlaşdırılması zamanı müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilər. Qeyd edək ki, “Çakır” hava hücumundan müdafiə sistemləri ilə çətin aşkarlanmaq qabiliyyəti ilə də diqqət çəkir.

"Bayraqdar" PUA-ları Avropa ölkəsinə göndərildi

Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi bildirib. “Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraqdar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - N.Peleşi Feysbuk səhifəsində yazıb.

Bayraktardan Xocalı PAYLAŞIMI

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi... Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm", - deyə o, paylaşımında vurğulayıb.

Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq!

32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı X hesabında bildirib. “Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o bildirib.

Babam Zəngəzurda ermənilərlə DÖYÜŞÜB

Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır … Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib. 64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

"Bayraqdar Akıncı C" ilk uçuş sınağını başa vurdu

Türkiyənin "Bayraqdar Akıncı C" PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində "Bayraqdar Akıncı C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin təxminən 10,86 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur.

Türkiyə ABŞ-yə yeni səfir göndərdi

Türkiyə ABŞ-yə yeni səfir təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal yeni səfir olacaq. Ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə isə xarici işlər nazirinin müavini Ahmet Yıldız gətirilib.