Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçiririb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı əməliyyat davam edəcək.