Türk kosmonavt kosmosda: İlk sözləri gündəm oldu – VİDEO

İlk türk kosmonavt Alper Gezeravcının da daxil olduğu SpaceX şirkətinə aid “Falcon9” raketi canlı yayımlanan geri sayımdan sonra ötən gecə uğurlu uçuş həyata keçirib. Raketin daşıdığı “Dragon” kapsulunun 20 yanvar saat 12:15-də beynəlxalq kosmik stansiyaya çatması gözlənilir. Sozcu.az bildirir ki, bununla da 100 kilometrlik kosmos sərhədini aşan türk kosmonavt Gezeravcı rəsmi olaraq kosmonavt kimi tarixə düşüb. “SpaceX” tərəfindən kosmosdan canlı yayımlanan ilk görüntülərdə türk kosmonavt Mustafa Kamal Atatürkün “İstiqbal göylərdədir” ifadəsini səsləndirib. Qeyd edək ki, Alper Gezeravcının da içində olduğu “Axiom3” heyətində həmçinin ABŞ və İspaniya təmsilçisi M. Lopez Aleqria, italiyalı pilot Volter Villaday və Avropa Kosmik Agentliyindən isveçli Markus Vandt yer alıb. Həmin tarixi görüntüləri təqdim edirik:

3-cü sinif dərsliyində ədəbsiz hekayə - FOTO

Türkiyədə 3-cü sinif dərsliyində yazılan hekəyə valideynlər arasında narazılığa səbəb olub. Sozcu.az xəbər verir ki, sosial şəbəkədə yayılan fotolara görə Türkiyədə 3-cü sinif dərsliyində əxlaqsızlıq təbliğ olunur. Belə ki, kitabda verilən hekayədə qızın pula görə əmisi oğlu ilə cinsi əlaqədə olması qeyd olunub: “Əmimin gözəl qızı var idi. Onu çox sevirdim. Amma mənə üz vermirdi. Daha sonra aclıq oldu. Onların pula ehtiyacı var idi. Əmimin qızı bizə gəldi və əziyyət çəkdiyini, pula ehtiyacı olduğunu söylədi. Mən də onun özünü mənə təslim etməsi qarşılığında pul verdim”. (milli.az)

Bu dəfə terrorçular Türkiyəyə keçmək istədi: Məhv edildilər!

Türkiyə ordusu Suriyanın şimalında terrorçuların daha bir təxribatının qarşısını ala bilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Komandolarımız tərəfindən “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə ərazisinə sızmaq istəyən terrorçulardan ibarət 12 nəfərlik dəstəyə lazım olan cavab verilib. Silahlı qarşıdurma nəticəsində 9 terrorçu zərərsizləşdirilib”, - məlumatda vurğulanıb. Qeyd edək ki, ötən gün “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları Türkiyə ordusunun mövqelərinə hücum edib. Nəticədə 9 türk əsgəri şəhid olub. Bölgədə aparılan qisas əməliyyatları nəticəsində 23 terrorçu da məhv edilib. Hazırda sözügedən ərazilərdə əməliyyat davam etdirilir.

Türkiyədə şəhidlərin sayı 9-a çatdı

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb, 5 əsgər yaralanıb. Sozcu.az Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb. İlkin məlumata görə, qarşıdurmada 15 terrorçu zərərsizləşdirilib.  “12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla qarşıdurmada yaralanan daha bir döyüş yoldaşımız bütün müdaxilələrə baxmayaraq şəhid oldu və şəhid olan qəhrəman əsgərlərimizin sayı 9-a yüksəldi”, - nazirliyin açıqlamasında bildirilib. Bölgədə əməliyyatlar davam edir.

Türkiyə ordusu 5 şəhid verdi - 8 hərbçi yaralanıb - Təcili

Türkiyə ordusunun beş əsgəri şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, terrorçuların hücumu nəticəsində İraqda Türkiyə ordusunun 3-ü ağır olmaqla 8 əsgəri yaralanıb. İlkin məlumata görə, toqquşma zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir.

MİT-dən İraqda əməliyyat: Sadiq Şeyx Əhməd məhv edildi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda terrorçulara qarşı əməliyyatlarını davam etdirir. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, MİT-in Süleymaniyə şəhərində keçirdiyi əməliyyat çərçivəsində Türkiyəyə qarşı təxribat planları hazırlayan PKK/KCK-nın əsas üzvlərindən sayılan “Eriş Berxvedan” kod adlı Sadiq Şeyx Əhməd zərərsizləşdirilib.

MİT PKK-nın daha bir "rəhbər"ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalındakı Kamışlıda gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "pul trafiki üzrə məsul şəxs" Remziye Altığ zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Hakan Fidan: ABŞ-nin Türkiyəyə F-16-ların tezliklə satışına ümid edirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı keçirib. Fidan amerikalı həmkarına dekabrın 26-da TBMM-nin Beynəlxalq Əlaqələr Komissiyası tərəfindən İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi barədə məlumat verib. Bununla yanaşı, Vaşinqtonun Ankaraya F-16 qırıcılarının satışı məsələsi müzakirə olunub.

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) antiterror əməliyyatı nəticəsində PKK qruplaşmasının İraqın Süleymaniyyə bölgəsi üzrə “məsul şəxsi” sayılan Mehmet Şefa Akman məhv edilib. Məlumatı MİT yayıb. Bildirilib ki, o, Türkiyəyə qarşı yeni silahlı terror hücumu hazırlayırmış. Məlumata görə, “Bahoz Zagros” kod adlı M.Ş.Akman 2005-ci ildə PKK qruplaşmasına qatılıb. O, İraqın şimalında 18 il fəaliyyət göstərib. M.Ş.Akman terror qruplaşmasının “özünü müdafiə birlikləri”nin Süleymaniyyənin şimalı üzrə “başçısı” olub.

PKK-nın 29 hədəfi MƏHV EDİLDİ

Dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib. Həyata keçirilən əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib. Qeyd edək ki, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında 12 Türkiyə hərbçisi şəhid olub.

Türkiyə ordusu 6 şəhid verdi

2023.12.22 23:36 Bu gün İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hücumdan sonra aparılan əməliyyat nəticəsində 4 terrorçu məhv edilib. *** Türkiyə ordusunun PKK terrorçularının hücumu nəticəsində yaralanan 4 hərbçisindən 3-ü şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da şəhid hərbçilərin sayı 6-ya çatıb.

Türkiyə ordusu 3 şəhid VERDİ

İraqın şimalında Türkiyə ordusuna qarşı hücum həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb  22 dekabr 2023-cü il tarixində İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində 3 türk əsgəri şəhid olub, 4-ü yaralanıb. Hücum nəticəsində 3 hərbçi şəhid olub, 4-ü yaralanıb.